Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan diasporu — azərbaycanlıların öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti.

Azərbaycan diasporu

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan diasporu

Azərbaycan diasporu — azərbaycanlıların öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti.

Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan azərbaycanlılar siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.

XX əsrin əvvəllərinə qədər Azərbaycandan xaricə mühacirət edən azərbaycanlıların şəxsiyyət vəsiqələrində "rus təbəəsi" yazılması onların milliyətinin də "rus" kimi təqdim edilməsi ilə nəticələnmişdir. O dövrlərdə qonşu Rusiyaya köçən azərbaycanlılar "tatar", Türkiyədə məskunlaşanlar isə "Azərbaycan türkü" kimi tanınır və qeydə alınırdı. Müasir İran ərazisində yaşayan azərbaycanlıların isə "İran təbəəsi" kimi təqdimatı prosesi gedirdi.

Belə arzuolunmaz vəziyyət xarici ölkələrdə yaşayan azərbaycanlıların rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə səbəb olmuş, nəticədə azərbaycanlılar başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşmişlər. Lakin problemlərə və çətinliklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər.

Mündəricat

Tarixi

Azərbaycan diasporu

Azərbaycanlılar Amerika qitəsində

Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşmışlar. Onların sayı ABŞ-də 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrindən Qonduras, Qvatemala, Peru və digərlərində də azərbaycanlılar məskunlaşmışlar. Hazırda onların sayı dəqiqləşdirilir.

Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş insanlardır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim azərbaycanlılar bu qitəyə axını diasporun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.

Azərbaycanlılar Avropa qitəsində

Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlılarının sayı Türkiyədə və Rusiyada 3.5 milyon, Ukraynada və Belarusiyada, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir.Həmçinin Çexiyada 25 min azərbaycanlının yaşadığı bildirilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.

Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan azərbaycanlıların əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.

Azərbaycanlılar Asiya qitəsində

Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.

Azərbaycanlılar Afrika qitəsində

Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüz minlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilmişdir.

Azərbaycanlılar Avstraliya qitəsində

Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.

Azərbaycan diasporunun tarixi

Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi bir neçə mənbəyə bölünür:

  • VII əsrin sonu-VIII əsrin əvvəlləri. Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması ilə əlaqədar burada ərəbdilli elm və mədəniyyətin inkişafı, eyni zamanda onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış və bu proses diasporun yaranmasının təməlini qoymuşdur.
  • X-XIX əsrlər. Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqlarının intibahında qabaqcıl mövqeyə çıxması sayəsində xaricdə məskunlaşması daha geniş vüsət almışdır.
  • Azərbaycan diasporunun formalaşmasının III mərhələsi. Həmin dövr Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonrakı dövrə təsadüf edir. Rusiyada diasporun təşəkkülünü şərti olaraq iki dövrə bölmək olar: XX əsrin əvvəllərindən 1920-ci ilədək olan birinci dövrdə azərbaycanlıların Rusiya ilə əlaqələri nizamsız xarakter daşımışdır. 1920-ci ildən sonrakı, ikinci dövrdə isə bu proses qismən tənzimlənmiş və intensivləşmişdir. Buna baxmayaraq, həmin mərhələlərdə təşkil olunan diasporlar həm kəmiyyət, həm də fəaliyyətlərinin keyfiyyətinə görə bir-birindən fərqlənirdilər.
  • Diasporun formalaşmasının IV mərhələsi Azərbaycan Demokratik Respublikasının (1918-1920) süqutundan sonra xarici mühacirlər axını və Avropada Azərbaycan diasporunun təşəkkülü ilə bağlıdır.
  • 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi zamanı əsirlikdə və Sovet qəza maşının ölüm xofundan Vətənə dönə bilməyən azərbaycanlılardan ibarət icmaların yaranması diasporun formalaşmasının V mərhələsi kimi səciyyələndirilir.
  • Ötən əsrin sonlarında İranda baş verən ictimai-siyasi proseslərlə əlaqədar bu ölkədən on minlərlə azərbaycanlının Qərb ölkələrinə mühacirəti Azərbaycan diasporunun genişlənməsinin mühüm mərhələlərindən biri olmuşdur.
  • SSRİ-nin süqutundan sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması diasporun təşəkkülünün son mərhələsi kimi qiymətləndirilə bilər.

Diaspor quruculuğunun mərhələsi

  • Azərbaycan Respublikası dünya azərbaycanlılarının birliyini milli mənafelər və dövləti maraqlar kontekstində ortaya çıxan təbii tarixi zərurət kimi qiymətləndirir ;
  • Dünya azərbaycanlılarının birliyi məsələsi-Azərbaycançılıq ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və bu sahədə həyata keçirilən bütün tədbirlər məhz həmin amala əsaslanır.Başqa sözlə desək, bu ideya dünya azərbaycanlılarının birliyinin fəlsəfi-nəzəri əsasları kimi çıxış edir ;
  • Azərbaycan dövləti dünya azərbaycanlılarının birliyini, mövcud iqtisadi və siyasi gerçəklikləri, eyni zamanda dünyada gedən ictimai-siyasi proseslərin meydana çıxardığı reallıqları nəzərə alaraq həyata keçirməyə çalışır ;
  • Dünyada azərbaycanlıların həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir və dövlət siyasətinin prinsipial istiqamətlərindən biridir ;
  • Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların siyasi istinadgahı kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri kimi dəyərləndirir ;
  • Müxtəlif ölkələrdə fəaliyyət göstərən icma və birliklərin vahid təşkilatda birləşdirilməsi dünya azərbaycanlılarının ümumi birliyinin təməl prinsiplərindəndir.Bu məqsədin reallaşdırılması üçün ötən müddətdə ayrı-ayrı regionlarda fəaliyyət göstərən icma və birliklərin təmərküzləşməsinə böyük diqqət yetirilmişdir və bu strategiya bundan sonra da davam etdiriləcəkdir;
  • Azərbaycan dövlətinin diqqət yetirdiyi digər bir mühüm istiqamət soydaşlarımız arasında mənəvi-ideoloji birliyin yaradılmasından, icmalar arasında əlaqələrin möhkəmləndirilməsindən və bu sahədə mövcud olan siyasi, psixoloji maneələrin aradan qaldırılmasından ibarətdir ;
  • Azərbaycan milli-mədəni özünəməxsusluğunun, tarixi ənənələrə bağlılığını qorunub saxlanılması diaspor quruculuğunun müasir mərhələsinin ən aktual məsələlərindən biridir və bu sahədə də dövlət tərəfindən müvafiq tədbirlər həyata keçirilir ;
  • Tarixi Vətənlə əlaqələr məsələsi dünya azərbaycanlılarının təşkilatlandırılmasının ən mühüm prinsiplərindəndir.Bu əlaqələrin möhkəmləndirilməsi yalnız mədəni, siyasi, psixoloji zəmində deyil, həm də iqtisadi aspektdə də özünü göstərir ;
  • Dünya azəraycanlıları müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin inkişafında, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etmək imkanına malik ən fəal qüvvəyə çevrilməlidir. Diaspor quruculuğunun ən vacib istiqamətlərindən biri də məhz soydaşlarımızın tarixi Vətənin maraqlarından irəli gələn bu prosesdə daha fəal iştirakını təmin etməkdir.

Ölkələr üzrə azərbaycanlıların sayı

Azərbaycan Respublikasında, İranda, Gürcüstanda, İraqda, Suriyada, Türkiyədə, Dağıstanda yaşayan etnik azərbaycanlılardan başqa digər ölkələrdə yaşayan azərbaycanlılar Azərbaycan diasporunu əmələ gətirirlər.

# Ölkə Paytaxt Azərbaycanlıların məskunlaşdığı yer Azərbaycanlıların sayı Ətraflı
1 İran Tehran Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Həmədan, Qəzvin, Tehran, Məşhəd 35,000,000 İran azərbaycanlıları
2 Rusiya Moskva Moskva, Dərbənd, Krasnodar, Rostov, Saratov, Yekaterinburq 7-10,000,000 (2002-2019) Rusiya azərbaycanlıları
3 Türkiyə Ankara İstanbul, Qars, İğdır, Ərdəhan 5,500,000 (2016) Türkiyə azərbaycanlıları
4 Gürcüstan Tiflis Tiflis, Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Saqareco 1,000,000 (2010) Gürcüstan azərbaycanlıları
5 Qazaxıstan Astana Astana, Almatı 100,000 (2010) Qazaxıstan azərbaycanlıları
6 Almaniya Berlin Berlin, Bremen, Hamburq, Mayns, Frankfurt-Mayn, Münhen 300,000 Almaniya azərbaycanlıları
7 Ukrayna Kiyev Kiyev, Odessa, Lvov, Simferopol, Sevastopol 500,000 (2017) Ukrayna azərbaycanlıları
8 Niderland Amsterdam Amsterdam, Rotterdam, Haaqa 18,000 (2008) Niderland azərbaycanlıları
9 İngiltərə London London 170,000 (2016) İngiltərə azərbaycanlıları
10 ABŞ Vaşinqton Vaşinqton, Nyu-York, Los-Anceles, Hyuston, Dallas 400,000 (2000) –1,250,000 ABŞ azərbaycanlıları
11 Kanada Ottava Toronto, Ottava 3,465 (2006) Kanada azərbaycanlıları
11 Əfqanıstan Kabil Kabil, Herat 239,900 (2009) Əfqanıstan azərbaycanlıları
12 Polşa Varşava Vrotslav, Krakov, Katovitse 6000 (2018) Polşa Azərbaycanlıları
13 Macarıstan Budapeşt Debreçen, Peç, Seqed, Györ, Dunauyvaroş, Mişkolç 1500-2000 (2019) Macarıstan azərbaycanlıları

DAK-ın məlumatları

DAK: Dünya Azərbaycanlılarının sayı (2019)
Ölkə Say
Cəmi85-90 000 000
İran35 000 000
Azərbaycan10 014 600
Türkiyə5 500 000
Rusiya8 000 000
İraq1 500 000
ABŞ1 250 000
Misir900 000
Gürcüstan750 000
Pakistan650 000
Ukrayna520 000
İordaniya450 000
Kanada350 000
Hindistan340 000
Almaniya300 000
Əlcəzair280 000
Banqladeş175 000
Böyük Britaniya170 000
Qazaxıstan100 000
Suriya95 000
Braziliya75 000
Fransa70 000
Bolqarıstan65 000
Yəmən62 000
Özbəkistan60 000
Danimarka60 000
BƏƏ55 000
Norveç50 000
Əfqanıstan50 000
Türkmənistan45 000
Rumıniya45 000
İndoneziya44 000
Səudiyyə Ərəbistanı40 000
İtaliya100 000
Çin30 000
Macarıstan27 000
Meksika27 000
Avstriya19 000
Küveyt19 000
Oman19 000
Sudan17 000
Qırğızıstan16 000
Tacikistan14 000
İspaniya14 000
Belçika13 000
Yunanıstan13 000
Polşa12 000
Finlandiya12 000
Albaniya12 000
Argentina12 000
Yaponiya10 000
Avstraliya8 000
Birma8 000
Potuqaliya7 000
Belorus7 000
keçmiş Yuqoslaviya6 000
Monqolustan5 000
Moldova5 000
Latviya4 000
İrlandiya4 000
Estoniya3 000
Malta2 500
Litva2 000
Çexiya2 000
Slovakiya2 000
İsveç2 000
Butan1 500

Diaspor

Sıra Ölkə Rəsmi statistikalar Hal-hazırkı təxminlər Ölkələrinə görə azərbaycanlılar Ölkələrinə görə azərbaycanlıların siyahısı
1  Rusiya 603,070 (2010) 1,500,000 3,000,000 arası Rusiya azərbaycanlıları Rusiya azərbaycanlılarının siyahısı
2  Türkiyə 800,000 Türkiyə azərbaycanlıları Türkiyə azərbaycanlılarının siyahısı
3  Gürcüstan 284,761 (2002) 360,000 (2007) Gürcüstan azərbaycanlıları Gürcüstan azərbaycanlılarının siyahısı
4  Qazaxıstan 85,292 (2009) 150,000 Qazaxıstan azərbaycanlıları
5  Almaniya 15,219 (2006) 200,000 Almaniya azərbaycanlıları
6  Ukrayna 45,176 (2001) Ukrayna azərbaycanlıları
7  Niderland 18,000 (2009)
8  Qırğızıstan 17,267(2009) Qırğızıstan azərbaycanlıları
9  Böyük Britaniya 15,000 (2009) Böyük Britaniya azərbaycanlıları
10  ABŞ 14,205 şimali azərbaycanlı (2000)

40,400 cənubi azərbaycanlılar

400,000 ABŞ azərbaycanlıları ABŞ azərbaycanlılarının siyahısı
11  Kanada 4,580 (2011) 80,000 Kanada azərbaycanlıları
12  Fransa 1,112 (asylum-seekers), 70,000 Fransa azərbaycanlıları
13  Özbəkistan 44,410 (1989) Özbəkistan azərbaycanlıları
14  Türkmənistan 33,365 (1989) Türkmənistan azərbaycanlıları
15  Belarus 5,567 (2009)
16  Latviya 1,697 (2001) Latviya azərbaycanlıları
17  Estoniya 880 (2000)
18  Litva 788
19  Tacikistan 800 (2000)
20  Avstraliya 300
21  Avstriya 1 000.
22  Özbəkistan 231
23  Ermənistan Məlumat yoxdur Ermənistan azərbaycanlıları Ermənistan azərbaycanlılarının siyahısı
24  Macarıstan 1500-2000 Macarıstan azərbaycanlıları

Həmçinin bax

  • Azərbaycanın dövlət-icma və icmalararası münasibətləri

Həmçinin bax

  • Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
  • Macarıstan azərbaycanlıları
  • Azərbaycan Diasporuna Dəstək Fondu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan diasporu haqqında məlumat. Azərbaycan diasporu nədir? Azərbaycan diasporu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    CAR

  • Fevral 23, 2026

    Məsafə

  • Fevral 24, 2026

    Rosales

  • Fevral 23, 2026

    25 avqust

  • Fevral 24, 2026

    Məryəm

Trend Mahnılar
  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst