Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (rum. Republica Moldova), keçmiş mənbələrdə Moldaviya — Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan öl

Moldova

  • Ana Səhifə
  • Vikipediya
  • Moldova

Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (rum. Republica Moldova), keçmiş mənbələrdə Moldaviya — Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir.

Moldova Respublikası
rum. Republica Moldova
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Discover the routes of life, Dewch i Ddarganfod Taith Bywyd
Himn: "Limba Noastră"
(azərb. "Bizim dilimiz"‎)
Tarixi
 • Müstəqilliyin elanı 27 avqust 1991
Rəsmi dili Rumın dili
Etnik qrupları moldovanlar-78%,ukraynalılar-8,4%,ruslar-5,8%,qaqauzlar-4,4%,bolqarlar-1,9%
Paytaxt Kişinyov
Ən böyük şəhəri paytaxtı
İdarəetmə forması Parlamentli respublika
Prezident

Maya Sandu

[ 24.XII.2020 ~ ]
Baş nazir Alexandru Munteanu [ 1.XI.2025 ~ ]
Sahəsi Dünyada 140-cı
 • Ümumi 33,846 km² km²
 • Su sahəsi (%) 1,4
Əhalisi
 • Əhali (2019) 2,682,000 nəfər (129-cu)
 • Siyahıyaalma (5.10.2004) 3 938 679 nəf.
 • Sıxlıq 120 nəf./km² (87-ci)
ÜDM (AQP)
 • Ümumi (2014) 17,19 milyard dollar  (148-ci)
 • Adambaşına 4 800 dollar  (171-ci)
Valyuta Moldova leyi (MDL, 92)
İnternet domeni .md
ISO kodu MD
Telefon kodu 373
Saat qurşaqları ŞAV +3
Yay vaxtı: ŞAYV
Nəqliyyatın yönü sağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiya

Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi.

Əhali

Vətəndaşlıq

  • 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalınmasına yekunlarına əsasən:
    Moldova əhalisinin ümumi sayı 3,383,332 nəfər olmuşdur. Onlardan:
    Moldova Respublikası vətəndaşları: 3,371,082 nəfər olmuşdur. Onlardan:
    İkili vətəndaşlığı olanlar: 12,705 nəfər
    Xarici dövlətlərin vətəndaşları: 6,486 nəfər olmuşdur. Onlardan:
    MDB və Baltikyanı dövlətlərin vətəndaşları: 5,554 nəfər
    Digər dövlətlərin vətəndaşları: 932 nəfər

Milli tərkib

Moldova əhalisinin milli tərkibi, 5–12 oktyabr 2004 sa.
Etnik qrup Moldova R. Etnik qrup Dnestryanı R.
cəmi3 383 332cəmi555 347
moldavan2 564 850moldavan177 382
ukraynalı282 406rus168 678
rus201 219ukraynalı160 069
qaqauz147 500bolqar13 858
rumın73 276qaqauz4 096
bolqar65 662belorus3 811
qaraçı12 271alman2 071
belorus5 059yəhudi1 259
yəhudi3 608……
polyak2 383……
erməni1 829……
alman1 616……
tatar974……
azərbaycanlı891……
gürcü501……
yunan482……
litvalı259……
latış185……
eston77……
digər4 264digər6 924
m.g.14 020m.g.17 199
  • Qeyd: m.g. — Milliyyətini göstərməyənlər.

Dil

Hal-hazırda Moldovada rəsmi dil Moldovan dilidir. Bu dil Rumın dili ilə eynidir, lakin rumınlardan fərqli olaraq, Moldovanların öz xüsusi dialekti var. Ölkədə, əsasən də paytaxt Kişinyovda moldovanlar rus dilində də danışırlar.

Əsas etnik qruplar və ana dili üzrə Moldova əhalisi, 2004 s.a.
Etnik qrup Say Moldovan dili Ukrayna dili Rus dili Qaqauz dili Rumın dili Bolqar dili Digər dillər Bilinmir
cəmi3 383 3322 029 847186 394380 796137 774558 50854 40121 50414 108
moldovan2 564 8492 011 4033 60663 290402481 5934934 062…
ukraynalı282 4068 189180 98189 8535102 358149366…
rus201 2183 279586195 5731801 34116396…
qaqauz147 5001 2746168 618136 155338318181…
rumın73 2761 139131571371 327699…
bolqar65 6622 0841109 13439568253 17879…
digər34 4012 47836413 7511298699416 62195
m.g.14 0201…6…………14 013

*Qeyd: m.g. — Milliyyətini göstərməyənlər.

İqtisadiyyatı

Moldovada şərab istehsalı

Moldaviyanın təsərrüfatının əsasını aqrar-sənaye kompleksi təşkil edir. K/t-da üstün yeri bitkiçilik tutur, onun aqrar sahələri üzümçülük-şərabçılıq, meyvə-tərəvəz konservi, aqrar-sənaye kompleksidir (ASK). Üzümçülük-şərabçılıq mərkəzi-Kodrlarda, tərəvəzçilik Dnestr subasarlarında, meyvəçilik hər yerində yayılmışdır, əsas dənli bitkisi buğda və qarığdalıdır. Meşə-çöl zonasında şəkər çuğunduru becərilir. Öz tələbatını taxılla tam ödəyir. Heyvandarlıq şimalı və mərkəzində südlük-ətlik və donuzçuluq, cənubunda qoyunçuluqdur. ASK-si tərkibində müxtəlif maşınqayırma (bağçılıq traktorları, soyuducular, yeyinti avadanlıqları) sahələri inkişaf etdirilmişdir. İstilik və su-elektrik stansiyaları fəaliyyət göstərir.

Təhsil

  • 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalmasının yekunlarına əsasən:
    Ümumi ölkə əhalisinin sayı: 3,383,332 nəfər olmuşdur. Onlardan:
    10 yaş və yuxarı yaşda olan əhalinin sayı: 3,012,069 nəfər olmuşdur. Onlardan:
    Ali təhsillilərin sayı: 304,091 nəfər
    Orta-xüsusi peşə təhsillilərin sayı: 287,328 nəfər
    Orta təhsillilərin sayı: 910,387 nəfər
    Məcburi orta təhsillilərin sayı: 869,254 nəfər
    İbtidai təhsillilərin sayı: 533,111 nəfər
    Təhsili olmayan ancaq oxuyub-yazmağı bacaranların sayı: 77,431 nəfər
    Təhsili olmayan və oxuyub-yazmağı bilməyənlərin sayı: 30,025 nəfər
    Təhsili səviyyəsi haqqında məlumatları bildirməyənlərin sayı: 442 nəfər

Siyasət

Ana məqalə: Moldovada seçkilər

Seçkilər sistemi

Moldovada seçkilər milli qanunvericiliyə uyğun olaraq keçirilir. Moldovanın parlamenti (Parlamentul) 4 ildən bir keçirilən seçkilərdə vətəndaşlar tərəfindən seçilir. Parlamentin 101 üzvü var. 2001-ci ildən etibarən ölkənin prezidenti parlament üzvləri tərəfindən seçilir. Moldova konstitusiyasına uyğun olaraq bir namizəd iki dəfə prezident seçilə bilər. İlk dəfə prezident seçilmək üçün parlamentin 61 deputatının dəstəyi, ikinci müddətə seçilmək üçün isə 51 deputatın səsi lazımdır. Heç bir namizəd prezident seçilmək üçün lazımi qədər səs toplaya bilməsə parlament seçkiləri yenidən keçirilir. Moldovanın hazırli prezidenti Nikolae Timofti 23 mart 2012 tarixində Moldovanın prezidenti seçilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Moldova haqqında məlumat. Moldova nədir? Moldova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    16 yanvar

  • Fevral 16, 2026

    İngiltərə

  • Fevral 23, 2026

    Süveyş kanalı

  • Fevral 10, 2026

    Mərakeş burnu

  • Fevral 23, 2026

    Rusiya SFSR

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst