Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Banqladeş (benq. বাংলাদেশ ) və ya rəsmi adı ilə Banqladeş Xalq Respublikası (benq. গণপ্রজাতন্ত্রী বাংলাদেশ) — Cənubi Asiyada dövlət. Banqladeş keçmiş Şərqi Paki

Banqladeş

  • Ana Səhifə
  • Vikipediya
  • Banqladeş

Banqladeş (benq. বাংলাদেশ ) və ya rəsmi adı ilə Banqladeş Xalq Respublikası (benq. গণপ্রজাতন্ত্রী বাংলাদেশ) — Cənubi Asiyada dövlət. Banqladeş keçmiş Şərqi Pakistanın ərazisində yaradılmışdır. 26 mart 1971-ci ildən müstəqil dövlətdir və rəsmi olaraq 16 dekabr 1971-ci ildən dövlət kimi təşkil olunmuşdur. Şimal, qərb və şərqdə Hindistan, cənub-şərqdə Myanma ilə həmsərhəddir və cənubda isə Benqal körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Dəkkə şəhəri, ümumi sahəsi 147,570 kvadrat kilometrdir.

Banqladeş Xalq Respublikası
গণপ্রজাতন্ত্রী বাংলাদেশ
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Beautiful Bangladesh, Bangladesh Godidog
Himn: Amar Şonar Banqla
আমার সোনার বাংলা
Tarixi
 • Elan etdildi 26 mart 1971
 • Müstəqillik günü 16 dekabr 1971
Rəsmi dili Benqal
Etnik qrupları Benqallar
Dini İslam (sünni təriqəti)
Paytaxt Dəkkə
Ən böyük şəhəri Dəkkə, Çittaqonq
İdarəetmə forması Unitar dominant-partiya parlamentli respublika
Prezident Məhəmməd Şahabuddin
Baş Nazir Tarique Rahman
Sahəsi Dünyada 92-ci
 • Ümumi 148,460 km2 km²
 • Su sahəsi (%) 6.4
Əhalisi
 • Əhali (2023) 169,828,911 nəfər (8-ci)
 • Sıxlıq 1,305 nəf./km² (7-ci)
ÜDM (AQP)
 • Ümumi (2023) ▲ $1.475 trilyon dollar  (25-ci)
 • Adambaşına ▲ $8,663 dollar  (128-ci)
ÜDM (nominal)
 • Ümumi (2023) ▼ $421 milyard dollar  (37-ci)
 • Adambaşına ▼ $2,469 dollar  (145-ci)
İİİ (2021) 0.661 (artım; 129-cu)
Valyuta Banqladeş takası (BTD)
İnternet domeni .bd
.বাংলা
ISO kodu BD
Telefon kodu 880
Saat qurşaqları +6
Nəqliyyatın yönü sol
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Banqladeş
Banqladeşin İnzibati bölgüsü

Mündəricat

Adın etimologiyası

Benqalların dillərində — "Benqaliya ölkəsi" deməkdir.

Tarixi

Banqladeş 1971-ci ilə kimi Pakistanın "Şərqi Pakistan" adlı əyaləti idi. Daha əvvəllər isə ingilislərin Benqal əyaləti olmuşdur.

12-ci əsrdən 1757-ci ilə kimi Müsəlmanların idarəsində olmuşdur. 1757–1905-ə kimi isə ingilislərin hakimiyyəti altına düşmüşdür. 1947-ci ildə Pakistanın "Şərqi Pakistan" əyaləti oldu. Bu 1969-cu ilə kimi davam etdi. Daha sonra 1971-ci ildə üçüncü Hindistan-Pakistan müharibəsi başlayır. 1971-ci il dekabrda müharibə başa çatdıqdan sonra Hindistan artıq Şərqi Pakistanın böyük bir hissəsini işğal etmişdi. 1971-ci il 22 dekabrda Mucibur Rəhmanın başçılığı ilə Banqladeş Müsəlman Xalq Cumhuriyyəti yaradılır və Hindistan buranı tərk edir. 15 avqust 1975-ci ildə Mucibur Rəhman ailəsi ilə birlikdə öldürüldü. İdarəni Qəndəhar Mustak Əhməd ələ keçirdi.

Coğrafiya

Banqladeşin sahəsi 147,570 km²-dir .

Hökumət

Dövlət quruluşu

Banqladeşin dövlət quruluşu parlamentli respublikadir.

İnzibati ərazilər

64 dairəni (zilanı) özündə birləşdirən, paytaxt Dəkkə şəhərinin də daxil olduğu 8 inzibati rayona (Dəkkə, Çittaqonq, Kxulna, Narayanqanc, Racşaxi, Silxet, Barisal, Ranqpur və Mymensinqh ) bölünür.

Silahlı qüvvələr

İllik hərbi xərcləri — US$4.06 billion (2020)

İqtisadiyyat

Banqladeş, dünyanın ən kasıb, ən çoxmillətli və ən az inkişaf etmiş ölkələrindən biridir. İqtisadiyyatının əsasını kənd təsərrüfatının yeganə önəmli sahəsi olan düyü istehsalı tutur. Pul vahidi "TAKA" dır.

Demoqrafiya

98 faiz benqal, 250.000 bihari, 1.000.000 nəfərə yaxın yerli icmalar.

Dil

Banqla, İngilis.

Din

Banqladeş Xalq Respublikasında əhalinin əksəriyyətini (85 faizini) müsəlmanlar təşkil edir. Əsasən sünniliyin hənəfi məzhəbi tərəfdarlarıdır. Az sayda şiələr, o cümlədən ismaililər vardır. Ölkədə çoxlu hinduist yaşayır (13,5 %). Bununla yanaşı buddistlər (439 min nəfər) və xristianlar (150 min nəfər), protestant və katoliklər (150 min nəfər) vardır. Buddistlərə tibet-birma xalqları, xristianlara qaro qəbiləsi aiddir. Ölkənin bir sıra rayonlarında qəbilə dinləri qorunub saxlanır.

Həmçinin bax

  • Dəkkə
  • Benqal dili
  • Banqladeş Qırmızı Aypara Cəmiyyəti
  • Banqladeş tüfəngçilər qiyamı (2009)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Banqladeş haqqında məlumat. Banqladeş nədir? Banqladeş nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Kontinental ABŞ

  • Fevral 23, 2026

    Üçtaylı qapaq

  • Fevral 15, 2026

    Oğuz türkləri

  • Fevral 23, 2026

    Fevral

  • Fevral 19, 2026

    İnk

Trend Mahnılar
  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst