Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İkiləpəli bitkilərin əsası, nisbətən polimorf olan gülçiçəklilərdən başlayır. Onlar inkişaf etibarilə çoxbudaqlı olub, budaqlarının çoxu ikinci inkişaf dərəcəsi

Rosales

  • Ana Səhifə
  • Vikipediya
  • Rosales

Gülçiçəklilər (lat. Rosales) — bitkilər aləminə aid bitki dəstəsi.

Gülçiçəklilər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Gülçiçəklilər
Beynəlxalq elmi adı
  • Rosales Bercht. & J.Presl, 1820[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  24057
NCBI  3744
EOL  4385
FW  

İkiləpəli bitkilərin əsası, nisbətən polimorf olan gülçiçəklilərdən başlayır. Onlar inkişaf etibarilə çoxbudaqlı olub, budaqlarının çoxu ikinci inkişaf dərəcəsində dayanmışdır.

Bu sıranın fəsilə və yarımfəsilələrinə daxil olan növlərin əksəriyyətində çiçək yatağı çökək və yumurtalıq yuxarıda olur. Sıranın nisbətən sadə quruluşlu fəsilə və yarımfəsilələrinə mənsub olan növlər, ləçəklərinin sərbəst, erkəkcikləri, toxumluqları və ləçəklərinin çox olması ilə fərqlənir. Bundan sonrakı fəsilələrdə isə çox vaxt bitişik ləçəklilik və az toxumluluq aydın nəzərə çarpır.

Sıranın demək olar ki, bütün nümayəndələrindən çiçək yanlığı beştiplidir, çoxunun isə çiçəyi ikicinslidir. Çiçək üzvləri dairəvi düzülmüşdür, aktinomorf və ya ziqomorfdur.

Çiçək yanlığı adətən ikiqatlıdır. Erkəkcikləri çiçək yanlığın sayı qədərdir və ya çoxdur.Gul ciceklilerde çeyirdek ,findiqça ve s.kimi meyve tipleri olur. Dişiciyi əmələ gətirən meyvəyarpaqları bir və ya bir neçədir, sərbəst və ya bitişikdir. Çiçək yatağı çox zaman genəlmiş, qabarıq və ya çökəkdir. Hər iki halda çiçək yanlığı yarpaqları və erkəkciklər çiçək yatağının kənarına bitişmiş olur.

Alça, gavalı, şaftalı, göyəm, badam və sairənin toxumluqları bir, alma, armud, əzgil və sairənin isə bir neçə olur. Meyvələri çox müxtəlifdir.

Bu sıranın bəzi nümayəndələrində, məsələn, böyürtkənkimilərdə (Rubus), çiyələkkimilərdə (Fragaria) və sairədə erkəkciklərin, bəzən də meyvəyarpaqlılarının çoxluğu və sərbəstliyin, genişliyin apokarplığı, burğu üzrə düzülüşü, çiçək yatağının qabarıqlığı kimi ibtidailik əlamətləri, gülçiçəklilər sırasının çoxmeyvəlilər sırası ilə eyni mənşəli olduğunu göstərir.

Görünür ki, meyvəlilərin qədim əcdadından böyük bir budaq ayrılaraq gülçiçəklilər sırasına başlanğıc olmuşdur.

Gülçiçəklikimilər sırasının nümayəndələri arasında ibtidailik əlamətləri olanlarla bərabər, alilik əlamətləri olanları da çoxdur. Alma, armud, əzgil, yemişan və s. çiçəklərin həşərat vasitəsilə çarpaz tozlanmaya yaxşı uyğunlaşması, yumurtalığın çiçək yatağına girib onun divarları ilə bitişərək aşağı yumurtalıqları çiçək əmələ gətirməsi, alça, gavalı, ərik, şaftalı, göyəm və s. çiçək yatağının qədəh şəkli alaraq dişicik yanlıqlı çiçək əmələ gətirməsi və s.

Bu kimi xüsusiyyətlər alilik əlamətləridir. Həmin sıranın nümayəndələri arasında yuxarı yumurtalıqdan aşağı yumurtalığa və çiçəklərində müntəzəmlikdən qeyri-müntəzəmliyə doğru keçidlər olması, onun çox təbii bir sıra olduğunu göstərir.

Sıranın demək olar ki, bütün nümayəndələrində çiçək yanlığı beştiplidir, çoxunun isə çiçəyi ikicinslidir. Çiçək üzvləri dairəvi düzülmüşdür, aktinomorf və ya ziqomorfdur. Çiçək yanlığı adətən ikiqatlıdır.

Erkəkcikləri çiçək yanlığın sayı qədərdir və ya çoxdur. Dişiciyin əmələ gətirən meyvəyarpaqları bir və ya bir neçədir, sərbəst və ya bitişikdir.

Çiçək yatağı çox zaman genəlmiş, qabarıq və ya çökəkdir. Hər iki halda çiçək yanlığı yarpaqları və erkəkciklər çiçək yatağının kənarına bitişmiş olur.

Alça, gavalı, şaftalı, göyəm, badam və s. nin toxumluqları bir, alma, armud, əzgil və s.-nin isə bir neçə olur. Meyvələri çox müxtəlifdir.

Nümayəndələri yarpaqaltlıqlı və ya yarpaqaltsızlıqsız olur. Yarpaqları əksərən burğu üzrə düzülmüşdür.

Gülçiçəkkimilər sırasına dovşankələmi (Crassulaceae), daşdələnlər (Saxifragaceae), gülçiçəklilər (Rosaceae) fəsilələri daxildir.

Bu fəsilələr ilk baxışda çox müxtəlif görünsələr də, keçid formaları ilə bir-birilə sıx əlaqədardır. Beləliklə, sıra tam genetik bir qrup təşkil edir.

Digər tərəfdən, həmin sıraya mənsub olan daşdələn fəsiləsi narçiçəkkimilər sırasına o qədər yaxındır ki, təsnifatçılardan bir çoxu daşdələn fəsiləsini və başqa fəsilələri narçiçəklilər sırasına daxil edir və onları gülçiçəklilərdən ayrılırlar.

Bəzi botaniklərə görə gülçiçəklilər narçiçəklilərlə bir sırada birləşdirilib, sonra yarımsıralara bölünməlidir.

Mündəricat

Şəkillər

  • Meyvə Malina(Rubus idaeus)
    Meyvə Malina
    (Rubus idaeus)
  • Yarpaglar Konoplya(Cannabis sativa)
    Yarpaglar Konoplya
    (Cannabis sativa)
  • gicitkən(Urtica dioica)
    gicitkən
    (Urtica dioica)
  • İydə(Elaeagnus angustifolia)
    İydə
    (Elaeagnus angustifolia)
  • əncir(Ficus carica)
    əncir
    (Ficus carica)
  • Çiçəkləri xaçnövlü kolleksiyası(Colletia cruciata)
    Çiçəkləri xaçnövlü kolleksiyası
    (Colletia cruciata)
  • Vyaz hollandlali (Ulmus hollandica)
    Vyaz hollandlali
    (Ulmus hollandica)
  • Qızılgül
    Qızılgül

Təsnifat

Müasir fəsilələri aşağıdakılardır:

  • Barbeyakimilər (Barbeyaceae)
  • Çətənəkimilər (Cannabaceae)
  • Dirachmaceae (Dirachmaceae)
  • İydəkimilər (Elaeagnaceae)
  • Tutkimilər (Moraceae)
  • Gülçiçəyikimilər (Rosaceae)
  • Murdarçakimilər (Rhamnaceae)
  • Qarağackimilər (Ulmaceae)
  • Gicitkənkimilər (Urticaceae)

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rosales haqqında məlumat. Rosales nədir? Rosales nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    9 fevral

  • Fevral 24, 2026

    Proton (avtomobil)

  • Fevral 24, 2026

    Bizans təqvimi

  • Fevral 24, 2026

    İrəvan

  • Fevral 23, 2026

    Əl-Müstədrək

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst