Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır ki, onların bütövlükdə ümumi uzunluğu 33665 km. təşkil edir. Bütün bu ça

Azərbaycan çayları

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan çayları

Azərbaycan çayları — Azərbaycan Respublikası ərazisindən axan çaylar.

Kür çayı hövzəsi Azərbaycan Respublikası ərazisinin böyük əksəriyyətini təşkil edir
Kür
Tərtərçay
Araz
Girdimançay
Əlincəçay
Oxçuçay
Kürmükçay
Katexçay
Həkəri

Azərbaycan çaylarını aşağıdakı 3 əsas qrupa bölmək olar:

  • Azərbaycanın Kür hövzəsinə aid olan mərkəzi və qərb çayları;
  • Azərbaycanın bilavasitə orta Xəzərə axan şimali-şərq çayları;
  • Bilavasitə Xəzər dənizinin cənubuna axan cənubi-şərq çayları.

Mündəricat

Ümumi məlumat

Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır ki, onların bütövlükdə ümumi uzunluğu 33665 km. təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km² qəbul edilir. Çayların 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir.

Azərbaycan ərazisindən axan ən iri çaylar Kür və Araz çaylar

Dağ çayları

Dağ çayları öz mənbəyini dəniz səviyyəsindən 2000–3500 m. hündürlükdə olan dağlardan götürür, öz axarlarında çay pillələri və şəlalələr əmələ gətirir, dərin dərələrlə axır və düzənliklərə çıxdıqda güclü yarğanlar əmələ gətirərək çoxlu qollara ayrılırlar. Onlardan bəziləri tez-tez öz axarlarını dəyişir, digərləri isə yerin altı ilə sızaraq itir, yaxud kiçik bataqlıqlar əmələ gətirirlər.

Düzənlik çayları

Düzənlik çayları başlıca olaraq maili düzənliklərdə, geniş Kür-Araz ovlaqlarında, dərə və vadilərdə yerləşir. Axınları əyri-üyrü və sakit olan bu çaylar öz məcralarını asanlıqla yuyaraq yataqlarını lilləndirirlər. Onların suyu kənar qatışıqlarla bir o qədər də zəngin deyil və hamısının mənsəbi vardır. Lakin Kür çayı ətrafı depressiyanın və dənizyanı qum təpələrinin yaranması nəticəsində bu çayların bir qismi kor arteriyaya çevrilir və mənsəbləri itir. Dayaz çayların qidalanması əsasən dağ çayları, bulaq və yerüstü suların hesabına həyata keçir. Dayaz çayların sonuncu növünü adətən qara su (sularının hədsiz minerallaşması nəticəsi olaraq) adlandırırlar ki, onların mövcud olması da, dağ çayları arteriyaları ilə olduqca bağlıdır.

Coğrafi yerləşməsinə görə çayların təsnifatı

Böyük Qafqazın şimal-şərq yamacının çayları

Samur, Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay, Gilgilçay, Şabrançay, Ataçay

Abşeron-Qobustanın çayları

Pirsaatçay, Ceyrankeçməz, Sumqayıqçay, Sitalçay

Talış dağlarından axan çaylar

Bolqarçay, Viləşçay, Lənkərançay, Təngərud

Kür hövzəsinin çayları

Qanıx çayı , Balakən çay , Əyri çay , Daşagil çay , Araz çayı.

Azərbaycan çaylarının siyahısı

1000 km-dən yuxarı

  • Kür, 1515 km
  • Araz, 1072 km

1000-100 km

  • Qanıxçay, 413 km
  • Qabırrıçay, 320 km
  • Samurçay, 216 km
  • Anaxatır (Ehram və ya Xrami), 201 km
  • Tərtərçay, 200 km
  • Sumqayıtçay, 198 km
  • Kürəkçay, 186 km
  • Türyançay, 180 km
  • Bazarçay, 178 km
  • Bolqarçay, 163 km
  • Əyriçay, 135 km
  • Ağstafaçay, 133 km
  • Həkəri 128 km
  • Arpaçay, 126 km
  • Xaçınçay, 119 km
  • Pirsaatçay, 119 km
  • Göyçay, 115 km
  • Qarqarçay, 115 km
  • Viləşçay, 115 km
  • Həkəri, 113 km
  • Qudyalçay, 108 km
  • Qusarçay, 108 km
  • Köndələnçay,102 km
  • Ceyrankeçməzçay, 100 km

100-50 km

  • Gəncəçay, 99 km
  • Gilançay, 99 km
  • Əlicançay, 98 km
  • Vəlvələçay, 98 km
  • Şəmkirçay, 95 km
  • Qaraçay, 93 km (Quba və Xaçmaz)
  • Zəyəmçay, 90 km
  • Girdimançay, 88 km
  • Ağsuçay, 85 km
  • Oxçuçay, 85 km
  • Ləkərçay, 84 km
  • İncəçay, 83 km (Ağdərə, Tərtər və Yevlax)
  • Quruçay, 82 km (Xocavand və Füzuli)
  • Lənkərançay, 82 km
  • Gorançay, 81 km
  • Naxçıvançay, 81 km
  • Quruçay, 77 km (Quba və Xaçmaz)
  • Axıncaçay, 76 km
  • Qoşqarçay, 76 km
  • Gilgilçay, 72 km
  • Həsənsuçay, 71 km
  • Dəmiraparançay, 69 km
  • Ağçay, 68 km
  • Çikilçay, 68 km
  • Caqacuqçay, 65 km
  • Bala Kür, 63 km
  • Hocazsuçay, 63 km
  • Əlincəçay, 62 km
  • Xonaşençay, 62 km
  • Coğazçay, 60 km
  • Cəyirçay, 58 km
  • Muxaxçay, 56 km
  • Tikanliçay, 56 km
  • Kürmükçay, 55 km
  • Katexçay, 54 km
  • Şabrançay, 62 km
  • Künkütçay, 52 km
  • Bumçay, 51 km
  • İncəçay, 51 km (Cəbrayıl)
  • Zabuxçay, 51 km
  • Göytəpəçay, 50 km

Həmçinin bax

  • Azərbaycanın daxili suları
  • Azərbaycan gölləri
  • Azərbaycan su anbarları
  • Azərbaycan şəlalələri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan çayları haqqında məlumat. Azərbaycan çayları nədir? Azərbaycan çayları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Albus Dambldor

  • Fevral 27, 2026

    Şəlalə

  • Fevral 27, 2026

    Firudin Qurbansoy

  • Fevral 27, 2026

    Binəqədi

  • Fevral 27, 2026

    Gəmiricilər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst