Katexçay (gürc. კატეხისწყალი) — Qanıxçayın (Alazançayın) sol qoludur. Zaqatala rayonu ərazisindən axır.
| Katexçay | |
|---|---|
| |
| |
| Ölkə | |
| Mənsəbi | Qanıxçay |
| Uzunluğu |
|
| Su sərfi | 9,9 m³/san |
| Hövzəsinin sahəsi | 620 km² |

Ümumi məlumat
Uzunluğu 54 km, hövzəsinin sahəsi 620 km²-dir. Başlanğıcını Baş Qafqaz silsiləsindəki Quton dağından (3659 m) alır. Çay sağdan Verketel (uzunluğu 10 km) Murovçay (uzunluğu 12 km), kimi iki kiçik qol qəbul edir. İllik axımının 25%-ni qar, 22%-ni yağış, 53%-ni isə yeraltı sular əmələ gətirir. Şəki-Zaqatala bölgəsindən axan çaylar arasında ən çox sululuğa malik olması ilə fərqlənir. Çayın orta illik su sərfi 9,64 kub m/san-dir. Bunun 65%-i ilin isti (mart, avqust aylarında) və 36%-i ilin soyuq (sentyabr, fevral aylarında) keçir. Yayda və payızda yağan yağışlar nəticəsində çayda su artır. Bu zaman illik axımın 25-35%-i, qış fəslində isə 10-12%-n keçir. Qar və yağış suları hesabına çayda daşqın əmələ gəlir. Daşqın apreldə başlayıb, iyun ayının axırına kimi (100-120 gün) davam edir. Belə küclü daşqınlar tez-tez sel xarakteri alır. Ən küclü sel 1964-cü ilin avqust ayınıi 19-da olmuşdur.
Çoxillik asılı gətirmələr sərfi 0,79 kq/san, lillənməsi isə 70 q/kub m-dir. Asılı gətirmələrin çox hissəsi (50-70%-i) may, iyun aylarında keçir. Suyu hidro-karbonatlı-kalsiumlu olmaqla orta minerallaşması 150 mq/l ilə (mənbədə) 300-500 mq/l (mənsəbdə) arasında dəyişir. Katexçaydan Alazan-Əyriçay dərəsi daxilində suvarma işlərində geniş istifadə edilir. Masex kəndi yaxınlığında çayın üzərində HES qurulmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Katexçay haqqında məlumat. Katexçay nədir? Katexçay nə deməkdir?
