Ağsuçay — Kürün sol qolu. İsmayıllı, Şamaxı, Ağsu və Kürdəmir rayonlarının ərazisindən axıb süni kanal vasitəsilə Kürə tökülür.
| Ağsuçay | |
|---|---|
| azərb. Ağsuçay | |
| |
| |
| Ölkə | |
| Rayonlar | |
| Mənbəyi | Böyük Qafqaz, Sarıbulaq |
| • Yüksəkliyi | 2268 m |
| Mənsəbi | Kür |
| Uzunluğu | 85 km |
| Su sərfi | 1,7 m³/san |
| Su sistemi | Kür |
| Su hövzəsi | Xəzər dənizi |
| Hövzəsinin sahəsi | 572 km² |
Uzunluğu 85 km, hövzəsinin sahəsi 572 km²-dir. Böyük Qafqaz silsiləsindəki Sarıbulaq dağından (2268m) başlayan bir çox bulaqların birləşməsindən əmələ gəlir. Yuxarı axınında Sulutçay [İsmayıllı] adlanır.
Axımı yeraltı (67%), qar (20%) və yağış (13%) sularından əmələ gəlir. Yaz fəslində qar, payızda isə yağış suları çayda daşqınlar əmələ gətirir
Orta illik su sərfi 1,7 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 3,08 kq/san, orta lillənməsi 2000 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 500–700 mq/l minerallaşmaya malikdir.
Ağsuçaydan suvarma məqsədləri ilə istifadə olunur və Cavanşir su anbarını qidalandırır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağsuçay haqqında məlumat. Ağsuçay nədir? Ağsuçay nə deməkdir?


