Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əyriçay — Qanıxçayın sol qolu. Oğuz, Şəki və Qax rayonları ərazisindən axır. Yuxarı hissəsində Daşağıl adlanır. Böyük Qafqazın cənub yamaclarından axan Kiş, Mur

Əyriçay (Oğuz)

  • Ana Səhifə
  • Vikipediya
  • Əyriçay (Oğuz)

Əyriçay — Qanıxçayın sol qolu. Oğuz, Şəki və Qax rayonları ərazisindən axır. Yuxarı hissəsində Daşağıl adlanır. Böyük Qafqazın cənub yamaclarından axan Kiş, Murdal, Şin, Küngüt və s. dağ çayları bu çaya tökülür. İlk dəfə VII əsrə aid mənbələrdə Kri adı ilə qeydə alınmışdır. Hidronim çayın əyri formada qərbə tərəf axması ilə bağlı olaraq yaranmışdır.

Əyriçay
Xəritə
Ölkə
  •  Azərbaycan
Mənsəbi Qanıxçay
Uzunluğu
  • 134 km
Su sərfi 21,7 m³/san
Hövzəsinin sahəsi 1.810 km²

Mündəricat

Ümumi məlumat

Uzunluğu 134 km, hövzəsinin sahəsi 1810 km²-dir. Başlanğıcını Böyük Qafqazın cənub yamacından, Təkləbaşıdağın 1,5 km qərbindən (3509 m) götürür, Cənub yamacından axan Küngüt, Kiş, Şin və Kürmükçay və bir sıra başqa kiçik çaylar Əyriçaya tökülür.

Çayın illik axımının 14%-i qar, 32%-i yağış, 54.%-i isə yeraltı sular hesabına əmələ gəlir. Yazda qar, payızda yağış suları çayda daşqın əmələ gətirir. Daşqın martda başlayıb iyunun əvvəllərinə kimi davam edir. Yaz daşqını dövründə keçən suyun sərfi illik su sərfindən 50-60 dəfə çox olur. Yağış sularından əmələ gələn daşqınlarda keçən su sərfindən xeyli artıq olur. Belə küclü daşqınlar bəzən çayda sel hadisəsinə çevrilir.

İllik axımının 25-35%-i yaz və yay fəsillərində, 15%-i payızda, 12%-i isə qışda keçir. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) illik axımının 10-12%-i axıdılır.

Çayın suyu hidrokarbonatlı-kalsiumlu olmaqla orta mineral-laşması mənbədən mənsəbə doğru 150 mq/l ilə 300 mq/l arasında dəyişir.

Əyriçayın suyu Oğuz, Şəki və Qax rayonlarının əkin sahələrinin suvarılmasına məsrəf edilir.

Həmçinin, çayın su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə Şəki rayonu ərazisində Əyriçay su anbarı tikilmişdır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əyriçay (Oğuz) haqqında məlumat. Əyriçay (Oğuz) nədir? Əyriçay (Oğuz) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elba (çay)

  • Fevral 27, 2026

    Psixoloji roman

  • Fevral 27, 2026

    Naftalan

  • Fevral 27, 2026

    Torağaylar

  • Fevral 27, 2026

    Çoğa Zənbil

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst