Vəlvələçay - Quba və Xaçmaz rayonlarından axıb Xəzər dənizinə tökülür.
| Vəlvələçay | |
|---|---|
| |
| |
| Ölkə | |
| Keçdiyi ərazilər | Quba, Xaçmaz |
| Mənbəyi | Böyük Qafqaz |
| Mənsəbi | Xəzər dənizi |
| Uzunluğu | 98 km |
| Su hövzəsi | Xəzər dənizi |
| Hövzəsinin sahəsi | 629 km² |
Ümumi məlumat
Uzunluğu 98 km, hövzəsinin sahəsi 629 km²-dir. Böyük Qafqazın şimal-şərq hissəsindən axan Cimi və Babaçay çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyini Babadağın şimal yamacından (2940 m) alır. İllik axımının 26%-ni yağış, 40%-ni yeraltı və 34%-ni qar suları təşkil edir. Orta illik su sərfi 3,52 kub m/san-dir. Axımın 40%-i yazda, 30%-i yayda, 20%-i payızda, 10%-i isə qışda keçir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 150-300 mq/l minerallaşmaya malikdir.
Suyunun bir hissəsi Samur-Abşeron kanalına axıdılır. Üstündə SES və su qovşağı tikilmişdir, suvarma işlərində istifadə edilir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vəlvələçay haqqında məlumat. Vəlvələçay nədir? Vəlvələçay nə deməkdir?


