Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Türyançay - Kürün sol qolu. Baş Qafqaz silsiləsinin cənub yamacından axaraq, süni kanal vasitəsilə Kürə tökülür. Qəbələ, Ucar, Ağdaş və Zərdab rayonları ərazisi

Türyançay

  • Ana Səhifə
  • Vikipediya
  • Türyançay

Türyançay - Kürün sol qolu. Baş Qafqaz silsiləsinin cənub yamacından axaraq, süni kanal vasitəsilə Kürə tökülür. Qəbələ, Ucar, Ağdaş və Zərdab rayonları ərazisindən axır.

Türyançay
azərb. Türyançay‎
Xəritə
Ölkə  Azərbaycan
Rayonlar
  • Qəbələ rayonu
  • Ucar rayonu
  • Ağdaş rayonu
  • Zərdab rayonu
Mənbəyi Bazardüzü dağı
 • Yüksəkliyi 3680 m
Mənsəbi Kür
Uzunluğu 180 km
Su sərfi 15,8 m³/san
Su sistemi Kür/Xəzər dənizi
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 1840 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Uzunluğu 180 km, hövzəsinin sahəsi 1840 km²-dir. Başlanğıcını Bazardüzü dağın cənub-qərb yamacından (3680 m) alır. Başlıca qolları -soldan Tikanlı (uzunluğu 56 km), Bum (uzunluğu 51 km), sağdan isə Nəzər (uzunluğu 34 km), Qala.(uzunluğu 42 km) çaylarıdır. Axımı qar (18%), yağış (21%) və yeraltı (61%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları, payız fəslində isə yağış suları çayda böyük daşqınlar əmələ gətirir. Daşqın dövründə (aprel-iyul aylarında) illik axımının 50-60%-i keçir. Çayda ən az su sərfi yanvar ayında müşahidə edilir.Çayın orta illik sərfi 15,8 kub m/san-dir. Bunun da 30%-i yazda, 25%-i yayda, 24%-i payızda, 21%-i isə. qışda keçir. İntensiv suvarma dövründə (iyul-avqust aylarında) illik axımının 12%-i axıdılır. Asılı gətirmələrin illik həcminə körə Turyançay Böyük Qafqaz çayları sırasında müstəsnalıq təşkil edir. Belə ki, asılı gətirmələrin orta çoxillik sərfi 49,7 kq/san və ya orta hesabla Şirvan düzünə bir ildə 2 milyon tona qədər lil aparır. Güclü yağışlar zamanı bu miqdar kəskin surətdə artır.

Bozdağ silsiləsindən aşağı Türyançay bir çox qollara ayrılır. Suyu suvarma kanallarına axıdılaraq Ucar, Ağdaş və Zərdab rayonlarının əkin sahələrinin suvarılmasında geniş istifadə edilir. Tez-tez güclü sel hadisələri baş verir.

Çayın üzərində SES tikilmişdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Türyançay haqqında məlumat. Türyançay nədir? Türyançay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Noyabr inqilabı

  • Fevral 27, 2026

    Ceronimo

  • Fevral 27, 2026

    Yuxarı Alplar

  • Fevral 27, 2026

    Pun müharibələri

  • Fevral 27, 2026

    Zilzal surəsi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst