Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Samurçay (lezgi. ЧӀвехер вацӀ) — Azərbaycanın şimal-şərqində ən iri çaydır. Samur Azərbaycanda beşinci böyük çaydır. Sutoplayıcısı əsasən Dağıstanda yerləşsə də

Samurçay

  • Ana Səhifə
  • Vikipediya
  • Samurçay

Samurçay (lezgi. ЧӀвехер вацӀ) — Azərbaycanın şimal-şərqində ən iri çaydır. Samur Azərbaycanda beşinci böyük çaydır. Sutoplayıcısı əsasən Dağıstanda yerləşsə də, Samurçay aşağı axınında Azərbaycanla Dağıstan sərhədi boyu axaraq, hər iki respublikaya aid edilən çaydır. Samurçayın uzunluğu 216 km, sutoplayıcı hövzəsinin sahəsi 4430 km2-dir. Samurçay Baş Qafqaz silsiləsi ilə şimalda ona paralel uzanan Samur silsiləsi suayırıcısı arasında yerləşən yüksəkdağlıq zonanın qar, buzlaq, yeraltı və yağış sularından qidalanır. Çayın mənbəyi 3699 m yüksəklikdə yerləşir. Dağlardan külli miqdar qırıntı məhsullar gətirən Samur, Xəzər sahilində meşələrlə örtülü böyük delta əmələ gətirir.

Samurçay
Xəritə
Ölkə
  •  Rusiya
Mənsəbi Xəzər dənizi
Uzunluğu
  • 213 km
Su sərfi 72,4 m³/san
Hövzəsinin sahəsi 7.330 km²
DSR?! 07030000412109300002187
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Məşəl savaşı. Samurçay sahilində Beştəpə adlanan yer.

Samurçayın qidalanmasında əsas yeri qar suları və yeraltı sular tutur. Çayın hövzəsində qarlı-buzlu zirvələrin çoxluğu (ümumi sahəsi kiçik olsa da) çayda gursulu dövrün uzanmasına səbəb olur. Bu dövr yazda başlamaqla, yayı da əhatə edir. Samurçayın illik su sərfinin 20% yazda, 49% yayda, 20% payızda və 10% qış aylarında keçir. Çayın illik su sərfi həcmi 2.36 km3-dən az artıqdır. Axtı məntəqəsində Samurun illik sülb axımının həcmi 5256.5 min m³-ə çatır.

Azərbaycanın təsərrüfatı üçün Samurçayın olduqca böyük əhəmiyyəti var. Samurçaydan hələ 1940-cı ildə Samur-Dəvəçi kanalı çəkilmiş, 50-ci illərin axırında isə bu kanal Ceyranbatan çökəkliyinə çatdırılmış və Abşeronda birinci böyük şirinsulu su anbarı yaradılmışdır. Bu kanal Samur-Dəvəçi ovalığında, Boğaz düzənliyində və Abşeron yarımadasında 100 min hektardan artıq torpağın suvarılması üçün əsas su mənbəyidir. Sumqayıt və Bakı şəhərlərinin su təchizatında da Ceyranbatan su anbarında durulan Samur sularından geniş istifadə olunur. Bununla yanaşı, bu sulardan Abşeronda yaşıllaşdırma işlərində də geniş istifadə olunur.

Mündəricat

Alban çayı

Alban çayı Qafqaz Albaniyasında çay olmuşdur. Antik mənbələrdə Xəzər dənizinə töküldüyü göstərilir. Yunan coğrafiyaşünası Ptolemeyin məlumatına görə, Albaniya ərazisindən axıb Kürə tökülürmüş. Bəzi müəlliflər onu Kürün qollarından biri hesab edir. Abbasqulu ağa Bakıxanov və başqaları Alban çayını Samurçay ilə eyniləşdirirlər.

Həmçinin bax

  • Məşəl savaşı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Samurçay haqqında məlumat. Samurçay nədir? Samurçay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Prienli Bias

  • Fevral 27, 2026

    Eduard Bernşteyn

  • Fevral 25, 2026

    Məmmədtağı Əliyev

  • Fevral 27, 2026

    Sanqalan

  • Fevral 27, 2026

    Sutka

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst