Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ərəbgir (türk. Arapgir) — Türkiyənin Malatya vilayətinə daxil olan bələdiyyə və rayon. Rayonun ərazisi 987 km² təşkil etmiş, əhalisi isə 2022-ci il üzrə 9,964 n

Ərəbgir

  • Ana Səhifə
  • Vikipediya
  • Ərəbgir

Ərəbgir (türk. Arapgir) — Türkiyənin Malatya vilayətinə daxil olan bələdiyyə və rayon. Rayonun ərazisi 987 km² təşkil etmiş, əhalisi isə 2022-ci il üzrə 9,964 nəfər olmuşdur. Fərat çayının sahilindən 14–15 km şərqdə, Malatyanın 70 km şimalında, Elazığ və Kemaliyyə şəhərləri arasında yerləşir.

Ərəbgir
Arapgir
39°02′28″ şm. e. 38°29′43″ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Tarixi və coğrafiyası
Sahəsi
  • 974 km²
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 10.868 nəf. (2018)
Rəsmi dili
  • türk dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 44800
Nəqliyyat kodu 44
Digər
arapgir.bel.tr
Ərəbgir xəritədə
Ərəbgir
Ərəbgir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərəbgir Fərat çayının qərbi və şərqi qollarının birləşdiyi ərazidə yerləşmiş, lakin birləşmiş axının sağ sahilindən bir neçə mil aralıda salınmışdır. Şəhər Sivas ilə Fərat çayına qədər uzadılmış şosse yolu vasitəsilə əlaqələndirilmişdir. Müasir Ərəbgie şəhəri XIX əsrin ortalarında inşa edilmişdir. Bununla yanaşı, şəhərdən təxminən 2 mil şimal-şərqdə yerləşən və hazırda "Eskişehir" (hərf. "köhnə şəhər") adlandırılan qədim yaşayış məntəqəsi mövcuddur.

Mündəricat

Etimologiyası

Şəhər qədimdə Daskuza adlanırdı.

Ərəbgirin adı ilə bağlı bir rəvayətə görə, Çubuq bəy döyüşdə əsir götürülmüş və biri Cahangir, digəri isə Ərəb Mehmed adlı iki komandir tərəfindən mühasirəyə alınmışdır. Deyilənə görə, Cahangir döyüşdə həlak olmuş və baş komandan "Ərəb, gir!" əmrini vermiş, bundan sonra şəhərin adı Ərəbgir olaraq qalmışdır. Buna baxmayaraq, I Məlikşahın Anadoluya gəlməmiş, əvəzində regiona Süleyman bin Qutalmışı təyin etmişdi. Süleyman sözügedən döyüşdə komandan olmuş olsaydı belə, Ərəbgir şəhərinin adı daha əvvəl bizanslılar və ya ermənilər tərəfindən də bu formada istifadə olunurdu. Şəhərin adının mənşəyi ilə bağlı başqa bir nəzəriyyə onun tarixi Arapraknua yaşayış məntəqəsi ilə əlaqələndirilməsi olmuşdur. Yunan dilində şəhərin adı "Arapraseç" idi.

1988-ci ilə qədər "Arapgir" və "Arapkir" yazılış formalarının hər ikisi rəsmi olaraq istifadə edilmişdir. A. Çingiz Sezer tərəfindən aparılan araşdırmalar və müraciətlər nəticəsində 22 iyul 1988-ci ildə Vejdi Gönülün imzası və Vilayətlər İdarəsi Baş Müdirliyinin 420.208/14–5606 saylı yazısı ilə adın "g" hərfi ilə — "Arapgir" formasında işlədilməsi barədə qərar qəbul edilmişdir.

Coğrafiyası

Rayon enlikli və dağlıq əraziyə malik olmuşdur. Şərqi Anadolu regionunun qərb hissəsində, Yuxarı Fərat Bölməsində, Fərat vadisinin qərb sahilində, [[Malatya[] şəhərindən 114 km məsafədə yerləşmişdir. Ərəbgirin torpaqları şərqdə Elazığın Ağın, qərbdə Malatyanın Arguvan, şimalda Ərzincanın Kəmaliyyə və Sivasın Divriği, cənubda isə Elazığın Keban rayonları ilə həmsərhəd olmuşdur. Rayon mərkəzinin yüksəklik səviyyəsi 1 250 metr təşkil etmişdir. Ərazisi 964 km² olmuşdur. 2000-ci il ümumi əhali siyahısına görə, rayon mərkəzinin əhalisi 10,180, kəndlərin əhalisi 6,445 nəfər olmuş, ümumi əhali 17,070 nəfər təşkil etmişdir. Rayonda mərkəz olmaqla bir bələdiyyə, Taşdelen olmaqla bir bucaq, 42 kənd və 49 məhəllə mövcud olmuşdur.

Tərkibi

Ərəbgir rayonunda 63 məhəllə var:

  • Aktaş
  • Alıçlı
  • Aşağıçörenge
  • Aşağıulupınar
  • Aşağıyenice
  • Berenge
  • Boğazlı
  • Bostancık
  • Budak
  • Çakırsu
  • Çarşı
  • Çaybaşı
  • Çiğnir
  • Çimen
  • Çobanlı
  • Cömertli
  • Deregezen
  • Düzce
  • Esikli
  • Eskiarapkir
  • Eynir
  • Gebeli
  • Göz
  • Gözeli
  • Günyüzü
  • Hezenek
  • Hocaali
  • Kayakesen
  • Kaynak
  • Kazanç
  • Kılıçlı
  • Konducak
  • Koru
  • Köseoğlu
  • Mehmet Akif
  • Meşeli
  • Onar
  • Ormansırtı
  • Osmanpaşa
  • Pacalı
  • Pirali
  • Şağıluşağı
  • Sekizsu
  • Selamlı
  • Serge
  • Şıhlar
  • Sinikli
  • Sipahiuşağı
  • Suçeyin
  • Sugeçti
  • Tarhan
  • Taşdelen
  • Taşdibek
  • Ulaçlı
  • Yaylacık
  • Yazılı
  • Yeni
  • Yeşilyayla
  • Yukarı Ulupınar
  • Yukarı Yenice
  • Yukarıçörenge
  • Yukarıyabanlı
  • Zohrap

Nəqliyyat

Malatya–Ərəbgir avtomobil yolu dairəvi və ya əlaqə yolu yox, şəhərlərarası avtomobil yolu olmuşdur. Bu yol Malatya vilayətinin Qara dəniz bölgəsinə açılan əsas qapısı kimi çıxış etmiş, Ərzincan, Sivas və Elazığ vilayətləri arasında mühüm şəhərlərarası nəqliyyat xətti hesab edilmişdir. Bundan əlavə, 2014-cü ildə inşasına başlanmış və hazırda davam etdirilən Divriği–Ərəbgir–Kəban Yolu Tunelləri Layihəsi bölgədə nəqliyyat baxımından mövcud olan çətin şəraiti aradan qaldırmışdır. Layihə çərçivəsində inşa edilən Sarıçiçək-1 tuneli 1600 metr, Sarıçiçək-2 tuneli isə 1100 metr uzunluğa malik olmuş, iki tunelin ümumi uzunluğu 2700 metr təşkil etmişdir. Malatya ilə Ərəbgir mərkəzi arasındakı məsafə təqribən 120 kilometr olmuş, bu marşrut üzrə hərəkət müddəti isə orta hesabla 1 saat 30 dəqiqə davam etmişdir. Malatya–Ərəbgir marşrutu üzrə fəaliyyət göstərən mikroavtobuslar həftənin 7 günü xidmət göstərmişdir. Ərəbgirdən Malatya mərkəzinə qədər marşrut üzrə 25 dayanacaq mövcud olmuş və bu məsafə təxminən 45 dəqiqəyə qət edilmişdir.

İqlimi

Arapgir quru yaylı rütubətli kontinental iqlimə (Köppen təsnifatı: Dsa) malik olmuş, eyni zamanda Aralıq dənizi iqliminə (Köppen: Csa) keçid xüsusiyyətləri göstərmişdir. İqlim isti və quraq yaylar, soyuq və tez-tez qarlı qışlarla səciyyələnmişdir.

{{{Şəhər_yiyəlik}}} iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 2,7 4,4 10,1 16,3 21,7 27,7 32,4 33,0 28,1 20,8 11,9 5,0 17,9
Orta temperatur, °C −0,8 0,4 5,4 11,0 16,1 21,6 25,7 26,2 21,6 15,0 7,2 1,4 12,6
Yağıntı norması, mm 100,67 86,87 79,16 80,47 66,4 16,8 3,18 2,13 13,08 49,2 {{{Noy_orta_yağ}}} 97,59 670,76
Mənbə: NOAA

Tarixi

Tarixin müxtəlif dövrlərində Ərəbgir istehkam, qəsəbə, qala-şəhər və ya şəhər kimi xatırlanmışdır. Əsl Ərəbgir buradan 6 km aralıda yerləşən Eskiərəbgir şəhəridir.

Bu ərazi tarixi Kiçik Ermənistan vilayətinin tərkib hissəsi olmuşdur. Ərəbgir şəhərinin qədim hissəsi 1021-ci ildə Vaspurakan çarlığını Bizans imperiyasının mərkəzi torpaqlarında mülklərlə dəyişmiş padşah Senekerim Artsruni tərəfindən salınmışdır. Bu zaman Vandan gələn erməni mühacirlər Roma imperiyası dövrünə aid mənbələrdə Avriana koqortasının qərargahı kimi xatırlanan Daşkuza qalasının yaxınlığında yerləşmişdir.

1070-ci ildən sonra Böyük Səlcuq imperiyasının idarəsinə keçmiş, səlcuqilərin Kösədağ döyüşündə monqollara məğlub olmasından sonra monqolların hakimiyyəti altına düşmüş, Anadolu bəyliklərinin formalaşmağa başladığı dövrdə isə Qaraqoyunluların nəzarətinə keçmişdir. 1515-ci ildə baş vermiş Çaldıran döyüşündən sonra şəhər Osmanlı dövlətinin hakimiyyəti altına daxil olmuşdur.

Şəhər uzun müddət diqqətəlayiq olmayan adi bir yaşayış məntəqəsi olaraq qalmışdır. Ərəbgir XV–XVII əsrlərdə erməni yazılı mədəniyyətinin mərkəzlərindən biri olmuş, bu dövrdə burada bir sıra əlyazmalar yaradılmış, onlardan 1446 və 1640-cı illərə aid olan əsərlər dövrümüzə qədər gəlib çatmışdır. XIX əsrdə Ərəbgirdə sənaye, xüsusilə kətan sənayesi və ticarət sahələri əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Erməni əhalisi 1895–1896-cı illərdə və 1915-ci ildə Osmanlı hakimiyyət orqanları tərəfindən həyata keçirilmiş qırğınlara məruz qalmışdır.

1518-ci ildə tərtib edilmiş ilk Osmanlı Təsnit Təhrir dəftərində Diyarbəkir əyalətinin 12 sancağının olduğu göstərilmişdir. Həmin dəftərdə Ərəbgir də yer almış və 10-cu sırada qeyd edilmişdir. Şəhər 1928-ci ilə qədər Elazığ vilayətinə bağlı olmuş, 1927–1928-ci illərə aid dövlət salnaməsində isə Ərəb Malatyaya bağlı bir qəza kimi göstərilmişdir.

Əhalisi

İndiki dövr

Ərəngir şəhəri əsasən kürdlər tərəfindən məskunlaşdırılmışdır. Rayon üzrə əhali sayına görə etnik tərkibdə türklər, kürdlər və ermənilər yer almışdır. Keçmişdə ermənilər türklərdən sonra ikinci ən böyük etnik qrup olmuş, əhalinin təxminən üçdə birini təşkil etmişdilər, lakin Birinci Dünya müharibəsi zamanı bu əhalinin böyük hissəsi məhv edilmişdir.

Ərəbgir rayonu kəndlərinin etnik tərkibi aşağıdakı kimi olmuşdur:

  • Türk kəndləri: Aktaş, Alıçlı, Boğazlı, Budak, Çiğnir, Çimen, Düzce, Eski Arapgir, Eynir, Gözeli, Günyüzü, Kayakesen, Koruköy, Onar, Ormansırtı, Selamlı, Yeşilyayla, Yukarı Yabanlı
  • Kürd kəndləri: Bostancık, Çakırsu, Deregezen, Esikli, Gebeli, Kaynak, Kazanç, Kılıçlı, Konducak, Pacalı, Pirali, Şağıluşağı, Sinikli, Sipahiuşağı, Sugeçti, Tarhan, Ulaçlı, Yaylacık, Yazılı
  • Türk və kürd əhalisinin birgə yaşadığı kəndlər: Suçeyin, Taşdelen

1927-ci ildən Ərəbgirin əhali statistikalarında təsviri aşağıdakı kimidir:

İl Ümumi Şəhər Şəhərətrafı
192721.8666.78215.084
193530.0316.81023.221
194024.0726.84317.229
194523.6126.68416.928
195024.6276.73917.888
195520.8676.43114.436
196022.5296.86515.664
196523.1027.05616.046
197024.2917.79316.498
197523.8168.43615.380
198022.6348.63014.004
198521.1948.53112.663
199020.67510.42010.255
200016.62510.1806.445
200711.4706.3675.103
200811.3116.1695.142
200911.1126.1454.967
201011.0546.1524.902
201111.1286.2884.840
201210.9726.1204.852
201311.04111.041bilinmir
201410.79610.796bilinmir
201510.62310.623bilinmir
201610.41910.419bilinmir
201710.10910.109bilinmir
201810.86810.868bilinmir
201910.27510.275bilinmir
202010.02810.028bilinmir
202110.11910.119bilinmir
20229.9649.964bilinmir
202310.64110.641bilinmir

Qeyd: Böyükşəhər bələdiyyəsi qanununa görə kəndlərə məhəllə statusu verildiyinə görə kənd əhalisi 2013-cü ildən bəri cədvələ daxil edilməmişdir.

Keçmişdə

Müstəqil mənbələrin və dövri mətbuatın məlumatlarına görə, 1800–1830-cu illərdə Ərəbgirin əhalisi təxminən 15 min nəfər olmuş, onların 12 minini ermənilər təşkil etmişdir. 1830–1850-ci illərdə ümumi əhali sayı dəyişməz qalmış, lakin ermənilərin sayı 9 min nəfərə enmişdir.

Donald Kuotertin məlumatına görə, 1880-ci illərdə Ərəbgir 4,802 müsəlman və 1,200 erməni ailəsindən ibarət olmuş, ümumi əhali sayı təxminən 29 min nəfər təşkil etmişdir. Bir başqa mənbəyə görə, XX əsrin əvvəllərində Ərəbgir bölgəsində 18.382 nəfər yaşayırdı. Mənbələr toxucular icması daxilində etnik qrupların payına dair fərqli məlumatlar təqdim etmişdir. Erməni əhalinin 1895-ci il Həmidiyyə qırğınları zamanı ciddi itkilərə məruz qaldığı bildirilmişdir. Bununla belə, Donald Kuotert qeyd etmişdir ki, 1896-cı ildə, iğtişaşlardan cəmi bir il sonra tekstil ixracının yenidən normal səviyyəyə qayıtması ya toxucuların hamısının müsəlmanlardan ibarət olduğunu, ya da erməni toxucuların iğtişaşlar zamanı az sayda öldürüldüyünü, köçürüldüyünü və ya fəaliyyətlərinin ciddi şəkildə pozulmadığını göstərmişdir.

Birinci Dünya müharibəsi ərəfəsində Ərəbgirdə təxminən 9,523 erməni (1,300 ev) və 6,774 türk yaşamışdır. Bəzi mənbələrə görə, bu dövrdə şəhərin əhalisi təxminən 20,000 nəfər olmuş, onların yarısını ermənilər təşkil etmişdir. 1915-ci il Erməni soyqırımından sonra Ərəbgirin erməni əhalisinin böyük hissəsi qətlə yetirilmiş və ya deportasiya edilmişdir. Orta Şərqə Texniki Universitetinin Nejat Göyüncə istinad edən araşdırmasına əsasən, 1911-ci ildə şəhərin əhalisi təxminən 20 min nəfər olmuş, onların yarıdan çoxunu erməni xristianlar, qalan hissəsini isə müsəlmanlar təşkil etmişdir.

1919-cu ilə qədər geri qayıdanlar hesabına Ərəbgirin erməni əhalisi 3 min nəfərə çatmışdır. 1922-ci ildə 800 erməni Ərəbgir şəhərinə qayıtmışdır, lakin kamalçı hakimiyyət orqanlarının təqiblərinə tab gətirə bilməyən bir çoxları Sovet Ermənistanına köçməyə məcbur olmuş, burada 1925-ci ildə hazırda İrəvanın rayonlarından biri olan Nor-Arabkir qəsəbəsini salmışdır. 1945-ci ildə şəhərin 6,684 sakini arasında ermənilərin sayı təxminən 600 nəfər təşkil etmişdir, lakin 1946-cı ildən sonra qalan ermənilərin əksəriyyəti Suriyaya və Malatyaya köçmüş, şəhərdə təxminən 200 erməni qalmışdır.

Mədəniyyəti

Abidələr

Ərəbgir kafedralı.

Rayonun ən mühüm tarixi abidələri sırasında Ərəbgir Ulu məscidi yer almışdır. Bu abidənin XIV əsrə aid olduğu ehtimal edilmişdir. Yeni məscidin Ağqoyunlular dövründə (1389–1551-ci illər) inşa edildiyi bildirilmişdir. Cəfər Paşa məscidi 1694-cü ildə Cəfər Paşa tərəfindən tikdirilmişdir. Mirliva Əhməd Paşa məscidi (indiki adı ilə Çarşı məscidi) Mirliva Əhməd Paşa tərəfindən inşa etdirilmiş və XVII əsrə aid olmuşdur. Gömrükçü Osman Paşa məscidi 1823-cü və ya 1824-cü ildə tikilmişdir. Çobanlı məscidinin inşa tarixi 1893-cü il kimi məlum olmuşdur. Bundan başqa, Molla Əyyub məscidi, Osman Paşa məscidi və Çarşı hamamı da rayonda mövcud olan digər tarixi abidələr sırasında göstərilmişdir.

Rayon mərkəzi və kəndlər daxil olmaqla ümumilikdə 54 məscid mövcud olmuşdur. Təkcə rayon mərkəzində 21 tarixi məscid yerləşmişdir. Ən qədim dini tikililər sırasında 683 illik Miri-Liva Əhməd Paşa məscidi (Müərris Mustafa Əfəndi məscidi) və 1334-cü ildə inşa edildiyi ehtimal edilən Ərəbgir Ulu məscidi göstərilmişdir. Bundan əlavə, dəqiq sayı hələ müəyyən edilməyən Onar məhəlləsində yerləşən 800 illik Böyük Ocaq Cəm evi və Taşdelen məhəlləsində yerləşən digər cəmevi ilə birlikdə rayonda ümumilikdə iki cəm evinin mövcud olduğu qeyd edilmişdir.

XIX əsrin ortalarında köhnə Ərəbgir tərk edilmiş və indiki ərazisinə köçürülmüşdür. Buna görə də yüksək sənət dəyərinə malik çoxsaylı tarixi tikililər köhnə Ərəbgir ərazisində qalmışdır. Bu tarixi abidələrin böyük hissəsinin yararsız vəziyyətdə olduğu müşahidə edilmişdir. Köhnə Ərəbgir ərazisində yerləşən Xanəgah, Cəfər Paşa məscidi, Osman Paşa hamamı, Çarşı hamamı, Miran çayı sahilindəki Xarab Bazar xarabalıqları, Bərəngə dərəsi boyunca uzanan vadi və Qaynarca görməli yerlər sırasında göstərilmişdir. Ərəbgir rayonundan 15 kilometr məsafədə yerləşən Onar kəndində qədim Roma dövrünə aid 18 qaya məzarı mövcud olmuşdur. 28 aprel 2011-ci ildə bu qaya məzarları I dərəcəli arxeoloji sit ərazisi elan edilmişdir. Həmin kənddə, həmçinin 1224-cü ildə inşa edilmiş və tarixdə məlum olan ən qədim cəm evinin yerləşdiyi qeyd edilmişdir. Müasir dövrdə Meydan körpüsü, Gömrükçü Osman Paşa məscidi, Millət xanı və Çobanlı konağı bərpa olunaraq turizm dövriyyəsinə cəlb edilmişdir.

Birinci Dünya müharibəsindən əvvəl Ərəbgir şəhərində yeddi erməni apostol kilsəsi mövcud olmuşdur. Bunlara kafedral ilə qarışdırılmamalı olan Müqəddəs Tanrı Anası kilsəsi, Maarifçi Qriqori kilsəsi, Müqəddəs Gevorq kilsəsi, Müqəddəs Akop kilsəsi, Müqəddəs Nşan kilsəsi, Müqəddəs Filipp Arakel kilsəsi və Müqəddəs Sarkis kilsəsi daxil olmuşdur. Bununla yanaşı, şəhərdə bir katolik Müqəddəs Xilaskarlar kilsəsi və bir protestant Cuqran kilsəsi də fəaliyyət göstərmişdir. Müharibədən əvvəlki Ərəbgirdən günümüzə çox az hissə çatmışdır, ermənimənşəli olduğu bilinən bəzi qədim yaşayış evləri qorunub saxlanılmışdır. Şəhər ərazisində, həmçinin bir qalaya aid xarabalıqlar, bir neçə səlcuqi dövrünə aid məscid, qədim qəbiristanlıq və gümüş mədənlərinin qalıqları mövcud olmuşdur.

Toy ənənəsi

Ərəbgirdə keçirilən toy mərasimlərinin əsas xüsusiyyətləri musiqi, folklor və geniş süfrə mərasimləri olmuşdur. Xalq mahnıları və rəqslərinin geniş yayıldığı bu mərasimlərdə klarnet, cümbüş, skripka, nağara, dəf və darbuka kimi musiqi alətləri ifa edilmişdir. Toydan əvvəl qız istəmə və nişan mərasimləri həyata keçirilmişdir. Ərəbgirə xas olan əsas adətlərdən biri xına və kabab gecəsi olmuşdur. Toyun birinci günü təşkil edilən bu mərasimdə bəy hamama aparılmış, daha sonra gəlin evindən gələn qonaqlarla birlikdə kabab süfrəsi açılmışdır. Yeməkdən sonra bəyin qaçması və sağdıc tərəfindən tutularaq geyindirilməsi adəti icra edilmişdir. Bütün mərasimlər musiqi müşayiəti ilə keçirilmişdir. Ardınca gəlin ata evindən çıxarılaraq yeni evinə aparılmış, bu zaman bəy gəlinin başına pul səpmiş və gəlinin ayağına qurban kəsilmişdir. Toyun ikinci günü gəlinin qohumları və bəyin dəvətliləri tərəfindən "üz açma" adlanan mərasim həyata keçirilmiş, bu zaman gəlinə müxtəlif hədiyyələr təqdim edilmiş və toy mərasimi başa çatmışdır.

Bağbozumu şənlikləri

İlk dəfə 1970-ci ildə təşkil edilən Ərəbgir Bağbozumu Şənliklərinin əsas məqsədləri rayonun tanıdılması, sosial və iqtisadi canlanmanın təmin edilməsi, xaricdə yaşayan həmyerlilərin bir araya gətirilməsi, mədəni xüsusiyyətlərin gələcək nəsillərə ötürülməsi, yerli iqtisadiyyata töhfə verilməsi və Ərəbgirin məşhur qara üzümünün ölkə miqyasında tanıdılaraq üzümçülüyün təşviq edilməsi olmuşdur. Hər il sentyabr ayının ikinci cümə günü keçirilən bu tədbirlər çərçivəsində üzüm müsabiqələri, sünnət mərasimləri, gəzintilər və xüsusi əyləncə gecələri təşkil edilmişdir. Sünnət mərasimləri vasitəsilə maddi imkanı məhdud ailələrin təxminən 50 uşağı sünnət edilmişdir. Xüsusi əyləncə gecələri isə il ərzində ən azı bir dəfə canlı konsertlərin təşkilinə imkan yaratmışdır. Təxminən 10 min nəfərin izlədiyi bu tədbirlərdə parodiyalar, folklor kollektivləri, TRT əməkdaşları və tanınmış sənətçilər iştirak etmişdir.

Mətbəxi

Ərəbgir mətbəxinə bumbar dolması, bastuk, Çələbi dolması, turşulu çörək, kömbə böreyi, alma qalyəsi, tarhana, Gəlin xanım şirniyyatı, əriştə şorbası, akıtma biçiği, paxlava, Dilbər dodağı, soğan dolması, pəhriz dolması, lokma, zeytun yağlı bibər dolması, qıldırıq küftə, soğanlı çörək, dutlu yumurta, mıxlama, qatıq şorbası, qandımallı şorba, pıdik və ya dzınik şorbası, özbək şorbası, pancar şorbası, çir şorbası, qabırğa yeməyi, qurban plovu, ayranlı şorba, içli küftə, toyuq şorbası, xoşaf, noxudlu şorba, bumbar, kəllə-paça şorbası, badımcan yeməyi, bamya yeməyi, topik, sarımsaq yahnisi, yaşıl lobyalı yahni, çırçıqlı yahni, balqabaqlı çırçıqlı yahni, yaşıl lobyalı piyaz, yumurtalı piyaz, semizotlu salat, qavud və ya bulamaç, hasirde, hasuta və ya hişasda, pişi, dairəvi kətə və kartoflu piyaz daxil olmuşdur.

27 noyabr 2021-ci ildə Ərəbgir şəhərinin "Cittaslow" hərəkatına üzvlüyü qəbul edilmişdir.

Təhsil

Birinci Dünya müharibəsindən əvvəl Ərəbgirdə ondan artıq məktəbin mövcud olduğu da qeyd edilmişdir.

Ərəbgir şəhər mərkəzində 2, kəndlərdə isə birləşdirilmiş sinif sistemi ilə fəaliyyət göstərən 3 olmaqla ümumilikdə 5 ibtidai məktəb, 3 orta məktəb, 3 lisey, 1 uşaq bağçası, 1 Xalq Təhsili Mərkəzi və 1 Müəllim evi mövcud olmuşdur. Bundan əlavə, Malatya Turqut Özal Universitetinə bağlı bir peşə məktəbi fəaliyyət göstərmişdir. Bu müəssisə ilkin olaraq 1987-ci ildə İnönü Universitetinin tabeliyində yaradılmış, sonradan Malatya Turqut Özal Universitetinin təsis olunması ilə həmin ali təhsil müəssisəsinə birləşdirilmişdir.

Səhiyyə

Şəhərdə Ərəbgir Əli Özgə Dövlət Xəstəxanası adlı dövlət tibb müəssisəsi fəaliyyət göstərmişdir.

İdman

5 aprel 1984-cü ildə yaradılan Ərəbgirspor futbol klubu regional həvəskar liqalarda mübarizə aparmışdır. Gənclik və İdman Qanununa uyğun olaraq dərnək statusunda fəaliyyət göstərən klubların idman klubu kimi yenidən təşkili barədə qərardan sonra 22 oktyabr 2023-cü ildə keçirilən ümumi yığıncaq nəticəsində Ərəbgirspor rəsmi olaraq idman klubu statusu almışdır.

İqtisadiyyatı

Rayonun iqtisadiyyatı əsasən kənd təsərrüfatı və heyvandarlığa əsaslanmışdır. Rayon Kənd Təsərrüfatı İdarəsinin məlumatına görə, əkin sahələrinin ümumi həcmi 23 910 hektar təşkil etmişdir. Bu sahələrin böyük hissəsi cənubda yerləşən Dişterik yaylasında cəmləşmişdir. Yağıntının az olduğu bu ərazilərdə əsasən dənli bitkilərin əkini aparılmışdır. Buğda, arpa, noxud və mərcimək kimi suya az tələbat göstərən bitkilər becərilmişdir. Əkin və məhsul yığımı işlərində mexanikləşmə səviyyəsinin 75%-ə çatdığı bildirilmişdir. Xüsusilə Doluca və Kavaklıdere şərab zavodlarının tələbi nəticəsində üzümçülük sektoru inkişaf etmişdir. Amasya üzümü Ərəbgir üçün əsas gəlir mənbəyi kimi formalaşmışdır. Üzümçülüyün inkişafı məqsədilə hər il "bağbozumu" adlı festivallar təşkil edilmişdir. Kozluk çayı vadisi və məhəllələrdəki bağ sahələrinin tərəvəzçiliyə yararlı olduğu, həmçinin şimal və şərq istiqamətlərində yerləşən kənd ərazilərində də tərəvəzçilik aparıldığı qeyd edilmişdir. Xırdabuynuzlu heyvanların əsas hissəsi Sarıçiçək və Göldağı yaylalarında saxlanılmışdır. Bununla yanaşı, rayonun müxtəlif ərazilərində arıçılıq fəaliyyəti də həyata keçirilmişdir.

Ərəbgir ərazisində yerləşən qayalararası kanyonun yerbəyer sıldırım və dik qayalardan ibarət olduğu, uzunluğunun isə 17,847 metr təşkil etdiyi müəyyən edilmişdir. Kanyonun təbiət idman növləri, balıqçılıq və ovçuluq, dağçılıq, turizm və yaylaq fəaliyyəti üçün əlverişli təbii mühit yaratdığı müşahidə edilmişdir. Rayonda 2 ulduzlu, 52 nəfərlik tutuma malik turistik otel fəaliyyət göstərmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ərəbgir sözünün mənası, ərəbgir haqqında məlumat. ərəbgir nədir? ərəbgir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 05, 2026

    Aşıqalılar

  • Mart 01, 2026

    Antixalkidon kilsələr

  • Fevral 27, 2026

    Harakiri

  • Mart 06, 2026

    Dalya Qribauskayte

  • Fevral 26, 2026

    Hiroşi Hamaya

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst