Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dalya Qribauskayte(Dalia Grybauskaitė) — Siyasətçi və iyul 2009-cu ildən 2019-cu ilədək Litva Respublikasının 9-cu Prezidenti olmuşdur. Litva Respublikasının il

Dalya Qribauskayte

  • Ana Səhifə
  • Vikipediya
  • Dalya Qribauskayte

Dalya Qribauskayte(Dalia Grybauskaitė) — Siyasətçi və iyul 2009-cu ildən 2019-cu ilədək Litva Respublikasının 9-cu Prezidenti olmuşdur. Litva Respublikasının ilk qadın prezidenti olan Qribauskayte, daha əvvəl xarici işlər nazirinin müavini, maliyyə nazirliyi və maliyyə proqramlaşdırma və Avropa Birliyi komissiyasının üzvü vəzifələrində çalışıb.

Dalya Qribauskayte
lit. Dalia Grybauskaitė
Litva Respublikasının Prezidenti
12 iyul 2009 – 12 iyul 2019
ƏvvəlkiValdas Adamkus
SonrakıQitanaus Nauseda
Litvanın maliyyə naziri
12 iyul 2001 – 30 aprel 2004
SonrakıAlgirdas Butkyaviçyus[d]
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1956(1956-03-01)[…] (70 yaş)
Doğum yeri
  • Vilnüs, Litva Sovet Sosialist Respublikası, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Corctaun Universiteti
Fəaliyyəti siyasətçi, diplomat, iqtisadçı, universitet müəllimi[d]
Dini katolisizm
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, iqtisadiyyat
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]

Təltifləri Knight Grand Cross with Collar of the Order of Merit — 2015 Knight Grand Cross of the Order of the Falcon — 2011 Collar of the Order of the Cross of Terra Mariana "Müqəddəs Olaf" ordeninin böyük cəngavər xaçı — 2011 Cross of Recognition — 2012 Order of the Three Stars, 1st Class "Azadlıq" ordeni Decoration for Exceptional Merits — 2016 "Respublika" ordeni — 2015 "Müqəddəs Karl" ordeninin böyük xaçı Finlandiyanın "Ağ qızılgül" ordeninin böyük xaçı — 2013 "Serafimlər" ordeni — 2015 qızıl boyunbağılı "Böyük Vitautas" ordeni Commander of the Order of the Lithuanian Grand Duke Gediminas "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin boyunbağılı böyük cəngavər xaçı
Charlemagne Prize — 2013
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Dalya Qribauskayte 1 mart, 1956-cı ildə Litva Respublikasının Vilnüs şəhərində anadan olmuşdur. Leninqrad Dövlət Universitetinin ekonomika fakültəsində oxuyub. Universiteti 1983-cü ildə bitirən Qribauskayte elə o il də Vilnüsə qayıdıb. Qayıtcağın da o, Litva Elmlər Akademiyasında çox ilginc bir işə düzəlib. Bununla yanaşı, o, 1983–1990-cı illərdə Vilnüs Ali Partiya Məktəbində müəllim işləyib. Qribauskayte 1988-ci ildə Moskvada Sov. Kommunist Partiyası MK yanındakı İctimai Elmlər Akademiyasında namizədlik dissertasiyasına yiyələnib. 1990–1091-ci illərdə Vilnüs Ekonomika İnstitutunda elmi katib işləyib. 1991–1993-cü illərdə Litva Respublikasının Beynəlxalq İqtisadi Əlaqələr Nazirliyi Avropa Departamentinin müdiri işləmişdir. Qribauskayte 1991–2009-cu illərdə Avropa Birliyi Azad Ticarət Müqaviləsi qüvvəyə minəndə Litva Respublikasını təmsil edib. Yardım Koordinasiya Komitəsinə sədrlik edib. Qısa bir müddət sonra, Aİ — Litva Missiya Fövqəladə və Səlahiyyətli Naziri seçilib. Orada, Aİ Avropa Sazişi üçün əvvəl müzakirəçisi müavini və Brüssel Milli Yardım Koordinasiya nümayəndəsi kimi çalışıb.

AB-də qazandığı uğurlarına görə, "The Wall Street Journal" 2004-cü ildə Qribauskayteni Marqaret Tetçerə bənzədərək "dəmir ledi" adlandırıb. "European Voice" həftəliyi 2005-ci ildə Qribauskayteni AB büdcəsi ilə bağlı reforma çalışmalarına görə "İlin komissarı" adlandırıb. 2008-ci ildə Qribauskayte Litvada "İlin qadını" adlandırılıb. Bu, Qribauskayte Litva hökumətininin iqtisadi siyasətini kəskin tənqid etdiyi vaxtlarda olub.

Prezidentliyi

Dalya Qribauskayte 26 fevral 2009-cu ildə rəsmən prezident seçkiləri üçün namizədliyini açıqlayıb. Seçki 17 may 2009-cu ildə həyata keçirilib. Qribauskayte 68,18% səs ilə seçkilərdə qələbə qazanaraq yalnız Litva Respublikasının ilk qadın prezidenti deyil, prezident seçkilərində ən böyük fərqlə səs qazanan insan olub. 2014-cü ildə o, ikinci dönəm prezident seçilib.

Şəxsi həyatı

Dalya Qribauskayte evli deyil. Övladı yoxdur. Əvvəllər Litvanın "sarı" mətbuatda şayiələr onun qeyri-ənənəvi seksual oriyentasiyası barədə yazırdı, o özü bu şayiələri təkzib etdi . Karate üzrə qara kəmərə sahibdir. Litva dili ilə yanaşı, ingilis, polyak, rus dilini bilir, həm də fransızca anlayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dalya qribauskayte sözünün mənası, dalya qribauskayte haqqında məlumat. dalya qribauskayte nədir? dalya qribauskayte nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Şəki

  • Fevral 24, 2026

    Riçmond

  • Fevral 27, 2026

    Vilya-Epekuyen

  • Mart 03, 2026

    Astragalus acmophylloides

  • Fevral 25, 2026

    Məhəmbət Ütəmisov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst