Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Klarnet — nəfəslə çalınan musiqi aləti. Simfonik orkestrin tərkibinə daxil olan əsas alətlərdən biridir.

Klarnet

  • Ana Səhifə
  • Vikipediya
  • Klarnet

Klarnet — nəfəslə çalınan musiqi aləti. Simfonik orkestrin tərkibinə daxil olan əsas alətlərdən biridir.

Klarnet
Hornbostel–Zaks təsnifatı 422.211.2-71
İxtiraçı İohann Denner[…]
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Söz açımı

Italyanca "clarinetto" — "kiçik klarina" deməkdir. Klarina isə (latınca "clarus" — aydın) XVIII əsrdə aydın, təmiz səsə malik olan yüksək registrli truba aləti idi.

Tarixçə

Klarnet ağac nəfəs alətlərindən biri olub, 1690-cı ildə Nürnberqli alman musiqi ustası İohann Xristof Denner tərəfindən ixtira olunmuşdur. Artıq XVIII əsrdən etibarən müasir təkmilləşmiş formada orkestrlərin tərkibinə daxil olmuşdur. Solo, ansambl və eləcə də simfonik orkestrin ən başlıca ağac nəfəs aləti kimi geniş tətbiq edilir.

Quruluşu və diapazonu

Silindr şəkilli boru formasındadır, birdilçəkli olub, klapanlar sistemi ilə təchiz olunmuşdur. Uzunluğu 70 sm olan borudan və qamış müştükdən ibarətdir və çoxlu sayda klapanlar vasitasilə çalınır. Onun diapazonu kiçik oktavanın "re" ("re b") notundan III oktavanın "lya" — "si b" notuna qədər davam edir. Klarnetin tembri registr bölgüsünə görə müxtəlifdir: aşağı registrdə daha tutqun; orta registrdə mülayim, ifadəli; yüksək registrdə işıqlı və cingiltili səslənir. Klarnet transpozisiyalı musiqi alətləri qrupuna aiddir. Orkestr və ansambllarda, adətən in A və in B kökündə klarnetlərdən istifadə edilir.

Növləri

Dörd müxtəlif növü var:

  • böyük klarnet
  • kiçik klarnet
  • bas blarnet — quruluşuna görə klarnet kimidir, yalnız iri həcminə və bir qədər dəyişilmiş formasına görə fərqlənir. İlk dəfə XIX əsrdə opera musiqisində, daha sonra simfonik musiqidə tətbiq olunmuşdur..
  • bassethorn (alt klarnet).

Ünlü klarnetçalanlar

  • Əşrəf Əşrəfzadə.
  • Ata Atakişiyev
  • Vəli Qədimov
  • Vaqif Mirzəyev
  • Şərbət Rzaquliyev
  • Hüsnü Şənləndirici
  • Hacı Həmidoğlu
  • Zahid Sabirabadlı

Həmçinin bax

  • Ata Atakişiyev

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Klarnet haqqında məlumat. Klarnet nədir? Klarnet nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Axıstabad mahalı

  • Fevral 21, 2026

    İsrail

  • Fevral 27, 2026

    Romalıların kralı

  • Fevral 10, 2026

    Monqollar

  • Fevral 27, 2026

    Karaoke

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst