Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Üzüm (lat. Vitis) — bitkilər aləminin üzümçiçəklilər dəstəsinin üzümkimilər fəsiləsinə aid bitki cinsi.

Üzüm

  • Ana Səhifə
  • Vikipediya
  • Üzüm

Üzüm (lat. Vitis) — bitkilər aləminin üzümçiçəklilər dəstəsinin üzümkimilər fəsiləsinə aid bitki cinsi.

Üzüm
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Üzümçiçəklilər
Fəsilə:
Üzümkimilər
Yarımfəsilə:
Vitoideae
Cins:
Üzüm
Beynəlxalq elmi adı
  • Vitis L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  28606
NCBI  3603
EOL  38383
FW  

Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir.

Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır.

Mündəricat

Xalq təbabəti

Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağının tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. vardır.

Üzümün giləsi və şirəsi ürək-qan damar sistemi xəstəliklərində, tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliklərində çox xeyirlidir.

Üzümdən hazırlanan doşab qanazlığında, ümumi zəiflikdə çox faydalı qüvvətverici vasitədir. Üzüm qorasından hazırlanan "abqora" isə xəstəliyin ilk dövründə çox yaxşı təsir göstərir. O, susuzluğun qarşısını almaqla yanaşı, xəstənin tez sağalmasını tezləşdirir. Qurudulmuş üzüm gilələri isə qanazlığında çox xeyirlidir.

Meşə üzümü

  • Status — arealı azalmaqda olan nadir növdür.
  • Yayılması — Quba rayonu (Alpan kəndi), Zaqatala rayonu (Muxax kəndi), Hadrut rayonu (Domu kəndi), Zəngilan (Ağbənd kəndi), Astara (Maşhan kəndi) rayonları. Azərbaycandan kənarda – Moldoviya, Krım, Ön Qafqaz, Dağıstan və Türkmənistan, Qərbi Avropa, Aralıq dənizi, Kiçik Asiya və İran.
  • Bitdiyi yer — çay subasarları və düzən meşələri.
  • Ehtiyatı — azdır.
  • Çoxalması — toxumla və vegetativ yolla çoxalır.
  • Ehtiyatının dəyişilmə səbəbləri — çaykənarı meşələrdən təsərrüfat üçün istifadə edilməsi.
  • Becərilməsi — məlumat yoxdur.
  • Qəbul edilmiş qorunma tədbirləri — xüsusi mühafizə tədbirləri hazırlanmamışdır.
  • Zəruri qorunma tədbirləri — botanika bağlarında əkmək, mövcud yasaqlıqlarda və qoruqlarda qiymətli bitki kimi qorumaq lazımdır.

Dində

"Quran"da üzüm haqqında belə bir ifadə var:

"Sənin bir xurma bağçan və üzüm bağın olmalı; belə ki, içlərindən gürül-gürül çaylar axıtmalısan."

— İsra surəsi, 91

Üzüm tumunun faydaları

  • Ən güclü antioksidant hesab edilən üzüm tumu xərçəng xəstəliyinə müsbət təsir edir; xərçəngin müalicəsindəki mənfilikləri aradan qaldırır.
  • Damarları qoruyur, damar xəstəliyinin qarşısını alır, damar xəstəliklərini müalicə edir.
  • İnfarkt xəstəliyini azaldır.
  • Pis xolesterolu azaldıb, yaxşı xolesterolu yüksəldir.
  • Diabet xəstələrinə müsbət təsir edir.
  • Qan damarlarını gücləndirir.
  • Kapilyar damarları gücləndirərək yüksək təzyiqə yaxşı kömək edir.
  • Gözdəki damarları gücləndirib qan dövranını yaxşılaşdırır.
  • Gözün şəffaf təbəqəsini qoruyur.
  • Yaşla birlikdə artan görmə zəifliyinə mane olur.
  • Kataraktanın əmələ gəlməsinə mane olur.
  • Qan və limfa dövranını nizamlayır.
  • Dəri problemlərinə müsbət təsir edir, dərini gözəlləşdirir və dəri sallanmasına mane olur.
  • Allergiya problemlərinin qarısını alan özəlliyi vardır.
  • Diş əti qanamalarında müalicəvi özəlliyə sahibdir.
  • C vitamininin təsirini artırır.
  • Saç hüceyrələrini inkişaf etdirir.
  • Qan yaradır, qan azlığının qarşısını alır və qanı təmizləyir.
  • Böyrək və bağırsaqları təmizləyir.
  • Revmatizm xəstəliyinə müsbət təsir edir.

Sinonimləri

Heterotipik sinonimləri

  • Allosampela Raf.
  • Ampelovitis Carrière
  • Berberina Bronner
  • Dionysia Bronner
  • Dioscoridea Bronner
  • Elisabetha Bronner
  • Gockia Bronner
  • Gonoloma Raf.
  • Heddaea Bronner
  • Hlubeckia Bronner
  • Leonhardia Bronner
  • Ludovica Bronner
  • Maerklinia Bronner
  • Muscadinia Small
  • Noachia Bronner
  • Palatina Bronner
  • Schamsia Bronner
  • Sickleria Bronner
  • Spinovitis Rom.Caill.
  • Thalesia Bronner
  • Tyrtamia Bronner
  • Zaehringia Bronner

Növləri

  • Vitis acerifolia Raf.
  • Vitis aestivalis Michx.
  • Vitis amoena Z.H.Chen, Feng Chen & W.Y.Xie
  • Amur üzümü (Vitis amurensis Rupr.)
  • Vitis arizonica Engelm.
  • Vitis baihuashanensis M.S.Kang & D.Z.Lu
  • Vitis balansana Planch.
  • Vitis bashanica P.C.He
  • Vitis bellula (Rehder) W.T.Wang
  • Vitis berlandieri Planch.
  • Vitis betulifolia Diels & Gilg
  • Vitis biformis Rose
  • Vitis blancoi Munson
  • Vitis bloodworthiana Comeaux
  • Vitis bourgaeana Planch.
  • Vitis bryoniifolia Bunge
  • Vitis californica Benth.
  • Vitis × champinii Planch.
  • Vitis chunganensis Hu
  • Vitis chungii F.P.Metcalf
  • Vitis cinerea (Engelm.) Millardet
  • Vitis coignetiae Pulliat ex Planch.
  • Vitis davidii (Rom.Caill.) Foëx
  • Vitis × doaniana Munson ex Viala
  • Vitis erythrophylla W.T.Wang
  • Vitis fengqinensis C.L.Li
  • Vitis ficifolia Bunge
  • Vitis flavicosta Mickel & Beitel
  • Vitis flexuosa Thunb.
  • Vitis girdiana Munson
  • Vitis hancockii Hance
  • Vitis heyneana Schult.
  • Vitis hissarica Vassilcz.
  • Vitis hui W.C.Cheng
  • Vitis jaegeriana Comeaux
  • Vitis jinggangensis W.T.Wang
  • Vitis jinzhainensis X.S.Shen
  • Vitis kaihuaica Z.H.Chen, Feng Chen & W.Y.Xie
  • Vitis kiusiana Momiy.
  • Labrusk üzümü (Vitis labrusca L.)
  • Vitis lanceolatifoliosa C.L.Li
  • Vitis longquanensis P.L.Chiu
  • Vitis luochengensis W.T.Wang
  • Vitis menghaiensis C.L.Li
  • Vitis mengziensis C.L.Li
  • Vitis metziana Miq.
  • Vitis monticola Buckley
  • Vitis mustangensis Buckley
  • Vitis nesbittiana Comeaux
  • Vitis × novae-angliae Fernald
  • Vitis novogranatensis Moldenke
  • Vitis nuristanica Vassilcz.
  • Vitis palmata Vahl
  • Vitis pedicellata M.A.Lawson
  • Vitis peninsularis M.E.Jones
  • Vitis piasezkii Maxim.
  • Vitis pilosonervia F.P.Metcalf
  • Vitis popenoei J.L.Fennell
  • Vitis pseudoreticulata W.T.Wang
  • Vitis qinlingensis P.C.He
  • Vitis retordii Rom.Caill. ex Planch.
  • Vitis riparia Michx.
  • Vitis romanetii Rom.Caill.
  • Vitis rotundifolia Michx.
  • Vitis rupestris Scheele
  • Vitis ruyuanensis C.L.Li
  • Vitis saccharifera Makino
  • Vitis shenxiensis C.L.Li
  • Vitis shizishanensis Z.Y.Ma, J.Wen, Q.Fu & X.Q.Liu
  • Vitis shuttleworthii House
  • Vitis silvestrii Pamp.
  • Vitis sinocinerea W.T.Wang
  • Vitis sinoternata W.T.Wang
  • Vitis tiliifolia Humb. & Bonpl. ex Schult.
  • Vitis tsoi Merr.
  • Mədəni üzüm (Vitis vinifera L.)
  • Vitis vulpina L.
  • Vitis wenchowensis C.Ling
  • Vitis wenxianensis W.T.Wang
  • Vitis wilsoniae H.J.Veitch
  • Vitis wuhanensis C.L.Li
  • Vitis xunyangensis P.C.He
  • Vitis yunnanensis C.L.Li
  • Vitis zhejiang-adstricta P.L.Chiu

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Üzüm haqqında məlumat. Üzüm nədir? Üzüm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Pənahəli xan

  • Fevral 16, 2026

    İslam

  • Fevral 24, 2026

    Xəzər xaqanlığı

  • Fevral 21, 2026

    Daniel Noboa

  • Fevral 23, 2026

    Soul

Trend Mahnılar
  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst