Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ayran — Orta Asiya, Qərbi Asiya, Cənub-Şərqi Avropa, Cənubi Asiya, Şimali Asiya və Şərqi Avropada yayılmış soyuq qatıq əsaslı içki. Əsas maddələr qatıq, su və d

Ayran

  • Ana Səhifə
  • Vikipediya
  • Ayran

Ayran — Orta Asiya, Qərbi Asiya, Cənub-Şərqi Avropa, Cənubi Asiya, Şimali Asiya və Şərqi Avropada yayılmış soyuq qatıq əsaslı içki. Əsas maddələr qatıq, su və duzdur. İstəyə görə nanə kimi bitkilər əlavə edilə bilər. Bəzi növlər karbonatlıdır.

Ayran
Mənşəsi
  •  Türkiyə
  •  İran
Yaradıldığı il e. ə. V minillik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiyası

"Ayran" sözü Mahmud Kaşğarinin XI əsrə aid "Divanü Lüğat-it-Türk" əsərində çəkilir. Buna baxmayaraq, o, bu əsərdə ayranın necə hazırlanması haqqında məlumat verməmişdir. Sözün kökü qədim türkcə "adır-" (hərf. "ayırmaq") kökündən yaranmışdır.

Tarixi

Ayran Orta Asiyada inkişaf etmiş və tarixən türk tayfaları tərəfindən istehlak edilmişdir. Nevin Halıcının dediyinə görə, ayran Orta Asiyada türklər tərəfindən istifadə olunurdu. "Divanü Lüğat-it-Türk" əsərində ayranı“süddən hazırlanan içki” kimi tərif edilmişdir.

İranda istehlak edilən duğ (دوغ) kimi oxşar içkilər başqa yerlərdə də mövcuddur. Fermentləşdirilmiş içki olan duğ tarixən İranda istehlak edilmişdir. 1886-cı ilə aid bir mənbədə bunu kəsilmiş süd və nanə ilə ədviyyatlı sudan ibarət soyuq içki kimi təsvir etmişdir. Onun adı fars dilində "süd sağmaq" mənasını daşıyan "duşidan" sözündən törəmişdir.

Türkiyə milli içkisi statusu

Türkiyə siyasətçisi, prezident və baş nazir postlarını tutmuş Rəcəb Tayyib Ərdoğan ayranı milli içki kimi təbliğ etmişdir. 2013-cü ildə İstanbulda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Qlobal Alkoqol Siyasəti Konfransında çıxış edən Ərdoğan,Türkiyəyə yeni bir giriş olduğunu iddia etdiyi pivəni ayranla müqayisə etmişdir.

Buna baxmayaraq, Türkiyədə ayran satışı digər alkoqolsuz içkilərdən geri qalır. Alkoqolsuz İçki İstehsalçıları Dərnəyi, Qazlı Su İstehsalçıları Dərnəyi və Türkiyə Süd İstehsalçıları və İxracatçıları Birliyinin 2015-ci il birgə bəyanatına görə, Ramazan ayında ayran istehlakı 2010–2015-ci illər ərzində hər il azalmışdır.

2015-ci ildə reper Cezanın mahnı oxuduğu buzlu çay reklamlarından birində ayranın "onu yuxulu etdiyini" bildirmiş, buna görə də ayranın "səbəbsiz olaraq təhqir edildiyi" əsasıyla Türkiyənin Gömrük və Ticarət Nazirliyi dövlətə məxsus "Çaykur" istehsalçılarına 220,000 TL (təxminən 70,000 ABŞ dolları) cərimə kəsmişdi. Nazirlik "Çaykur"un rəqabət aparan buzlu çay məhsulunun reklamını dayandırmışdır.

Hazırlanması

Hələ qədimdən yerli üsulla qatıqdan kərə yağı aldıqda, qatığın və xamanın nehrədə çalxalanmasından əldə edilən südəbənzər turşməzə maye, ayran adı ilə sərinləşdirici içki kimi istifadə edilmişdir. Tərkibində az miqdarada yağ, zülalal və 0,7–0,8%- dək süd turşusu olur. Həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır, dovğa və kələkoş bişirmək, doğramac hazırlamaq, şor almaq və s. məqsədlər üçün istifadə edilir. Hazırda ayranı sənayedə xüsusi texnologiya ilə istehsal edirlər. O, 5 lt. tutumlu paketlərdə satışa buraxılır. İlin isti vaxtlarında susuzluğu daha tez yatırdır. Ev şəratində ayranı qatıqdan və ya süzmədən hazırlamaq mümkündür.

Qatıq və ya süzməni üzərinə az-az su əlavə edilir. Əlavə edildikcə intensiv qarışdırılır. Məhlul orta qatılıqda olmalıdır. Zövqə görə duz əlavə edilir. Soyuq halda içilir. Süfrəyə verilməzdən əvvəl qarışdırmaq mütləqdir. Zövqdən asılı olaraq üzərinə quru nanə və ya xırda doğranmış şüyüd əlavə edilə bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ayran haqqında məlumat. Ayran nədir? Ayran nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qaracahisar qalası

  • Fevral 27, 2026

    Balkanabad

  • Fevral 26, 2026

    Ares

  • Fevral 27, 2026

    Terra Amata

  • Fevral 27, 2026

    El-Salvador

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst