Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Həsən oğlu Haqverdiyev (29 iyul 1939, Bakı – 14 sentyabr 1992, Bakı) — Azərbaycan Respublikasının Əməkdar Artisti, rəssam, aktyor, müğənni (bariton).

Əli Haqverdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Əli Haqverdiyev

Əli Həsən oğlu Haqverdiyev (29 iyul 1939, Bakı – 14 sentyabr 1992, Bakı) — Azərbaycan Respublikasının Əməkdar Artisti, rəssam, aktyor, müğənni (bariton).

Əli Haqverdiyev
Əli Həsən oğlu Haqverdiyev
Ümumi məlumatlar
Doğum adı Əli Həsən oğlu Haqverdiyev
Doğum tarixi 29 iyul 1939(1939-07-29)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 14 sentyabr 1992(1992-09-14) (53 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Həsən Haqverdiyev
Anası Güllü Mustafayeva
Musiqiçi məlumatları
Fəaliyyəti aktyor, müğənni, rəssam
Fəaliyyət illəri 1962–1992
Səs tembri bariton
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti — 1991

Mündəricat

Həyatı

Əli Haqverdiyev 29 iyul 1939-cu ildə Bakıda rəssam Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində anadan olmuşdur. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə daxil olub. 1958-ci ildə eyni zamanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul edilib. İstisna hal kimi Əli Haqverdiyevə hər iki məktəbdə paralel oxumaq imkanı verilib. 1961-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olmuş, Şövkət Məmmədovanın tələbəsi olmuşdur. 1962-ci ildə o zamanlar Akademik Opera və Balet Teatrına rəhbərlik edən Niyazi Ə. Haqverdiyevə qulaq asıb teatra işə qəbul edir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. Əli Haqverdiyev bir müddət Leninqrad Malıy Opera teatrında təcrübə də keçib. O, Üzeyir Hacıbəyovun "Koroğlu" və "Leyli və Məcnun" operalarında Həsən xanın, Nofəlin partiyalarını ifa etmişdir. "Arşın mal alan" musiqili komediyasının qrammofon valına yazılışında (1973) Soltan bəyin partiyasını oxumuşdur. Əli Haqverdiyevin ən yaddaqalan obrazı "Dədə Qorqud" filmindəki Yalıncıq obrazıdır. Azərbaycan Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü olmuşdur. Teatrda işləməklə yanaşı Ə. Haqverdiyev 1981-ci ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim kimi çalışmışdır.

Əli Haqverdiyev 1992-ci ilin sentyabrın 14-ü dənizdə yüksək gərginlikli cərəyana qapılması nəticəsində həlak olub.

Mükafatları

  • Azərbaycan Respublikasının Əməkdar Artisti — 19 sentyabr 1991

Ailəsi

  • Həsən Haqverdiyev və Güllü Mustafayevanın oğlu
  • Ucal Haqverdiyev, Hüseyn Haqverdiyev və Zemfira Qafarovanın qardaşı

Filmoqrafiya

  1. Dədə Qorqud (film, 1975)
  2. Şir evdən getdi (film, 1977)
  3. Üzeyir ömrü (film, 1981)
  4. Özgə ömür (film, 1987)

Teatr rolları

  • Üzeyir Hacıbəyov — "Arşın mal alan" — Sultan bəy;
  • Şarl Quno — "Faust" — Mefistofel;
  • Cüzeppe Verdi — "Riqoletto" — Riqoletto;
  • Cüzeppe Verdi — "Otello" — Yaqo;
  • Cakomo Puççini — "Toska" — Skarpio;
  • Aleksandr Borodin — "Knyaz İqor" — Qalitski;
  • Jorj Bize — "Karmen" — Eskamilyo;
  • Cüzeppe Verdi — "Trubadur" — Fernando;
  • Üzeyir Hacıbəyov — "Koroğlu" — Həsən xan;
  • Üzeyir Hacıbəyov — "Leyli və Məcnun" — Nofəl;
  • Müslüm Maqomayev — "Şah İsmayıl" — Aslan şah;
  • Fikrət Əmirov — "Sevil" — Atakişi;
  • Məmməd Quliyev — "Aldanmış ulduzlar" — Kosa;
  • Zakir Bağırov — "Aygün" — Əmirxan;
  • Zakir Bağırov — "Qoca Xottabıç" — Qoca Xottabıç;
  • Ramiz Mustafayev — "Vaqif" — İbrahim xan;
  • Qara Qarayev, Cövdət Hacıyev — "Vətən" — Mərdan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Haqverdiyev haqqında məlumat. Əli Haqverdiyev nədir? Əli Haqverdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dubrovnik Respublikası

  • Fevral 23, 2026

    IX əsr

  • Fevral 28, 2026

    Koramal (roman)

  • Fevral 26, 2026

    Dəmiryolu nəqliyyatı

  • Fevral 27, 2026

    Vilyam Gilbert

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst