Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ramiz Hacı oğlu Mustafayev (16 oktyabr 1926, Türkmənabad – 10 aprel 2008, Bakı) — Azərbaycan bəstəkarı, professor (2001), Azərbaycan SSR xalq artisti (1987), "Ş

Ramiz Mustafayev

  • Ana Səhifə
  • Vikipediya
  • Ramiz Mustafayev

Ramiz Hacı oğlu Mustafayev (16 oktyabr 1926, Türkmənabad – 10 aprel 2008, Bakı) — Azərbaycan bəstəkarı, professor (2001), Azərbaycan SSR xalq artisti (1987), "Şöhrət" ordeni laureatı (2001).

Ramiz Mustafayev
Ümumi məlumatlar
Doğum tarixi 16 oktyabr 1926(1926-10-16)
Doğum yeri
  • Türkmənabad, Türkmənistan SSR, SSRİ
Vəfat tarixi 10 aprel 2008(2008-04-10) (81 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti aktyor, bəstəkar, musiqiçi
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19871987 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1973
"Şöhrət" ordeni — 20012001
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ramiz Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib. O, "Vaqif", "Polad", "Aydın", "Şirin", "Xan və əkinçi", "Tərs keçi" operalarının müəllifidir. R. Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, "Şöhrət" ordeninə layiq görülən bəstəkar xüsusilə irihəcmli, monumental musiqi janrlarında əsərlər yazıb. O, baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb.

2002-ci ildən prezident təqaüdçüsü olub.

10 aprel 2008-ci ildə Bakıda vəfat etmişdir.

  • Anası Nabat xanım Əzim qızı görkəmli şair Seyid Əzim Şirvaninin nəslindəndir.
  • Rəssam Güllü Mustafayevanın və dirijor Faiq Mustafayevin qardaşıdır.
  • Musiqişünas Zemfira Qafarovanın dayısıdır.

Əsərləri

Operalar
  • "Şirin" (1957) — diplom işi
  • "Vaqif" (1960)
  • "Xan və əkinçi" (1962)
  • "Tərs keçi" (1964) — Teymur Elçinin librettosu əsasında birpərdəli uşaq operası
  • "Polad" (1964) — Ənvər Əlibəylinin əsəri əsasında radio-opera
  • "Aydın"
Musiqili komediyalar, operettalar
  • "Xəsis" (1958) — bəstəkar Vasif Adıgözəlovla birgə, Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyası əsasında
  • "Axırı yaxşı olar" (1967) — libretto: Rəfiq Zəka Xəndan
  • "Qonşumuzda bir oğlan var" — libretto: Məhərrəm Əlizadə
  • "Məsmə xanım dayımdır" (2001) – libretto: C. Məmmədov
Digər vokal əsərləri
  • "Salatın" oratoriyası (1990) – sözləri: Nəbi Xəzri
  • "Bu qan yerdə qalan deyil" vokal-simfonik poeması (1991) – sözləri: Məmməd İsmayıl
  • "Nədən yarandın" vokal-simfonik poeması (1993) – sözləri: Əhməd Cavad
  • "Haqq sənlədir, Azərbaycan!" kantatası (1992) – sözləri: Hikmət Ziya
  • "Füzuli" vokal-simfonik poeması (1993) – sözləri: Məhəmməd Füzuli və Hikmət Ziya
  • "Məhəmməd və Leyla" oratoriyası (2000) – sözləri: Bəxtiyar Vahabzadə
  • Eləcə də Məhəmməd Füzuli, Aşıq Ələsgər, Bəxtiyar Vahabzadə, Aslan Aslanov, Mirvarid Dilbazi, Hamlet İsaxanlı, Zəlimxan Yaqub, İ. Etibar, H. Sözlü, B. Orucoğlu, M. Daşqın, D. Nəbiqızı və b. şairlərin sözlərinə mahnı və romanslar (1990 – 2001) bəstələyib.
  • Vasif Adıgözəlovla birlikdə Xəzər Universitetinin himninin müəllifidir – (sözləri Hamlet İsaxanlınındır)
Uşaqlar üçün
  • "Ana və qız" — Sözləri: Tofiq Mütəllibov
  • "Bahar gəlir" — Sözləri: Yusif Həsənbəy
  • "Layla" — Sözləri: Sərdar Əsəd
  • "Qızıl gül" — Sözləri: Sərdar Əsəd
  • 45 uşaq mahnısı məcmuəsi (2001) – (mahnıların sözləri D. Nəbiqızı, Mirvarid Dilbazi, Məmməd Aslan, B. Orucoğlu, Ə. Ağayevindir)

Filmoqrafiya

  1. O olmasın, bu olsun (film, 1956)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ramiz Mustafayev haqqında məlumat. Ramiz Mustafayev nədir? Ramiz Mustafayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əşrəf Həsənov

  • Fevral 27, 2026

    Telanqana

  • Fevral 27, 2026

    Anarxizm

  • Fevral 27, 2026

    Sasani memarlığı

  • Fevral 27, 2026

    Qreta Tunberq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst