Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Jorj Bize (Georges Bizet, 25 oktyabr 1838[…] – 3 iyun 1875[…]) — Tanınmış fransız bəstəkarı. 60-cı illərdə "Don Prokopio", "Mirvari axtaranlar"(1863), 1867-ci i

Jorj Bize

  • Ana Səhifə
  • Vikipediya
  • Jorj Bize

Jorj Bize (Georges Bizet, 25 oktyabr 1838[…] – 3 iyun 1875[…]) — Tanınmış fransız bəstəkarı. 60-cı illərdə "Don Prokopio", "Mirvari axtaranlar"(1863), 1867-ci ildə-"Pert gözəli", "Cəmilə" operaları, "Rim","Venesiya", "Florensiya", "Neapol" proqramlı simfoniyalarının müəllifi.

Jorj Bize
fr. Alexandre-César-Léopold Bizet
fr. Georges Bizet
Ümumi məlumatlar
Doğum adı Alexandre Cesar Leopold Bizet
Doğum tarixi 25 oktyabr 1838(1838-10-25)[…]
Vəfat tarixi 3 iyun 1875(1875-06-03)[…] (36 yaşında)
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı
Milliyyəti fransız
Musiqiçi məlumatları
Fəaliyyəti klassik musiqi bəstəkarı, dirijor, pianoçu, bəstəkar
Janrlar opera, simfoniya
Təhsili
  • Paris Konservatoriyası
Mükafatları "Fəxri legion" ordeninin cəngavər dərəcəsi
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Jorj on yaşından konservatoriyada oxumağa başlayır. Anası ona — "İstedadını boş yerə xərcləməyinə icazə verməyəcəm" söyləyirdi. Jorj artıq bilirdi ki, onu yedirdəcəklər, daha sonra otağa salıb ağzını bağlayacaqlar, yorğunluqdan yuxu tutana qədər pianoda çalacaq. Jorj dərslə məşğul olmağa qarşı deyildi. Ona atası, oxu müəllimi və peşəkar pianoçu anası ilə vaxt keçirmək maraqlı idi. Dörd yaşında o artıq notları əzbər bilirdi və fortepianoda çalmağı bacarırdı. On yaşı olmağına iki həftə qalmış o, Paris konservatoriyasına daxil olur. Jorj üçün uşaqlığı başlamamış bitmişdi. On üç yaşında o, musiqi bəstələməyə başladı – valslar, mahnılar və "Həkimin evi" adlı kiçik komediya operasını yazır. Anasının gözlərində o, dahi olur. Bəzən Jorj bezsə də, ancaq o, bir şeyi də anlayırdı: anasının inadkarlığı və onun istedadı öz nəticəsini verir. Jorj ədəbiyyatı çox sevirdi, imkan düşən kimi, əlinə kitab alıb sakitcə bir küncə çəkilirdi. Bunu görən anası deyirdi: "Sən musiqiçi ailəsində böyümüsən və sən musiqiçi olacaqsan, ədəbiyyatşünas deyil, özü də dahi musiqiçi!"… On doqquz yaşında Bize konservatoriyanı bitirir və kantatasına görə Böyük Roma mükafatına layiq görülür.

Karmen

1875-ci ilin martında Parisdə tanınmış fransız bəstəkarı Jorj Bizenin ispan yazıçısı Prosper Merimenin novellası əsasında yaratdığı "Karmen" operasının ilk tamaşası göstərilir. Premyeradan dərhal sonra əsər ətrafında qalmaqallar qopur. Bəstəkar obrazları daha çılğın, bəzi hallarda lirik planda tərənnüm edir. "Opera bizim mənəviyyatımızı pozur", — deyə əksər tənqidçilər əsərin baş qəhrəmanı Karmenin azadsevər xasiyyətini, onun cəmiyyətin qayda-qanunlarına etinasızlığını yolverilməz, qeyri-tərbiyəvi bir hal kimi qiymətləndirirlər. Operanın ispan milli folklorundan bəhrələnmiş, canlı, səmimi musiqisi isə sadə, hətta kobud elan olunur. "Opera həyatı olduğu kimi təsvir edir" — Bizeni müdafiə edən qüvvələrin bu şüarı əsər barədə mənfi rəyləri dəyişdirə bilmir və nəticədə "Karmen" səhnədən çıxarılır. Bu zərbəyə tab gətirməyən 36 yaşlı bəstəkar premyeradan üç ay sonra vəfat edir. "Karmen" isə tezliklə nəinki bəraət qazanır, hətta Avropanın ən möhtəşəm opera teatrlarında tamaşaya qoyulur və dünyanın ən məşhur operaları sırasına daxil olur. "Karmen"in Vyanadakı tamaşasını hazırlayarkən Bizenin dostu E. Giro operanın ilk variantındakı danışıq epizodlarını "musiqiləşdirir" və bununla da əsərin yeni, redaksiyasını yaradır. "Karmen" Bizenin yaradıcılıq yolunun məntiqi nəticəsi idi. Bəstəkar "Karmen"dən əvvəl də "İnciaxtaranlar", "Pert gözəli", "Cəmilə" operaları, fransız yazıçısı Alfons Dodenin "Arleli qadın" dramına yazdığı musiqisi ilə artıq kifayət qədər tanınmışdı. Bize həmçinin bir sıra xor, fortepiano və simfonik əsərlərin müəllifi kimi də musiqisəvərlərin geniş rəğbətini qazanmışdı. Lakin "Karmen" səviyyəsi, "Karmen" zirvəsi əlçatmaz qalmışdır. Təxminən yüz il sonra görkəmli rus bəstəkarı Rodion Şedrin Bize operasının mövzuları əsasında özünün "Karmen-süita" simfonik əsərini yaratmışdır. Həmin əsər Moskvanın Böyük Teatrında gözəl balet tamaşasının hazırlanmasına təkan vermişdir. Görkəmli rus bəstəkarı Çaykovskiy 1880-ci ildə dediyi kimi-"10 ildən sonra Karmen dünyaya ən popular opera olacaq" fikrini doğrultmuş oldu. Operanın musiqi dramaturqiyasında əsas yeri faciəvi məhəbbət xətti tutur. Ən parlaq səhnə son səhnədir. Xalq şənliyin fonunda Karmenlə Xozenin son dueti və Karmenin ölümünün verilməsidir. Operada məişət musiqi olan Marş vardır. Marş ritmlərindən çox istifadə olunur.

Maraqlı faktlar

  • Jorj Bize heç vaxt özünü yaraşıqlı hesab etməmişdir.
  • Həddən artıq sürətli danışırmış. Buna görə nitqi olduqca qarışıq imiş.
  • Əlləri daim tərləyirmiş və bu onun utancına səbəb olurmuş.

Həmçinin bax

 Rəssam ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Jorj Bize haqqında məlumat. Jorj Bize nədir? Jorj Bize nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vunderkind

  • Fevral 27, 2026

    Çex

  • Fevral 27, 2026

    Qallar

  • Fevral 27, 2026

    İpəkçi (qəzet)

  • Fevral 27, 2026

    Sahə (Fizika)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst