Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İstanbul erməniləri (erm. Պոլսահայեր; türk. İstanbul Ermenileri) Türkiyədə yaşan etnik erməni icmasının əsas hissəsini təşkil edən, İstanbul şəhərinin müxtəlif

İstanbul erməniləri

  • Ana Səhifə
  • Vikipediya
  • İstanbul erməniləri

İstanbul erməniləri (erm. Պոլսահայեր; türk. İstanbul Ermenileri) Türkiyədə yaşan etnik erməni icmasının əsas hissəsini təşkil edən, İstanbul şəhərinin müxtəlif bölgə və səmtlərində yaşayan etnik ermənilər. İstanbul ermənilər tərəfindən tez-tez Bolis (erm. Պոլիս) adlandırılır ki, bu da şəhərin tarixi adı olan Konstantinopolun sonluğu ilə uyğunluq təşkil edir.

İstanbul erməniləri
Ümumi sayı
50,000-70,000
Dili

Türkcə (çoxluq), Qərbi erməni dili (azlıq)

Dini

Erməni Həvari kilsəsi (Konstantinopol Erməni Yeparxiyası), Erməni Katolik Kilsəsi, və Erməni Yevangelist Kilsəsi

türk erməni icmasının əsas hissəsidir və tarixən Türkiyənin İstanbul şəhərinin ən böyük etnik azlıqlarından biridir. İstanbulun etnik müxtəlifliyi ilə bağlı aparılmış hesablamalara görə şəhərdə 50.000, 60.000 və ya 70.000 min civarında etnik erməni yaşamaqdadır. İstanbul erməniləri İstanbulun və ümumilikdə Türkiyənin ən böyük qeyri-müsəlman etnik azlığını təşkil etməkdədirlər. Şəhər ermənilər min ildən çoxdur öz tarixi vətənlərində yaşadıqları üçün erməni diasporasının bir parcası olaraq qəbul edilmirlər.

İstanbul erməniləri deyildikdən adətən şəhərdə öz evi olan və əsrlərdir burada yaşayan, işləyən və Türkiyə vətəndaşı olan etnik ermənilər nəzərdə tutulur. 1991-ci ildən etibarən Ermənistanın müstəqillik qazanmasından sonra Ermənistanda yaranmış sosial problemlərə görə çox sayda etnik erməni işləmək və daha yaxşı güzəran qurmaq məqsədilə İstanbula gəlmiş və burada işləməyə başlamışdır.

Şəhərə sonradan gələn və burada məskunlaşan Ermənistan vətəndaşı olan ermənilər sözügedən icmaya qoşulsalar da adətən ənənəvi İstanbul ermənilərindən sayılmır. İstanbul ermənilərini şəhərə 1991-ci ildə gələnlərdən fərqləndirən əsas xüsusiyyət Türkiyə vətəndaşı olmaqlarıdır.

Mündəricat

Tarixi

Təhsil müəssisələri

Xəstəxana və digər qurumlar

İstanbulda erməni mətbuatı

Tanınmış istanbul erməniləri

  • Memar Sinan — Osmanlı imperiyasının ən tanınış memarlarından biri.
  • Qalust Gülbənkiyan — erməni əsilli Böyük Britaniya iş adamı, filantropist və neft maqnatı.
  • Komitas — bəstəkar, musiqişünas və xor rəhbəri.
  • Ervand Otyan — erməni əsilli Osmanlı jurnalisti, satirikçisi.
  • Petros Duryan — erməni əsilli Osmanlı şairi.
  • Daniel Varujan — Osmanlı ermənilərindən olan şair və pedaqoq.
  • Kənan Pars — erməni əsilli aktyor.
  • Nubar Terziyan — erməni əsilli aktyor.
  • Kirkor Zohrab — Osmanlı erməni yazıçısı, akademik, siyasətçi və hüquqşünas.
  • Hrant Dink — erməni əsilli Türkiyəli jurnalist, Aqos qəzetinin baş redaktoru.
  • Aqop Dilaçar — Türk dili üzrə mütəxəssis, dilçi, Türk dili əlaqəli apardığı araşdırmalara görə Mustafa Kamal Atatürk ona Dilaçar soyadını vermişdir
  • Ara Gülər — erməni əsilli fotoqraf, foto müxbiri və yazıçı.
  • Daron Əcəmoğlu — erməni əsilli türk alimi, professor.
  • Etyen Mahçupyan — erməni əsilli Türkiyə jurnalisti, Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun baş məsləhətçisi.
  • Sevan Nişanyan — erməni əsilli yazıçı, tənqidçi.

Statistika

İllərə görə İstanbulda ermənilər
İl Cəmi Ermənilər Faiz
1478 100,000–120,000 5,000–6,000 ~5%
1844 891,000 160,000–222,000 18–25%
1880s 250,000
1885 873,565 156,861 18%
1913 1,125,000 163,670 15%
2011 13,483,052 50,000–70,000 0.4–0.5%
2021 15,840,900 50,000–70,000 0.3–0.4%

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇stanbul erməniləri sözünün mənası, i̇stanbul erməniləri haqqında məlumat. i̇stanbul erməniləri nədir? i̇stanbul erməniləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Mossad

  • Mart 06, 2026

    Şəmsəddin Abbasov

  • Mart 06, 2026

    İriomote

  • Fevral 27, 2026

    Reichssicherheitshauptamt

  • Fevral 23, 2026

    Pitsburq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst