Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Konstantinopol vəya Konstantiniyyə (Osmanlı türkcəsi: قسطنطينيه, romanlaşdırılmış: Kostantînīyye; Qədim Yunanca: Κωνσταντινούπολις, romanlaşdırılmış: Kōnstantin

Konstantinopol

  • Ana Səhifə
  • Vikipediya
  • Konstantinopol

Konstantinopol vəya Konstantiniyyə (Osmanlı türkcəsi: قسطنطينيه, romanlaşdırılmış: Kostantînīyye; Qədim Yunanca: Κωνσταντινούπολις, romanlaşdırılmış: Kōnstantinoúpolis; Latınca: Konstantinopolis) — Roma İmperiyasının (330–395), Bizans İmperiyasının (395 −1204 və 1261–1453), Latın İmperiyasının (1204 −1261) və Osmanlı İmperiyasının (1453 −1922) paytaxtı olmuş tarixi şəhər. Atatürkün islahatlarından biri kimi 1928-ci ildə latın əlifbasına keçdikdən sonra bu gün şəhər İstanbul adlanır ki, bu da şəhərin türk adının latın əlifbası versiyasıdır.

Konstantinopol 1923-cü ildə

Mündəricat

Tarixi

İstanbul ərazisində yunanların indiki dörd koloniyası mövcud idi. Bunlardan ikisi Asiya qitəsində, ikisi isə Avropa qitəsində yerləşirdi. Asiyadakı koloniyalar Xalkedon (yunan dilində: Χαλκηδών, türk dilində: Kadıköy) və Skutari (yunan dilində: Σκουτάρι, türk dilində: Üsküdar) bölgələrində yerləşmişdi. Avropadakılar isə İasonion (yunan dilində: Ἰάσωνιον, türk dilində: Beşiktaş) və Bizantion (yunan dilində: Βυζάντιον, latın dilində: BYZANTIVM, Bizantium) adlanırdı.

IV əsrin əvvəllərində Roma İmperatoru I Konstantin paytaxt kimi Nikomediya şəhərindən razı qalmadığı üçün Bizantion koloniyasının yerində yeni paytaxt şəhərinin salınması barədə göstəriş vermişdir. 330-cu ildə şəhərin rəsmi açılışı olmuşdur. Banisinin şərəfinə Konstantinopol adlanan bu şəhər 330–395-ci illərdə Roma İmperiyasının, 395–1204 və 1261–1453-cü illərdə Bizans və ya Şərqi Roma İmperiyasının, 1204–1261-ci illərdə səlibçilər tərəfindən qurulmuş Latın İmperiyasının, 1453–1922-ci illərdə isə Osmanlı dövlətinin paytaxtı olmuşdur.

Şəhər öz tarixi boyu bir çox mühasirələrə məruz qalsa da, onun möhkəm qala divarları yalnız iki dəfə — IV Səlib yürüşü (1204) və İstanbulun fəthi (1453) zamanı şəhər müdafiəçilərinin etimadını doğrultmamışdır.

Konstantinopolun Osmanlılar tərəfindən fəthi

Fausto Zonaronun "İstanbulun Fəthi" əsəri

Konstantinopolun süqutu — 1453-cü il may ayının 29-da Sultan II Mehmedin başçılığı ilə Osmanlı ordusunun aylarla mühasirədə saxladığı Konstantinopol (indiki İstanbul) şəhərini fəth etməsi. Konstantinopolun fəthindən sonra Osmanlı dövləti İmperiya olmuş, 21 yaşlı Sultan II Mehmed "Fateh" ləqəbi alaraq Fateh Sultan Mehmed adlandırılmışdır. Konstantinopolun süqutu ilə tarixin ən qüdrətli imperiyalarından biri olan Bizans İmperiyası dağılmışdır.

Konstantinopolu işğal cəhdləri

Qara dəniz və Aralıq dənizini bir-biri ilə əlaqələndirən mühüm dəniz yolu üzərində yerləşən Konstantinopol şəhəri tarix boyu dəfələrlə mühasirə olunmuş və işğalına cəhd edilmişdir. 1453-cü ilə qədər ayrı-ayrı zamanlarda avarlar, ərəblər, avropalılar və türklər tərəfindən hücuma məruz qalan şəhər möhkəm qala divarları və yunan odu sayəsində bu cəhdlərin qarşısında duruş gətirə bilmişdi. Şəhər öz tarixi boyu yalnız iki dəfə — 1204 və 1453-cü illərdə zəbt edilmişdir.

İşğal cəhdləri

  • 616-cı il — İran hökmdarı Keyxosrov
  • 626-cı il — İranlılar və avar türkləri
  • 672-ci il — Əməvi xəlifəsi Müaviyyə
  • 712-ci il — Əməvi xəlifəsi I Vəlid
  • 722-ci il — Əməvi xəlifəsi I Vəlid (yalnız Qalata limanı alınmış, burada məscid inşa edilmişdir)
  • 782-ci il — Abbasilər
  • 854-cü il — Abbasi xəlifəsi Mütəvəkkil
  • 864-cü il — Ruslar (vikinqlər)
  • 869-cu il — Abbasilər
  • 936-cı il — Ruslar (vikinqlər)
  • 959-cu il — Macarlar
  • 970-ci il — Abbasilər
  • 1204-cü il — Səlibçilər
  • 1302-ci il — Venesiyalılar
  • 1348-ci il — Genuyalılar
  • 1391–1396-cı illər — Osmanlı sultanı I Bəyazid (Fəth cəhdi)
  • 1412-ci il — Osmanlı sultanı Musa Çələbi (Fəth cəhdi)
  • 1422-ci il — Osmanlı sultanı II Murad (Fəth cəhdi)
  • 1437-ci il — Genuyalılar
  • 1453-cü il — Osmanlı sultanı II Mehmed (Fəth cəhdi)

Həmçinin bax

  • Bizans İmperiyası
  • Çarqrad

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Konstantinopol haqqında məlumat. Konstantinopol nədir? Konstantinopol nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Yamayka

  • Fevral 24, 2026

    Tehran

  • Fevral 23, 2026

    SA

  • Fevral 23, 2026

    16 oktyabr

  • Fevral 23, 2026

    21 iyul

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst