Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəmsəddin Bəhlul oğlu Abbasov (27 may 1906, Sayadlı, Xızı rayonu – 20 sentyabr 1975, Bakı) — Azərbaycan nasiri, dramaturq, 1939-cu ildən Azərbaycan Yazıçılar Bi

Şəmsəddin Abbasov

  • Ana Səhifə
  • Vikipediya
  • Şəmsəddin Abbasov

Şəmsəddin Bəhlul oğlu Abbasov (27 may 1906, Sayadlı, Xızı rayonu – 20 sentyabr 1975, Bakı) — Azərbaycan nasiri, dramaturq, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Şəmsəddin Abbasov
Doğum tarixi 27 may 1906(1906-05-27)
Doğum yeri
  • Sayadlı, Xızı rayonu, Azərbaycan SSR
Vəfat tarixi 20 sentyabr 1975(1975-09-20) (69 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Uşağı
  • Gündüz Abbasov
Fəaliyyəti yazıçı
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Qırmızı əmək bayrağı" ordeni — 19461946

Mündəricat

Həyatı

1906-cı ilin mayın 27-də Bakı qəzasının Sayadlar kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Bakıda rus-tatar məktəbində, sonra politexnikumda təhsil almış, 1926 – 1927-ci illərdə Politexnik İnstitutunda oxumuşdur. 1923-cü ildən "Yeni fikir", "Kommunist" və "Gənc işçi" qəzetlərində əməkdaşlıq etmişdir. Bu dövrdə "Məhşər günü" hekayəsi ilə ədəbi aləmə daxil olmuşdur.

Yaradıcılığı

1926-cı ilin iyun ayından "Gənc işçi" qəzeti redaksiyasında məsul katib vəzifəsində işləmiş, eyni zamanda "Komsomol" jurnalının redaksiya heyətinin tərkibinə daxil edilmişdir. Gənc yazıçılar birliyinin – "gənc qızıl qələmlər"in yaradıcılarından biri olmuşdur. 1929-cu ildən "Kommunist" qəzetinin məsul katibi işləmişdir. 1938 – 1939-cu illərdə M. F. Axundov adına Opera və Balet Teatrının direktoru kimi Moskvada Azərbaycan incəsənəti dekadasında iştirak etmişdir. "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1939-cu ilin sentyabrında Bakı kinostudiyasının direktoru işləmişdir. O, ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Rus dilindən ədəbi ssenarilər ("Stalinqrad döyüşü", "Musoqorski"), pyeslər ("Ulduzcuğaz", "Xmelnitski", "Saatsaz və toyuq"), roman və hekayələr (S. Babayevski "Yer üzərində işıq", A. P. Çexovun vodevilləri) tərcümə etmişdir. Özu də ssenari və pyeslər yazmışdır: "Babək" (1940), "Qələbə" (1931), "Qana qan" (1944), "Əsgər və Simuzər" (1945), "Fərhadın ailəsi" (1950), "Mister Uoll-trit" (1951). 1942-ci ilin avqust ayından Azərbaycan KP MK aparatına işə dəyişdirilmişdir. Burada təlimatçı, eyni zamanda Azərbaycanın İkinci Dünya müharibəsində iştirak etməsi ilə məşğul olan komissiyanın məsul katibi işləmişdir. Azərbaycan nümayəndələri ilə dəfələrlə ön cəbhədə olmuşdur.

Şimali Qafqaz və Uzaq Şərq cəbhələri hərbi şuraları ona yaxşı işinə görə təşəkkür etmişdir. O, "Qafqaz müdafiəsi uğrunda" və "1941 – 1945-ci illər İkinci Dünya müharibəsində əmək igidliyinə görə" medalları ilə təltif edilmişdir. 1944-cü ilin yanvarında Azərbaycan SSR Nazirlər Soveti Yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsinə sədr təyin olunmuşdur. 1946-cı ildə "Qırmızı Əmək bayrağı" ordeni ilə təltif edilmişdir. Dəfələrlə Bakı zəhmətkeş deputatları Sovetinin deputatı olmuşdur. 1951-ci ilin oktyabrından Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir.

1975-ci il sentyabrın 20-də vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şəmsəddin abbasov sözünün mənası, şəmsəddin abbasov haqqında məlumat. şəmsəddin abbasov nədir? şəmsəddin abbasov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 05, 2026

    Topçubaşovlar

  • Mart 01, 2026

    Aleksandr Stüart

  • Fevral 24, 2026

    Eten Paskal

  • Mart 06, 2026

    Rəngbərəng tənbəlcüllütlər

  • Mart 06, 2026

    Hirakata

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst