Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Komitas Vartapet və ya tam adı Soğomon Kevork Soğomonyan (erm. Սողոմոն Գևորգի Սողոմոնյան və ya erm. Կոմիտաս Վարդապետ; 26 sentyabr və ya 8 oktyabr 1869, Kütahya

Komitas

  • Ana Səhifə
  • Vikipediya
  • Komitas

Komitas Vartapet və ya tam adı Soğomon Kevork Soğomonyan (erm. Սողոմոն Գևորգի Սողոմոնյան və ya erm. Կոմիտաս Վարդապետ; 26 sentyabr və ya 8 oktyabr 1869, Kütahya — 22 oktyabr 1935, Paris) — Osmanlı ermənisi, bəstəkar, musiqişünas və xor rəhbəri.

Komitas Vartabed
erm. Կոմիտաս
Ümumi məlumatlar
Doğum adı Սողոմոն Գեւորգի Սողոմոնեան
Согомон Геворгій Согомонян
Ləqəbi Կոմիտաս
Doğum tarixi 26 sentyabr 1869
Doğum yeri Kütahya, Osmanlı İmperiyası
Vəfat tarixi 22 oktyabr 1935 (66 yaşında)
Vəfat yeri Paris, Fransa
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, musiqi etnoqrafı[d], musiqişünas, müğənni, dirijor, xormeyster[d], musiqi pedaqoqu, folklorşünas
Fəaliyyət illəri 1891–1915
Səs tembri bariton
Təhsili
  • Gevorkyan Dini Seminariyası[d] (1881–1893)
կոմիտաս.հայ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Soqomon Soqomonyan musiqiyə bağlı və təkcə türkcə danışan Kütahyalı bir ailədə doğulmuş, bir yaşındaykən anası, 10 yaşındaykən atası ölmüşdür. 1881-ci ilə qədər atasının anası tərəfindən böyüdülmüş, həmin vaxtda Qərbi Azərbacyanın Üçkilsə şəhərindəki erməni kilsəsinin ruhani məktəbinə gedərək 1895-ci ildə buranı bitirərək keşiş olmuşdur. VII əsrdə yaşamış bir erməni xalq ozanı olan Katolikos Komitasın şərəfinə Komitas adını almışdır. "Keşiş" anlamına gələn "Vartapet" ləqəbi ilə birlikdə anılmağa başlandı.

Üçmüədzin (Eçmədzin və ya Üçkilsə) Manastırı xorunda iştirak etdikdən sonra 1896-cı ildə Berlinə gedərək Kaiser Friedrich Wilhelm Universitetinə yazılmış və musiqişünaslıq təhsili almışdır. 1899-da musiqişünaslıq doktoru dərəcəsini almış və Üçmüədzinə dönmüşdür.

Kənd yerlərini qarış-qarış gəzərək 3000-ə qədər Erməni, Azərbaycan, Anadolu, Türk, Kürd və Fars xalq mahnısını toplayaraq nota köçürmüş, kolleksiya yaratmışdır. Daha sonra bütün bu mahnılar ermənilər tərəfindən özününkü kimi qəbul edilmiş və qeyri millətlərə aid mahnılar da erməni mahnısı hesab olunmağa başlamışdır. Məşhur "Yaylıq (xalq mahnısı)" bunlardan sadəcə biridir.

Ən önəmli müstəqil əsəri İlahi Litürji Badarakdır. 1892-ci ildə bestələməyə başladığı bu əsəri bitirə bilməmişdir. Beynəlxalq Musiqi Cəmiyyətinə Avropadan kənardan qəbul edilən ilk musiqi adamı olmuşdur. Avropada, Türkiyənin müxtəlif yerlərində və Misirdə musiqilər ifa etmiş, çıxışlarla nitq söyləmişdir.

1910-cu ildən sonra İstanbulda yaşamışdır. 300 üzvü olan Gusan Xorunu qurmuşdur.

Təhcir qanunundan sonra

Komitasın Osmanlıya xəyanət edən ermənilərlə əməkdaşlıqda olduğuna dair şübhələr vardı. Həmən dövrdə xeyli sayda erməni incəsənət, siyasət, din və başqa sahə adamları Osmanlıya qarşı vuruşan bölücü erməni dəstələrə geniş hərtərəfli dəstək göstərirdilər. 24 aprel 1915 tarixli Təhcir Qanunu səbəbilə həbs edilən 235 Erməni arasındaydı. Ertəsi gün 180-ə qədər İstanbullu Erməni ilə birlikdə qatara mindirilərək Çanqırıya sürgün edildi. Mehmet Emin Yurdakul, Halide Edip Adıvar və xarici diplomatların cəhdləri nəticəsində Tələt Paşanın xüsusi əmri sayəsində, digər 8 Erməni sənətçi ilə birlikdə İstanbula qayıtmasına 7 mayda icazə verildi. Dönüşündən sonra ağıl sağlığını itirən Komitas, əvvəl Şişlidəki La Paix xəstəxanasında, sonra isə həyatının son 20 ilini keçirəcəyi Parisdəki bir sanatoriyə yatırıldı. Həyatının son 18 ilində heç piyano çalmadı, bəstələmədi, oxumadı və danışmadı. 20 oktyabr 1935 tarixində Parisdə öldü.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Komitas haqqında məlumat. Komitas nədir? Komitas nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Honda

  • Fevral 27, 2026

    Məmməd Qazax

  • Fevral 27, 2026

    Acalypha cardiophylla

  • Fevral 27, 2026

    Ölçü

  • Fevral 26, 2026

    Mao Tszedun

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst