Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yervand Otyan (q.erm. Երուանդ Օտեան; 19 sentyabr 1869, Konstantinopol – 3 oktyabr 1926, Qahirə, Misir krallığı) — erməniəsilli Osmanlı jurnalisti, satirikçisi.

Ervand Otyan

  • Ana Səhifə
  • Vikipediya
  • Ervand Otyan

Yervand Otyan (q.erm. Երուանդ Օտեան; 19 sentyabr 1869, Konstantinopol – 3 oktyabr 1926, Qahirə, Misir krallığı) — erməniəsilli Osmanlı jurnalisti, satirikçisi.

Yervand Otyan
q.erm. Երուանդ Օտեան
Doğum tarixi 19 sentyabr 1869(1869-09-19)
Doğum yeri
  • Konstantinopol, Osmanlı imperiyası
Vəfat tarixi 3 oktyabr 1926(1926-10-03) (57 yaşında)
Vəfat yeri
  • Qahirə, Misir krallığı
Vəfat səbəbi xərçəng xəstəliyi
Fəaliyyəti dilçi, tərcüməçi, romançı, redaktor, jurnalist, yazıçı
Əsərlərinin dili erməni dili
Janr satira
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1869-cu il 19 sentyabrda İstanbulda anadan olmuşdur. Ailəsi Kayseridən İstanbula gəlib saray memarlığına qədər yüksələn Boğos Odyanın soyundandır.

Erməni Milləti Nizamnaməsinin yaradıcılarından olan əmisi Krikor Odyan ilə 1879-cu ildə Parisə, 1882-ci ildə isə atasının konsulluq etdiyi Krayovaya getdi. Üsküdardakı Berberyan Erməni Məktəbində 1 il yarıma qədər dərs aldı. Daha sonra isə təhsilinə evdə, tanınmış ermənilərdən aldı.

İlk yazı və tərcümələrini İstanbul Erməni mətbuatında 1887-ci ildə çap etdirdi. 1896-cı ildə İstanbulu tərk etdi və Yunanıstana köçdü. Afina, Paris, İsgəndəriyyə, Londonda öz əsərlərini çap etdirməyə davam etdi. 1903-cü ildə Mumbaya getdikdən sonra Misirə yenidən döndü. Burada fərqli işlərlə məşğul olmağa başladı. İkinci Məşrutiyətin elanına əsasən, İstanbula geri döndü. Yeddi il ərzində "Bizans", "Vaxt", "Azadlıq davası" qəzetlərinə yazılar yazdı. 1910-cu ildə "Giyotin", 1912–1914-cü illər ərzində "Qara Pişik", 1913-cü ildə isə "Qüdrət Halvası" adlı satirik jurnallarını yayımladı. Ən tanınmış əsəri olan "Yoldaş Pançuni"nin birinci hissəsi 1911-ci ildə kitab kimi nəşr etdirildi, ikinci hissəsi isə 1914-cü ildə yayımlandı.

1915-ci ilin may ayında həbs olundu və Suriyaya deportasiya edildi, amma daha sonra yenidən İstanbula qayıtdı və yeni jurnalı olan "Satirik İlliyi"ni yayımladı. 1923-cü ildə Buxarestə köçdü və "Yoldaş Pançuni"nin son hissəsini orada yayımladı. 1924-cü ildə Livana, 1925-ci ildə isə Qahirəyə köçdü. 3 oktyabr 1926-cı ildə xərçəngdən öldü. Qahirədəki Marmina Erməni Məzarlığına dəfn edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ervand otyan sözünün mənası, ervand otyan haqqında məlumat. ervand otyan nədir? ervand otyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Bulla

  • Mart 01, 2026

    Kəngərli (Ağdam)

  • Mart 06, 2026

    Boka-Raton

  • Mart 06, 2026

    Vəlvələ

  • Fevral 27, 2026

    Tüksüz biyan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst