Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elizabet Bouz-Layon (ing. Elizabeth Angela Marguerite Bowes-Lyon; 4 avqust 1900[…], London – 30 mart 2002[…]) — Birləşmiş Krallığın və Millətlər Birliyinin kral

Elizabet Bouz-Layon

  • Ana Səhifə
  • Vikipediya
  • Elizabet Bouz-Layon

Elizabet Bouz-Layon (ing. Elizabeth Angela Marguerite Bowes-Lyon; 4 avqust 1900[…], London – 30 mart 2002[…]) — Birləşmiş Krallığın və Millətlər Birliyinin kraliçası, son Hindistan imperatriçası. Adaşı olan qızı II Elizabetlə qarışdırılmaması üçün qızının taxta çıxdığı 1952-ci ildən etibarən Ana Kraliça Elizabet (ing. Queen Elizabeth the Queen Mother) olaraq anıldı.

Elizabet Bouz-Layon
ing. Elizabeth Bowes-Lyon
Birləşmiş Krallığın və Millətlər Birliyinin kraliçası
Son Hindistan imperatriçası
11 dekabr 1936 – 6 fevral 1952
ƏvvəlkiMariya Tek
SonrakıFilip Mauntbetten (kral-konsort kimi)
Şəxsi məlumatlar
Doğum adı The Honourable Elizabeth Angela Marguerite Bowes-Lyon
Doğum tarixi 4 avqust 1900(1900-08-04)[…]
Doğum yeri
  • London, London qraflığı[d], İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Vəfat tarixi 30 mart 2002(2002-03-30)[…] (101 yaşında)
Vəfat səbəbi ağciyər iltihabı
Fəaliyyəti consort[d], əsilzadə, Queen mother[d]
Həyat yoldaşı
  • VI Corc (1923–1952)[…]
Uşaqları
  • II Elizabet,
  • Şahzadə Marqaret
Ailəsi Vindzorlar sülaləsi
Dini anqlikanizm[d], xristianlıq

Təltifləri Kral Qırmızı Xaç Dame Grand Cross of the Royal Victorian Order Order of the Thistle "Britaniya imperiyası" ordeni daması Order of the Crown of India Yeni Zelandiya ordeni "Müqəddəs Sava" ordeni "Tac" ordeni Order of Saints Olga and Sophia Dame Grand Cross of the Order of the Lion of the Netherlands "Fəxri legion" ordeninin böyük xaçı Royal Family Order of George VI Royal Family Order of Elizabeth II "Kanada" ordeninin üzvü Order of the Precious Crown, 1st Class War Cross "Peru günəşi" ordeninin böyük xaçı Order of Independence Royal Victorian Chain — 1937 Lady of the Garter — 1936 Order of Ojaswi Rajanya
İmzanın şəkli
royal.uk/queen-elizabeth…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Britaniya əsilli zadəgan ailəsində doğuldu və 1923-cü ildə Britaniya kralı V Corcla Mariya Tekin ikinci oğlu York hersoqu Şahzadə Albertlə evləndi. Cütlük, qızları Elizabet və Marqaret ilə birlikdə bir çox ailəvi və ictimai tədbirdə iştirak etdilər.

1936-cı ildə qaynı VIII Eduardın dul sevgilisi Uollis Simpsonla evlənmək naminə taxtdan imtina etməsinin ardından, əri VI Corc adıyla taxta çıxdı. İkinci Dünya müharibəsi öncəsində Fransa və şimali Amerikaya tərtiblədiyi rəsmi səfərlərdə ərini müşayiət etdi. Müharibə dövründə isə ailəsiylə birlikdə Londondan qaçmadı və beləcə, xalqın gözündə qəhrəmanlıq rəmzinə çevrildi. Müharibənin ardından əri VI Corcun səhhəti pisləşdi və onun 1952-ci ildə vəfatıyla 51 yaşında dul qaldı. 25 yaşlı böyük qızı II Elizabet taxta çıxdı.

1953-cü ildə qaynanası Mariya Tekin vəfatının ardından Elizabet Bouz-Layon Britaniya monarx ailəsinin Ana Kraliçası olaraq qəbul edildi. 101 yaşında vəfatından yalnız bir neçə ay öncəsinə qədər ictimai həyatda aktiv iştirak etdi.

Mündəricat

Həyatı

İlk illəri

Elizabet Anqela Marqarita Bouz-Layon 4 avqust 1900-cü ildə Londonda dünyaya gəldi. Britaniya əsilli zadəgan Kalud Bouz-Layon və xanımı Sesilya Bouz-Layonun 10 uşağından doqquzuncusu idi. 23 sentyabrda yerli kilsələrin birində vəftiz edildi. Uşaqlığının çox hissəsi Londonda və atasının Şotlandiyadakı ailə mülkü olan Qlamis qəsrində keçdi. 8 yaşınadək şəxsi mürəbbiyə tərəfindən təlim-tərbiyə edilsə də, sonradan Londonda təhsilini davam etdirdi. Ardından alman yəhudisi mürəbbiyə Kathe Kublerin nəzarətində təhsilini tamamladı.

Birinci Dünya müharibəsinin başlamasıyla 4 qardaşı da cəbhəyə yollandı. Bunlardan biri 1915-ci ildə döyüş meydanında həlak oldu. Digəri isə almanlara əsir düşdü və uzun əsirliyin ardından azadlığa buraxıldı. Müharibə dövründə ailənin şəxsi mülkü olan Qlamis qəsri hərbi hospitala çevrildi və buranın idarəsi məhz Elizabetə həvalə olundu.

Evliliyi

Müharibənin ardından Britaniya kralı V Corcla Mariya Tekin ikinci oğlu York hersoqu Şahzadə Albertlə evlənməsi müzakirə edildi. İlk təklif 1921-ci ildə gəlsə də, monarx ailəsindəki məhdudiyyətləri bəhanə göstərərək bu təklifi geri çevirdi. Kraliça Mariya Tek Qlamis qəsrini ziyarətinin ardından, bu qızın oğlu üçün ideal gəlin olacağına inansa da, bu məsələyə qarışmadı. Kralın yeganə qızı Şahzadə Mariyanın Harvud qrafı Henri Laskelleslə 1922-ci ildə baş tutan toy mərasimində gəlin nədiməsi olaraq iştirak etdi. Mərasimdən bir ay sonra Şahzadə Albert yenidən evlilik təklif etsə də, Elizabet bu təklifi də geri çevirdi. Nəhayət, 1923-cü ilin yanvarında bu təklif qəbul edildi. Hər iki tərəfi almaslarla bəzəli Kəşmir sapfirindən hazırlanan nişan üzüyü hədiyyə edildi.

Cütlük 26 aprel 1923-cü ildə Vestminster Abbatlığında evləndi. Mərasimin ardından York hersoginyası ünvanı aldı. Cütlük Surreydəki Polesden villasına balayına getdilər. Daha sonra cütlük Şotlandiyaya getdi ancaq Elizabet burada boğmaca xəstəliyinə tutuldu.

York hersoginyası kimi

1924-cü ilin oktyabrında şimali İrlandiyaya edilən rəsmi səfərin ardından Yaxın Şərqə yeni bir səfər tərtibləndi. Ədən, Keniya, Uqanda kimi müstəmləkələri ziyarət edən cütlüyün ilk övladı Elizabet 1926-cı ildə dünyaya gəldi. 1927-ci ildə Kanberradakı parlament binası açılışı səbəbilə cütlük Avstraliyaya rəsmi səfərə yollandı və bu səfər zamanı yeni doğulan qızlarını Londonda saxlamalı oldular. İkinci övladları Şahzadə Marqaret isə 1930-cu ildə Qlamis qəsrində dünyaya gəldi.

Kraliça kimi

20 yanvar 1936-cı ildə V Corc vəfat etdi və ən böyük oğlu Uels şahzadəsi Eduard VIII Eduard adıyla taxta çıxdı. Yeni kral evli deyildi və varisi yox idi. Bu səbəblə, əri Şahzadə Albert taxt varisi oldu. Ancaq bir neçə ay sonra yeni kralın dul Amerikalı sevgilisi Uollis Simpsonla evlənmək istəməyi siyasi skandala səbəb oldu. VIII Eduardın taxtdan əl çəkməsi nəticəsində, əri VI Corc adıyla istəksizcəsinə taxta çıxdı. Beləliklə, Elizabet Bouz-Layon həm Birləşmiş Krallıq kraliçası və Hindistan imperatriçası oldu. Cütlüyün 12 may 1937-ci ildə Vestminster abbatlığında baş tutdu.

Cütlüyün 1938-ci ilin yayında planlanan Fransa səfəri, Kraliça Elizabetin anası Sesilya Bouz-Layonun ölümü səbəbilə 3 həftə təxirə salındı. Bu səbəblə, Fransadakı rəsmi ziyafətdə rəngarəng deyil, stilist Norman Hartnel tərəfindən hazırlanan tamamilə ağ gəlinlik geyindi. Səfərin məqsədi, yaxınlaşan Nasist Almaniyası təhlükəsi qarşısında İngiltərə-Fransa ittifaqını gücləndirmək idi.

Buna baxmayaraq, Nasist Almaniyasının təcavüzkar siyasəti davam etdi. 1939-cu ilin mayında cütlük Kanadaya və ABŞ-a rəsmi səfərə yollandı. ABŞ Prezidenti Franklin Ruzvelt tərəfindən qarşılandılar və Ağ evdə qaldılar.

İkinci Dünya müharibəsi illərində cütlük faşizmə qarşı mübarizənin simvoluna çevrildi. Uşaqların təxliyyəsi və müharibəyə yararlı kişilərin səfərbərliyə cəlb olunması mövzularında Kraliça Elizabet tez-tez ictimaiyyətə çıxışlar etdi. Hökumət cütlüyün uşaqlarla birlikdə Kanadaya getməsini təklif etsə də, Kraliça Elizabetin şəxsi səyləriylə bu təklif geri çevrildi və yaşadıqları Bukingem sarayının bir neçə dəfə bombardıman olunmasına baxmayaraq müharibənin sonunadək Britaniyada qaldılar.

İkinci Dünya müharibəsinin ardından kral VI Corcun səhhəti pisləşməyə başladı. 1948-ci ildə planlanan Avstraliya və Yeni Zelandiya səfərləri bu səbəblə təxirə salındı. 1949-cu ilin martında qan dövranı problemi səbəbilə sağ ayağında damar dəyişdirildi. 1951-ci ilin yayında Kraliça Elizabet və qızları, rəsmi tədbirlərdə kralı əvəz etməyə başladılar. Həmin ilin sentyabrında krala ağciyər xərçəngi diaqnozu qoyuldu. Ağciyərinin biri əməliyyatla çıxarıldı. Buna baxmayaraq səhhəti daha da ağırlaşdı. Təxirə salınan Avstraliya və Yeni Zelandiya səfərlərinə 1952-ci ilin yanvarında kral təmsilçisi olaraq qızı Şahzadə Elizabet və əri Edinburq hersoqu Şahzadə Filipp göndərildi. Cütlük çıxdıqları Millətlər birliyi turundakı Keniya səfərində ikən, VI Corc 6 fevral 1952-ci ildə yuxuda ikən vəfat etdi.

Ana Kraliça kimi

Əri VI Corcun vəfatının ardından böyük qızı II Elizabet taxta çıxdı. Kralın dul xanımı kimi, adaşı olan qızıyla qarışdırılmaması üçün Ana Kraliça Elizabet (ing. Queen Elizabeth the Queen Mother) olaraq anıldı. Ərinin ölümündən sonra çox sarsıldı və bir müddət Şotlandiyaya çəkildi. Ancaq baş nazir Vinston Çörçillə baş tutan bir görüşün ardından yenidən Londona və ictimai vəzifələrinə qayıtdı. Ana Kraliça olaraq etdiyi ilk rəsmi səfər isə qızı Şahzadə Marqaretlə 1953-cü ilin iyulunda çıxdığı Rodeziya və Nyasalandiya səfəri oldu. Burada sonradan Zimbabve Universitetinə çevriləcək kollecin açılış mərasiminə qatıldı. 1953-1954-cü illərdə qızı II Elizabetin çıxdığı Millətlər birliyi turu əsnasında dövlət işləri üzrə müşavir oldu və nəvələri Çarlz və Annanın baxımıyla məşğul oldu. 1959-cu ilin fevralında Keniya və Uqandaya rəsmi səfər etdi. Klod Mone və Karl Faberje kimi sənətçilərin əsərlərini topladı.

1964-cü ilin fevralında təcili appendisit əməliyyatına alındı və bu səbəblə Avstraliya, Yeni Zelandiya və Fici rəsmi səfəri 1966-cı ilədək təxirə salındı. Həmin ilin dekabrında bağırsaq xərçəngi diaqnozu qoyuldu və edilən əməliyyatla şiş kütləsi çıxarıldı. Yayılan şayələrin əksinə, bağırsaq əməliyyatı keçirmədi. 1984-cü ildə döş xərçəngi diaqnozu qoyuldu və əməliyyatla döşündən pis xassəli bir kütlə çıxarıldı. Ancaq onun xərçənglə mübarizəsi heç vaxt ictimaiyyətə ətraflı şəkildə açıqlanmadı.

Ana Kraliça kimi yaşadığı 50 il boyunca 40-dan çox rəsmi səfərdən əlavə, saysız xarici səfərlər etdi. 1975-ci ildə İran şahı Məhəmməd Rza şah Pəhləvinin dəvətiylə İrana rəsmi səfər etdi.

Balıq yeməyi sevməsiylə bilinir. 1982-ci ildə boğazında balıq sümüyü qalması səbəbilə xəstəxanaya aparıldı və əməliyyatla çıxarıldı. Bu kimi hallar 1986-cı ilin avqustunda və 1993-cü ilin mayında yenidən təkrarlandı. 1987-ci ildə Ana Kraliça Elizabet, qardaşı qızları Nerissa və Ketrin Bouz-Layonun vaxtilə gizlicə ruhi dispanserə qapadılmasının ifşa edilməsiylə qınaq atəşinə tutuldu.

Son illəri və ölümü

90-cı ad günü 1990-cı ildə hamisi olduğu 300 qurumun qatıldığı bir paradla qeyd olundu. 1995-ci ildə Faşizm üzərində qələbənin 50 illiyi münasibətiylə keçirilən tədbirlədə iştirak etdi. Üstəlik həmin il 2 ayrı əməliyyat keçirdi: sol gözündəki katarakta əməliyyatı və sağ ayağındakı damar dəyişikliyi. 1998-ci ildə yıxıldı və sol ayağı qırıldı. 100-cü ad günü münasibətilə krallığın müxtəlif yerlərində tədbirlər keçirildi. 2000-ci ilin noyabrında yenidən yıxıldı və körpücük sümüyü qırıldı. Bu səbəblə həmin il Milad və Yeni il bayramları boyunca ictimaiyyətdən uzaqda istirahət etdi.

1 avqust 2001-ci ildə anemiya səbəbilə qan köçürməsi edildi. 3 gün sonra 101-ci ad günü münasibətilə keçirilən parada qatıldı. Həmin ilin dekabrında yıxıldı və çanaq sümüyü qırıldı. Buna baxmayaraq ertəsi il 6 fevralda mərhum əri VI Corcun anma günündə keçirilən tədbirdə iştirak etdi və ayaqda durmaqda təkid etdi. 3 gün sonra isə kiçik qızı Şahzadə Marqaret vəfat etdi.

13 fevral 2002-ci ildə Sandrinqem sarayındakı otağında yıxıldı və yanlışlıqla qolunu kəsdi. 2 gün sonra baş tutacaq qızının cənazə mərasiminə əlil arabasında qatıldı. 30 mart 2002-ci ildə saart 15:15 radələrində Vindzor qalasında vəfat etdi. Həyatdakı yeganə övladı II Elizabet o əsnada yanında idi. 2001 Milad bayramından bəri ağciyər iltihabından əziyyət çəkən Ana Kraliça Elizabet 101 il 238 gün yaşayaraq Britaniya monarx ailəsinin ən uzun yaşayan üzvü kimi vəfat etdi. Qaynı arvadı Qloster hersoginyası Şahzadə Alis 29 oktyabr 2004-cü ildə 102 yaşında vəfat edərək bu rekordu yenilədi.

3 gün boyunca Vindzor qalasında ictimaiyyətə nümayiş etdirilən cənazəsini 200 mindən çox şəxs ziyarət etdi. Kanada və Avstraliyada qiyabi cənazə mərasimləri keçirildi və milli yas elan olundu.

Şəcərəsi

Övladları Doğum tarixi Ölüm tarixi Evliliyi Nəvələri
II Elizabet 21 aprel 1926 8 sentyabr 2022

(96 yaşında)

Filip Mauntbetten

(20 noyabr 1947)

III Çarlz
Anna
Endryu Mauntbetten-Vindzor
Eduard, Edinburq hersoqu
Şahzadə Marqaret 21 avqust 1930 9 fevral 2002

(71 yaşında)

Antoni Armstronq-Cons

(6 may 1960)

(boşanma: 11 iyul 1978)

David Armstronq-Cons
Leydi Sarah Çatto

Qalereya

  • Elizabet Bouz-Layon (1909)
    Elizabet Bouz-Layon (1909)
  • Elizabet Bouz-Layon (1915)
    Elizabet Bouz-Layon (1915)
  • York hersoqu Şahzadə Albertlə baş tutan toy mərasimi (26 aprel 1923)
    York hersoqu Şahzadə Albertlə baş tutan toy mərasimi (26 aprel 1923)
  • York hersoginyası Elizabet Avstraliya rəsmi səfərində (7 aprel 1927)
    York hersoginyası Elizabet Avstraliya rəsmi səfərində (7 aprel 1927)
  • VI Corc və Kraliça Elizabet Kanada rəsmi səfərində (1 may 1939)
    VI Corc və Kraliça Elizabet Kanada rəsmi səfərində (1 may 1939)
  • VI Corc və Kraliça Elizabet, Elyanor Ruzveltlə birlikdə (23 oktyabr 1942)
    VI Corc və Kraliça Elizabet, Elyanor Ruzveltlə birlikdə (23 oktyabr 1942)
  • Kraliça Elizabet və qızı Şahzadə Elizabet, Neptun əməliyyatına hazırlanan hərbçilərlə görüşdə (18 may 1944)
    Kraliça Elizabet və qızı Şahzadə Elizabet, Neptun əməliyyatına hazırlanan hərbçilərlə görüşdə (18 may 1944)
  • Ana Kraliça Elizabet donanma ziyarətində (27 iyun 1961)
    Ana Kraliça Elizabet donanma ziyarətində (27 iyun 1961)
  • Ana Kraliça Elizabet Niderland rəsmi səfərində (13 noyabr 1975)
    Ana Kraliça Elizabet Niderland rəsmi səfərində (13 noyabr 1975)
  • Ana Kraliça Elizabet Kanada rəsmi səfərində (7 iyul 1989)
    Ana Kraliça Elizabet Kanada rəsmi səfərində (7 iyul 1989)
  • Ana Kraliça Elizabet
    Ana Kraliça Elizabet

Həmçinin bax

  • Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
  • Monarxiya
  • VI Georq
  • II Elizabet

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elizabet Bouz-Layon haqqında məlumat. Elizabet Bouz-Layon nədir? Elizabet Bouz-Layon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kalmıkiya

  • Fevral 25, 2026

    Məhərrəm

  • Fevral 27, 2026

    Buxara xanlığı

  • Fevral 27, 2026

    Kapadokiya

  • Fevral 27, 2026

    Katib

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst