Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Yerli sakinlər – Maorilər Yeni Zelandiyanı "Aotearoa" adlandırırdılar, bu söz "Uzun ağ bulud torpağı" kimi tərcümə olunur. Yeni Zelandiya müxtar adalar Kuka və

Yeni Zelandiya

  • Ana Səhifə
  • Vikipediya
  • Yeni Zelandiya

Yeni Zelandiya (ing. New Zealand) — Okeaniyada yerləşən dövlət.

New Zealand
ing. New Zealand
mao. Aotearoa
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
100% Pure, 100% Pur
Himn: Tanrı Yeni Zelandiyanı qorusun
Rəsmi dili İngilis dili
Etnik qrupları avropalılar – 71,2%
maori – 14,1%
asiyalılar – 11,3%
Sakit okean adalılar – 7,6%
Paytaxt Vellinqton
Ən böyük şəhəri Oklend, Vellinqton, Kraystçörç
İdarəetmə forması Konstitusiyalı monarxiya
Kral III Çarlz
General-qubernator Sindi Kiro
Baş nazir Kristofer Lukson
Sahəsi Dünyada 76-cı
 • Ümumi 267710 km²
Əhalisi
 • Əhali (2015) 4 500 min nəfər (125-ci)
 • Siyahıyaalma (5.III.2013) 4 242 048 nəf.
 • Sıxlıq 16 nəf./km²
ÜDM (AQP)
 • Ümumi (2014) 159 millyard dollar  (71-ci)
 • Adambaşına 35 200 dollar  (47-ci)
Valyuta Yeni Zelandiya dolları (NZD)
İnternet domeni .nz
ISO kodu NZ
Telefon kodu 64
Saat qurşaqları UTC +12
Nəqliyyatın yönü sol
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Yeni Zelandiya

Mündəricat

Etimologiya

Yerli sakinlər – Maorilər Yeni Zelandiyanı "Aotearoa" adlandırırdılar, bu söz "Uzun ağ bulud torpağı" kimi tərcümə olunur. Yeni Zelandiya müxtar adalar Kuka və Niueni da öz tərkibinə daxil edir. Tokelau və Ross-Dependensi Yeni Zelandiyanın Antarktidadakı ərazi iddialarıdır.

Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Yeni Zelanda" adlandırılmışdır.

Coğrafiyası

Sakit okeanın cənub şərqində yerləşir. İki böyük adadan (Şimal ada və Cənub adadan) ibarətdir və aralarındə əsas adalar Stüart və Çatem olan çoxsaylı kiçik adalardan ibarətdir.

Demoqrafiyası

Əhalisi 2006-cı il siyahıya almasının yekunlarına əsasən 4 027 947 nəfərdir. Ölkə əhalsi Avropadan gəlmələrdir. Burada azlıq təşkil edən yerli əhali — maorilər də yaşayır. Asiya və Polineziya mühacirləri də azlıq təşkil edir və əsasən şəhərlərdə yaşayırlar.

Yeni Zelandiyanın kraliçası Yelizaveta II dövlətin başçısıdır və o olmadıqda onu general-qubernator əvəz edir. Kraliça dövlətə başçılıq etsə də, onu idarə etmir. Onun həqiqi siyasi təsir hüququ yoxdur və hakimiyyəti simvolikdir. Siyasi hakimiyyət hökumətin başçısı olan baş nazirin rəhbərliyi altında demokratik seçilmiş parlamentin əlindədir.

Panorama

Dünyada heç bir başqa ölkə Yeni Zelandiya kimi mənzərəli panoramlara malik deyil. Subtropik və bitki ilə zəngin Nortlenddən bir vaxtlar Redyard Kiplinqin "Dünyanın Səkkizinci Möcüzəsi" kimi təsvir etdiyi Fiorilənddəki Milli Parkın gözəl Mitra zirvələrindək. Bu həqiqətən də, çoxsaylı heyranedici təbiət kontrastları ilə dolu cənnət yeridir. Yeni Zelandiya iki əsas adadan ibarətdir. Bunların hər ikisi öz gözəl mənzərələri ilə tanınır. Şimali adada Yeni Zelandiyanın ən iri şəhəri Oklend və əsas beynəlxalq qapılar yerləşir. Klenddən siz şimala subtropikə valeh edici sahillərə, delfinlərlə üzə biləcəyiniz çimərliklərə və iri kauri və nəhəng qıjılar görə biləcəyiniz meşələrə və ya cənuba qeyzerlərə və Rotoruaya yollana bilərsininz.

Kol basmış göllər və vulkanlar, dünyanın ən sıx meşələri və beləcə paytaxt Vellinqton şəhərinədək. Kraysterç – Cənub ada qapıları, burada siz balinalara baxmaqdan və raftinqdən həzz alacaqsınız. Digər kontinentlərdən ayrı olduğuna görə Yeni Zelandiya çox zəngin vəhşi təbiətə, unikal və nadir birki, quş və həşərat növlərinə malikdir. Bunlardan ən tanınmışı qanadsız Kividir, hətta yeni Zelandiyalıları bəzən bu cür adlandırırlar. Həmçinin hea (dağ popuqayı), kaka popuqayı, Yeni Zelandiya tuisi və sarı gözlü pinqvin. Yeni Zelandiya sahillərində albatros, firtına quşu və pinqvin daxil olmaqla xeyli dəniz quşu yaşayır.

Yeni Zelandiya az ölkələrdəndir ki, bir gündə siz yaxından balina görə bilərsiniz, delfinlərlə üzə bilərsiniz, cənub kral albatrosunun nəcibliyindən zövq ala bilərsiniz.

Tuatara – dinozavrların yaşadığı dövrə aid olan sürünəndir, və yalnız Yeni Zelandiyada yaşayır. Burada nadir sahil hörümçəyi katipodan başqa heç bir ilan və zəhərli heyvan yoxdur. Yeni Zelandiya meşələri – tropik meşələr (qırmızı şam ağacı və s.) həmişə yaşıl ağac növləri və nəhəng ayı döşəklərindən ibarətdir. Yeni Zelandiya həmçinin çiçəklənən güllərin və ağacların (metrosideros) unikal növləri ilə zəngin ölkədir.

Şəhərlər

  • Oklənd (böyük şəhəri)
  • Vellinqton
  • Kraysçörç
  • Dunedin

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yeni Zelandiya haqqında məlumat. Yeni Zelandiya nədir? Yeni Zelandiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Ruslar

  • Fevral 10, 2026

    Avropa İttifaqı

  • Fevral 10, 2026

    Afrika

  • Fevral 10, 2026

    Sənaye inqilabı

  • Fevral 14, 2026

    Simon Bolivar

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst