Şahzadə Anna Yelizaveta Alisa Luiza (ing. Princess Anne Elizabeth Alice Louise; 15 avqust 1950[…]) — Britaniya kraliçası II Elizabet və Şahzadə-konsrot Filippin yeganə qızı. 1987-ci ildən etibarən Krallıq şahzadəsi (ing. Princess Royal) ünvanı daşıyır.
| Şahzadə Anna | |
|---|---|
| ing. Anne Elizabeth Alice Louise | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Princess Anne Elizabeth Alice Louise of Edinburgh |
| Doğum tarixi | 15 avqust 1950[…] (75 yaş) |
| Təhsili |
|
| Fəaliyyəti | event rider[d], əsilzadə, xeyriyyəçi |
| Atası | Filip Mauntbetten |
| Anası | II Elizabet |
| Ailəsi | Vindzorlar sülaləsi |
| Dini | Anqlikan kilsəsi |
| Rütbəsi |
|
| | |
| Təltifləri | |
![]() | |
| royal.uk/the-princess-ro… | |
15 avqust 1950-ci ildə saat 11:50 radələrində Londondakı Klarens-hausda dünyaya gəldi. Anası Britaniya kralı VI Corcun qızı və varisi Şahzadə Elizabet, atası isə Yunanıstan və Danimarka şahzadəsi Filipp Mauntbettendir. Doğulduğu əsnada babası VI Corc hələ də hakimiyyətdə idi. Doğuşu münasibətilə Hayd parkda 21 top atəşi atıldı. 21 oktyabrda Bukingem sarayında vəftiz edildi. Kentdəki Benenden məktəbində təhsil aldı və 1969-cu ildən etibarən rəsmi vəzifəyə başladı. Atçılıqla məşğul oldu və 1971-ci ildə bir qızıl, 1975-ci ildə iki gümüş medal qazandı. 1976-cı ildə Olimpiya Oyunlarında iştirak edən ilk monarx ailəsi üzvü oldu. 1988-ci ildən bəri Beynəlxalq Olimpiya komissiyasına üzvdür.
Bir çox tədbirdə anasının rəsmi təmsilçisi kimi iştirak etdi və 300-dən çox qurumun hamisi və ya başçısıdır. 1973-cü ildə kapitan Mark Filipslə evləndi. Cütlüyün 2 övladı doğulsa da, 1992-ci ildə rəsmi olaraq boşandılar. Elə həmin il Sör Timoti Laurenslə evləndi. İkinci evliliyindən övladı yoxdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahzadə Anna haqqında məlumat. Şahzadə Anna nədir? Şahzadə Anna nə deməkdir?

