Azərbaycanca (AZ) Azərbaycanca (AZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı pos

Baş nazir

  • Ana Səhifə
  • Vikipediya
  • Baş nazir

Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı.

İcraedici hakimiyyət
  • İcraedici hakimiyyət
  • Dövlət başçısı
    • Diktatura
    • Monarx
    • Prezident
  • Hökumət
    • Hökumət başçısı
      • Kansler
      • İcraedici orqanın başçısı
      • Baş Nazir
    • Nazirlər Kabineti
    • Nazirlik
    • Nazir
    • İdarəetmə sistemi
      • Prezident idarəetmə sistemi
      • Yarımprezident idarəetmə sistemi
      • Parlament idarəetmə sistemi
    • Parlamentli demokratiya
    • Parlamentli monarxiya
    • Parlamentli respublika
    • Qarışıq idarəetmə sistemi
    • Vestminster hakimiyyət sistemi
  • Siyahılar
    • Dövlətlərin prezidentlərinin siyahısı
    • Dövlət başçılarının siyahısı
    • Hökümətlərin siyahısı
  • Qubernator
  • Mer

Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır.

Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır.

Mündəricat

Tarixi

Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi.

Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi. Bu vəzifələrin yaranma tarixi tam öyrənilməyib.

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən

" Azərbaycan Respublikasının Prezidenti:

...4. Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir

"

Konstitusiyanın 115-ci maddəsinə əsasən:

" ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər. "

Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası

Konstitusiyanın 118-ci maddəsinə əsasən:

" I. Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

...III. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.

"

2016-cı ildə referendumla edilən əlavə və düzəlişlərə əsasən Konstitusiyanın 121-ci maddəsində bunlar nəzərdə tutulub:

" Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir. "

Azərbaycan Respublikasının Konstitusiyasının 123-cü maddəsinə əsasən Baş nazir toxunulmazdır. Bu toxunulmazlıq hətta səlahiyyət müddəti bitsə belə, Baş nazirin müstəsna hüququdur. Baş nazir səlahiyyəti müddətində gömrük məntəqələrində, postlarda müayinə edilmədən keçmək hüquna malikdir. Baş nazirin şəxsiyyəti toxunulmazdır. Səlahiyyəti müddətində cinayət başında yaxalanma halları istisna olmaqla tutula, saxlanıla, şəxsi müayinə edilə, axtarışa məruz qala bilməz, məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Cinayət başında yaxalanarsa, ilk növbədə onu yaxalayan Baş Prokurora məlumat verməlidir. Yalnız bundan sonra Baş Prokurorun təqdimatı əsasında Azərbaycan Resbuplikası Prezidenti tərəfindən Baş nazirin toxunulmazlığına xitam verilir.

De-yure olaraq Baş nazir ölkədə AR Prezidentindən və vitse-prezidentərindən sonra dövlətin ən səlahiyyətli şəxsidir. Belə ki,prezident öz vəzifəsini icra edə bilmədikdə, fəaliyyət qabiliyyətini itirdikdə ilk olaraq birinci vitse-prezident, o olmadıqda sonrakı vitse-prezidentlər, o da olmadıqda prezident səlahiyyətlərini Baş nazir icra edir.

Bax

  • Hökumət
  • Xalq
  • İcra hakimiyyəti
  • Prezident
  • Dövlət
  • Siyasi partiya
  • Cəmiyyət

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Baş nazir haqqında məlumat. Baş nazir nədir? Baş nazir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Dəmir

  • Fevral 11, 2026

    Krakov

  • Fevral 23, 2026

    Romanizasiya

  • Fevral 23, 2026

    22 yanvar

  • Fevral 20, 2026

    Slovak dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst