Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Boris Mixail (təq. 828, Pliska, Birinci Bulqar dövləti – 2 may 907, Preslav, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin ilk xristian hökmdarı, əsl ad

I Boris

  • Ana Səhifə
  • Vikipediya
  • I Boris

I Boris Mixail (təq. 828, Pliska, Birinci Bulqar dövləti – 2 may 907, Preslav, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin ilk xristian hökmdarı, əsl adı Barıs olmuşdur.. Xristian olduqdan sonra titulu xan yox knyaz olmuşdur.

Knyaz I Boris-Mixail
bolq. Свяці Барыс I Міхаіл
Müqəddəs Boris
Müqəddəs Boris
Birinci Bulqar dövlətinin XVII imperatoru
852 – 889
ƏvvəlkiI Presian xan
SonrakıVladimir-Rasate
Şəxsi məlumatlar
Doğum tarixi təq. 828(0828)
Doğum yeri
  • Pliska, Birinci Bulqar dövləti
Vəfat tarixi 2 may 907
Vəfat yeri
  • Preslav, Birinci Bulqar dövləti
Fəaliyyəti monarx, rahib
Atası I Presian xan
Uşaqları Vladimir-Rasate
Qavrail
Simeon
Evpraksiya
Anna
Dini Xristian
Elmi fəaliyyəti
Elm sahəsi hökumət, siyasət
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İlk dövrləri

Çar Borisin dövründə Bulqar dövləti sərhədləri

852-ci ildə I Presian xanın yeganə oğlu olaraq taxta çıxmış, Franklara qarşı Moraviya knyazı I Rastislavla birgə hücuma keçmiş, lakin dəhşətli şəkildə məğlub olmuşdur. 855-ci ildə imperator III Mixailə qarşı məğlubiyyət və xorvatların üsyanı xanı çətin vəziyyətdə qoymuşdu.

Serbiya

Knyaz Vlastimirin ölümündən sonra oğulları Mutimir,Stroyimir və Qoynik arasında müharibə başlamışdı. Serbiya knyazlığındakı ara müharibələrindən istifadə edən Boris oğlu Vladimir-Rasate başçılığında ordu göndərsə də qələbəyə nail ola bilmədi. Vladimir və 12 boyar əsir düşdü. Boris sülh bağlamağa məcbur oldu və Mutimirə 2 qul, 2 şahin, 2 it, və 80 kürk verdi. Mutimir bundan əlavə 2 qardaşını da Borisin sarayına göndərdi, qardaşı oğlu Petarı isə saxladı.

Xristian olması

Xan diplomatik səbəblər və qonşularına qarşı effektiv mübarizə üçün xristian olmağa qərar verdi. Boris II Lüdovik Alman ilə sözləşib katolik olmağa qərar verdi, lakin 863-cü ildə III Mixailin işğalına qarşı mübarizə aparmaq üçün pravoslav olmağı qəbul etdi. 864-cü ildə Boris Pliskada, ailəsi və yaxın əyanlar ilə gizli şəkildə xristian oldu.

Bolqarıstan Pravoslav Kilsəsinin qurulması

Boris daha sonra xalqını da xristianlaşdırmaq qərarına gəldi və Bizansdan keşişlər istədi. Eyni zamanda 866-cı ilin avqustu kovxan Pyotr ilə Papa I Nikolaya xristianlıqla əlaqəli 106 sual göndərdi. Boris katolik kilsəsinə yaxın hiss etdiyi və Bizans təsirindən qurtulmaq üçün bu yolu tutmuşdu. Borisin Papa I Nikolay və Papa II Adriana göndərdiyi arxiyepiskop tələbləri qəbul olunmadı və Boris birdəfəlik pravoslavlıq yolunu seçdi. Boris bununla xanın səlahiyyətini genişləndirmiş olurdu.

Mədəniyyətə təsiri

Borisin Kiril və Metodiusun tələbələri ilə görüşü

866-cı ildə Kiril və Metodiusun tələbələri olan Ohridli Klement və Preslavlı Naumu paytaxta dəvət edərək məktəblər açdırdı. Yunan əlifbası qlaqolitik əlifba ilə əvəzləndi. Yunan dili sıxışdırılmağa başladı. Qədim Kilsə Slavyancası rəsmi dil elan olundu. Bununla da bulqarların slavyanlaşdırılması prosesi bitdi.

Xristianlaşmağa reaksiya

Bir çox bulqar xristian olmağa etiraz etdi. 865-ci ildə Tenqriçi boyarlar üsyana başlamışdılar. Boris üsyanı amansızcasına yatırdı və 52 boyarı ailələri ilə birlikdə edama məhkum etdi.

Son dövrləri

889-cu ildə Boris taxt-tacdan əl çəkərək keşiş oldu, lakin oğlu Vladimir-Rasate yenidən Tenqriçi ənənələri geri gətirməyə başladığına görə 893-cü ildə qayıdaraq Vladimiri kor etdi, həyat yoldaşını isə monastıra göndərdi. Öz davamçısı olaraq I Simeonu təyin etdi. 895-ci ildə yenə ortaya çıxaraq Simeona Macarlara qarşı mübarizədə kömək etdi. Boris 907-ci ildə vəfat etdi.

Toponimlər

Antarktikanın Livinqston adasında, Müqəddəs Boris zirvəsi onun şərəfinə adlanmışdır.

Media

1985-ci ildə haqqında çəkilən "I Boris" filmdə knyaz rolunu Stefan Danailov ifa etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i boris sözünün mənası, i boris haqqında məlumat. i boris nədir? i boris nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qırxbulaq nahiyəsi

  • Mart 03, 2026

    Monitor (jurnal)

  • Mart 06, 2026

    Tapdıq Əmiraslanov

  • Fevral 27, 2026

    Elektromaqnit induksiyası

  • Fevral 27, 2026

    Soqd vilayəti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst