Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Böyük Simeon (bolq. Симеон I Велики təq. 864, Pliska, Birinci Bulqar dövləti – 27 may 927, Preslav, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin XIX im

I Simeon

  • Ana Səhifə
  • Vikipediya
  • I Simeon

I Böyük Simeon (bolq. Симеон I Велики təq. 864, Pliska, Birinci Bulqar dövləti – 27 may 927, Preslav, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin XIX imperatoru

Çar I Böyük Simeon
bolq. Симеон I Велики
Birinci Bulqar dövlətinin XIX imperatoru, Bolqarların və Romalıların çarı
893 – 27 may, 927
ƏvvəlkiVladimir-Rasate
SonrakıI Pyotr
Şəxsi məlumatlar
Doğum tarixi 864
Doğum yeri
  • Pliska, Birinci Bulqar dövləti
Vəfat tarixi 27 may 927 (62–63 yaşında)
Vəfat yeri Preslav
Vəfat səbəbi ürək çatışmazlığı
Fəaliyyəti hökmdar[d]
Atası I Boris
Anası Mariya
Həyat yoldaşları 2 nəfər, adları bilinmir.
Uşağı Aşağıda
Dini Xristian
Elmi fəaliyyəti
Elm sahəsi siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Simeon 893-cü ildə doğulmuşdu. Vladimir-Rasatedən fərqli olaraq bütün ömrü boyu xristian olmuşdur. 14 yaşında Konstantinopol Universitetinə getmişdi və arxiyepiskop olmaq istəyirdi. Lakin Vladimirin devrilməsi nəticəsində taxta çıxmalı oldu. Qavrilin yerinə niyə Simeonun seçildiyi məlum deyil.

Hakimiyyəti

Bizans və Macarlarla əlaqələr

Simeonun taxta çıxdığı dövr Bizansla əlaqələrin pisləşdiyi dövr idi. VI Leo bolqar tacirlərin ticarət mərkəzini Konstantinopoldan Salonikiyə dəyişmiş, ağır vergilər qoymuşdu.Onlar Simeona, Simeon da Leoya şikayət etmişdi. İmperator bu şikayətləri qulaqardına vurdu. Qəzəblənən Simeon Bizansı işğal etdi və kiçik mübarizəylə rastlaşdı Xəzər muzdlu əsgərlərini əsir alan Simeon Macar işğalının qarşısını almaq üçün şimala dönməli oldu. Arpadın oğlu Liüntikanın başçılığı ilə gələn bir ordu artıq Dunayı keçmişdi. Simeon 896-cı ildə Peçeneqlər ilə birlikdə Macarlara hücum edərək onları darmadağın etdi. Bundan sonra Konstantinopola dəfələrlə hücum edən knyaz çətinliklə də olsa saxlanıldı. İmperator sülh müqaviləsi imzalamağa məcbur oldu. Petar Qoynikoviçi də Serbiya knyazı kimi tanıyaraq Simeonun öz vassalı halına gətirdi.

Simeon dövründə Bolqarıstan sərhədləri

904-cü ildə imperator Makedoniyanın və Albaniyanın şimalını da güzəştə getməyə məcbur oldu.

Çarlığı

Leonun ölümündən sonra taxta keçən VII Konstantin hökuməti Simeona vergi verməkdən imtina etdikdə bu bəhanə Simeona yeni bir müharibə başlamağa imkan verdi. Ara müharibələrlə qızışan Bizansı işğal edən Simeon üçün 913-cü ilin avqustunda Konstantinopola çatmaq çətin olmadı. Çətin vəziyyətdə qalan Bizans, Simeonun qızlarından birinin imperator ilə evliliyinə Simeonun çar kimi qəbul olunmasına, yəni imperatora bərabər olmasına razı oldu.

20 avqust 917-ci ildə müharibəyə başlayan Bizans ordusu ağır məğlubiyyətə uğradıldı. Anxilaos döyüşü kimi tarixə düşən savaşda Bizans çox ağır itki verdi. Daha sonra üzünü Serbiyaya çevirən çar 924-cü ildə kovxan Fyodor Siqritsa və komita Marmaisin başçılığı ilə işğala başlamışdı. Simeon sonra dəfələrlə Bizansı işğala hazırlaşdı, hətta Fatimilər xilafəti ilə müqavilə imzaladı. 924-cü ildə Serbiya bir dövlət kimi

ləğv olunaraq Bolqarıstana birləşdirildi. 9 sentyabr 924-cü ildə Bizansla yenidən sülh müqaviləsi imzalandı.

Xorvatlarla müharibə

Simeon 925-ci ildə Bolqarıstan Pravoslav Kilsəsinin səviyyəsini patriarxlığa yüksəltdi. 926-cı ildə isə sərkərdə Alaqabaturun başçılığı ilə Xorvatiyaya hücum edən Simeon 27 mayda Çar Tomislava məğlub olsa da onun Bizansla əlaqəsini kəsə bildi.

Ölümü

Həyatının son illərində yenidən Bizansı işğal etməyi planlayırdı. 27 may, 927-ci ildə ürək çatışmazlığından vəfat etdi.

Ailəsi

Simeon iki dəfə evlənmişdi. Birinci həyat yoldaşından Mixail adlı övladı, ikincisindən isə I Pyotr, İvan və Bayan adlı övladları olmuşdu.

Ailəsi
                       
I Boris
(ö. 907, h. 852–889)
Mariya
     
         
             
Vladimir-Rasate
(h 889–893)
Qavrail     İakov Yevpraksiya Anna
   
  1
bilinməyən qadın
I Simeon
(d. 863, ö. 927,
h. 893–927)
2
Georgi Sursuvulun qızı
 
   
   1  2  2  2  ?
  Mixail
(ö. 931)
I Pyotr
(d.912, ö. 970,
h 927–969)
İvan Bayan qızları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i simeon sözünün mənası, i simeon haqqında məlumat. i simeon nədir? i simeon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Təkpalatalı parlament

  • Fevral 27, 2026

    Hümmət Partiyası

  • Mart 01, 2026

    Sfragistika

  • Fevral 24, 2026

    Sayat Nova

  • Fevral 27, 2026

    Asim Xudiyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst