Bolqar dili — Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxil olan dil.
| Bolqar dili | |
|---|---|
| |
| Orijinal adı | български език |
| Ölkələr | Bolqarıstan, Ukrayna, Serbiya, Rumıniya, Yunanıstan, Türkiyə, Makedoniya Respublikası, Moldova, Albaniya. |
| Region | Balkan yarımadası |
| Rəsmi status | Bolqarıstan, Aİ |
| Danışanların ümumi sayı | 12 milyon |
| Reytinq | 86 |
| Təsnifatı | |
| Kateqoriya | Avrasiya dilləri |
| |
| Yazı | kiril əlifbası (bolqar əlifbası) |
| Dil kodları | |
| QOST 7.75–97 | бол 115 |
| ISO 639-1 | bg |
| ISO 639-2 | bul |
| ISO 639-3 | bul |
| Dilin strukturlarının dünya atlası | bul |
| Ethnologue | bul |
| Linguasphere | 53-AAA-hb |
| ABS ASCL | 3502 |
| IETF | bg |
| Glottolog | bulg1262 |
Bolqar dili Bolqarıstan Respublikasının rəsmi dövlət dilidir. Dünyada bu dildə danışanların ümumi sayı 12 milyona qədərdir.
Leksik cəhətcə bolqar dili slavyan kilsə dilinə çox yaxındır və şərqi slavyan dilində olan xeyli arxaik sözləri özündə saxlayır. Dildə həmçinin çox sayda türk dili sözləri vardır.
Tarixi
Bolqar dili Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxildir. O tarixi inkişafında dörd mərhələ keçmişdir:
- şifahi dil – IX əsrə qədər;
- köhnə bolqar dili – IX əsr — XII əsr;
- orta bolqar dili – XII əsr — XVI əsr;
- yeni bolqar dili – XVI əsr — indiyə kimi.
Bolqar Əlifbası
| А а /a/ a | Б б /b/ b | В в /v/ v | Г г /g/ q | Д д /d/ d | Е е /ɛ/ e | Ж ж /ʒ/ j | З з /z/ z | И и /i/ i | Й й /j/ y |
| К к /k/ k | Л л /l/ l | М м /m/ m | Н н /n/ n | О о /ɔ/ o | П п /p/ p | Р р /r/ r | С с /s/ s | Т т /t/ t | У у /u/ u |
| Ф ф /f/ f | Х х /x/ x | Ц ц /ʦ/ ts | Ч ч /tʃ/ ç | Ш ш /ʃ/ ş | Щ щ /ʃt/ şt | Ъ ъ /ɤ̞/ ı | Ь ь /◌ʲ/ y | Ю ю /ju/ yu | Я я /ja/ ya |
Maraqlı məqamlar
- Bolqarıstanda başı aşağı – yuxarı yelləmək narazılıq, sağa-sola yelləmək isə razılıq əlamətidir.
Lüğətlər
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bolqar dili haqqında məlumat. Bolqar dili nədir? Bolqar dili nə deməkdir?
