Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Knyaz (rus. князь) — qədimdə slavyanlarda monarx titulu. Daha sonralar feodal monarx dövlətinin başçısı. Knyaz titulu qərbi avropada geniş yayılmış olan hersoq,

Knyaz

  • Ana Səhifə
  • Vikipediya
  • Knyaz

Knyaz (rus. князь) — qədimdə slavyanlarda monarx titulu. Daha sonralar feodal monarx dövlətinin başçısı. Knyaz titulu qərbi avropada geniş yayılmış olan hersoq, qraf, fürst kimi titullarla eyni məna daşıyır. Qədim germanların dilində knyaz — kuningaz (kral) anlamını verir. Bəzi mənbələrdə knyaz IX əsrdə slavyanlaşdırılmış qədim germanların, anqlo-saksonların və skandinavların könig sözü sayılır. Qadınlar isə "knyagina" titulu daşıyıblar.

Knyaz titulu müxtəlif dövrlərdə müxtəlif mənalar kəsb etmişdir. Erkən olaraq slavyanlarda zadəgan, əsli-nəcabətli insanlara verilən bu titul get-gedə dərəcəsini artıraraq hökmdar rütbəsini əvəz etmişdir. Daha sonralar Böyük knyaz — orta əsrlərdə Rusiyada ən yüksək titul sayılırdı və yalnız çarlara verilirdi. Daha sonralar çar imperator titulu ilə əvəzləndikdən sonra Böyük knyaz titulu imperatorun qardaşına, oğluna, nəvəsinə verilirdi. Qadın cinsli titul sahibləri knyaginya adlandırılırdı. Knyaginya titulu adətən knyazın zövcəsinə ya qızlarına verilirdi. Rusiya imperatoru III Pyotr taxta çıxana qədər xələf şahzadə kimi Böyük knyaz titulu daşımışdır.

Mündəricat

Knyazlıq

Adətən knyazın hökmranlığı altında olan monarx dövləti knyazlıq adlandırılır. Tarixdə knyazın idarə etdiyi dövlətin çarlıq adlandırılmasına da təsadüf edilir. Buna qədim rus dövlətlərini və ya çarlığını misal göstərmək olar. Knyazlıqda dövlət idarəçiliyi əsasən tarixi dövlətlərdə monarxiyanın mütləq formasına, müasir dövrümüzdə isə parlamentar və ya konstitusion idarə üsuluna əsaslananır. Bəzi tarixçilər qədim dövlətləri çarlıqlar, knyazlıqlar, onların hökmdarlarını isə knyaz və ya çarlar adlandırırlar. Beləki, Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası dövlətini çarlıq, hökmdarlarını isə knyaz və ya çar adlandırılırlar. Məsələn;

  • Xaçın knyazlığı — knyaz hökmdarlar: Atrnerseh, Böyük Qriqor, Dop sülaləsi, Hovannes, Həsən Monax, I Həsən, I Qriqor Dop, II Həsən, II Qriqor Dop, III Həsən, Vəqram, Həsən Cəlal
  • Girdiman knyazlığı — Mehranilər

Müasir knyazlıq və knyazlar

Knyaz II Hans-Adam
  • Knyazlıq — Lixtenşteyn
  • Bayraqları —Lixtenşteyn Lixtenşteyn Lixtenşteyn Lixtenşteyn
  • Gerbi — Lixtenşteyn
  • Qurluşu — konstitusiyalı monarxiya
  • Başçısı — Knyaz II Hans Adam fon Lixtenşteyn
Knyaz II Albert
  • Knyazlıq — Monako
  • Bayraqları —Monako Monako Monako
  • Gerbi —Monako
  • Qurluşu — konstitusiyalı monarxiya
  • Başçısı — Knyaz II Albert
Kofürst Vives-i-Sisilya
  • Knyazlıq — Andorra
  • Bayraqları —Andorra
  • Gerbi —Andorra
  • Qurluşu — konstitusiyalı monarxiya
  • Başçısı — kofürst — Urjell yepiskopu Vives-i-Sisilya, Joan Enrik və Fransa prezidenti

Oxşar titullar

Knyaz termini roman mənşəyli titulla (lat. princeps) eyni ekvivalentlik təşkil edir və kral ailə üzvülərinə verilir. Orta əsrlərdə Alman knyazları alm. Fürst‎) ya da alm. Prinz‎ adlandırılırdı. Dəzən ali din xadimlərinə də alm. Fürst‎) titulu verilirdi. Müasir Avropada 3 müstəqil knyazlıq: Andorra, Monako və Lixtenşteyn mövcuddur. Knyaz-yepiskop tituluna Roma papası malikdir. eyni zamanda knyaz tituluna Malta ordeni dayşıyıcıları malikdirlər.

  • “Fürst” (alm. Fürst‎, ing. first = birinci) — ali aristokrat titulu — “knyaz”.
  • “Qrosfürst” (alm. Grossfürst‎, — “Böyük knyaz”
  • “Kurfürst” (alm. Kurfürst‎, hərfi — “seçilən–knyaz” , alm. kür‎ — “seçim, seçilən” və alm. Fürst‎ — “knyaz”; lat. princeps elector imperii)
  • Qraf, qrafinya(alm. Graf‎; lat. comes anlamı «yoldaş»), fr. comte, ing. earl və yaxud count) — Qərbi Avropada zadəgan titulu. Onun malik olduğu əraziyə qraflıq deyilir.
  • Hersoq, hersoginya (alm. Herzog‎, fr. duc, ing. duke, it. duca lat. dux) qədim germanlarda əsli-nəcabətli nəsildən seçilmiş hərbi rəhbər, orta əsrlərdə tayfa başçısı (knyaz), feodalizm dövrünün sonları, kraldan sonra birinci iri torpaqlara və mülklərə sahib, vassal statuslu mülkədarlara verilən titulu. Onun malik olduğu əraziyə hersoqluq deyilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Knyaz haqqında məlumat. Knyaz nədir? Knyaz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Taxt

  • Fevral 27, 2026

    Röya

  • Fevral 27, 2026

    Bərabərqanadlılar

  • Fevral 27, 2026

    Sultan Əbdül-Məcid

  • Fevral 27, 2026

    Alovlu xoruzgülü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst