Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tədqiqatçılar bulqarları Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir

Bulqarlar

  • Ana Səhifə
  • Vikipediya
  • Bulqarlar

Bulqarlar — II əsrdə ortaya çıxmış (lat. Bulensii) yarımköçəri türk xalqı.

Mündəricat

Kökləri

Tədqiqatçılar bulqarları Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir. Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Moisey Xorenski yazır ki, erməni çarı Xosrovun vaxtında Ermənistana "qüdrətli basillər" gəlib məskunlaşmışlar. Bulqarlar hələ qədimdən Ptolomeyə məlum idi. Onlar Ukraynanın Cənubi Buq çayı sahilində yaşayırdı.

Böyük Bulqar xanlığı

Bulqar dövləti Onogur-Kutriqur-Utiqur ittifaqının Göytürk xaqanlığından azad olması nəticəsində yaranmışdı. Böyük Bulqar xanlığını Kubrat xan qurdu. VII əsrin ilk yarısında Kubrat, Qara dənizin şimalında dağınıq yaşayan türk Utiqurlar, Kutriqurlar və Onogurlar qövmünü birləşdirmişdir. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. VII əsrin ikinci yarısında, Kubrat xanın 665-ci ildə ölümündən sonra Xəzərlər bu dövləti məğlub etməyi bacarmışlar.

Bulqarların parçalanması

Kubrat xanın ölümündən sonra bulqarlar onun oğullarının başçılığı altında qonşu ərazilərə köçdülər.

İdil bulqarları

Kubrat xanın oğlu Kotraq xanın başçılığı ilə Volqa sahillərinə köçmüşdülər.

Ermənistan bulqarları

Kubrat xanın böyük oğlu Batbayan xanın başçılığı ilə köçmüşdülər. Ermənilər onu Vanand xan adı ilə tanıyırdı. Ermənistanda bulqarların yaşaması haqqında ilk məlumatı verən V əsr müəllifi Moisey Xorenlidir. O, yazır ki, bulqarların vətəni Böyük Qafqazdır və onlar baş vermiş iğtişaşdan sonra eradan əvvəl II əsrdə əvvəlcə Basiana (Araz çayının yuxarı axarında ölkə adı), oradan da Ermənistanın Kol əyalətinə gəlib məskunlaşmışlar. Bu mənbədən aydın olur ki, şimaldan bulqarların müəyyən hissəsinin Ermənistana köçməsi bir neçə mərhələdə baş vermişdir. Çünki həmin müəllif yazır ki, Ermənistanın Tayk dağlarında (Gürcüstanla həmsərhəd dağlıq zonada) və Banəndə bulqar tayfası yaşayır. Çorox çayının sol sahilində indi də "Bulqar dağı" adlı toponim vardır. "VII əsr erməni coğrafiyası" adlı əsərdə basillərin Volqanın Xəzərə töküldüyü 70 qolunun sahillərində yaşaması qeyd olunur. Bulqarların çakar tayfasının adı Ermənistanda Çaxırlı azərbaycanlı kəndinin adında öz əksini tapmışdır. Çaxırlı adlı kəndlər Azərbaycanda da vardır və onların əslində Çakarlıdan təhrif olunması barəsində çoxdan yazılmışdır. Bulqarların kol (kul) tayfasının Ermənistanda yaşadığını göstərən faktlar çoxdur. Lakin iş orasındadır ki, eyni tayfa kəngər-peçeneqlərin tərkibində də olmuşdur. Ona görə də Ermənistanda kol etnonimi ilə bağlı qədim toponimlər haqqında aşağıda kəngər-peçeneqlərdən danışdıqda deyəcəyik. Çünki, bizcə, bu tayfa Ermənistan ərazisinə məhz kəngər-peçeneqlərin tərkibində gəlmişdir.

Şimali Makedoniya bulqarları

Kubrat xanın ortancıl oğlu Kuber xan başçılığı ilə indiki Şimali Makedoniya ərazisinə köçmüşdülər.

Dunay bulqarları

Kubrat xanın ortancıl oğlu Asparux xan başçılığı ilə indi Bolqarıstan ərazisinə köçmüşdülər. Birinci Bulqar dövlətini yaratmışdılar.

İtaliya bulqarları

Kubrat xanın kiçik oğlu Altsek xanın başçılığı ilə Cənubi İtaliyaya köçmüşdülər.

Həmçinin bax

  • Atlı xalqlar
  • Bolqarlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bulqarlar haqqında məlumat. Bulqarlar nədir? Bulqarlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Venera

  • Fevral 27, 2026

    Annallar (Tasit)

  • Fevral 24, 2026

    Zamua

  • Fevral 27, 2026

    Nestor (mifologiya)

  • Fevral 24, 2026

    Latınlar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst