Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tapdıq Əmiraslanov (Tapdıq Muxtar oğlu Əmiraslanov; 1918, Zod – 1976, Vardenis rayonu) — Ermənistan SSR-nin Əməkdar müəllimi (11.11.1963); orta məktəb direktoru

Tapdıq Əmiraslanov

  • Ana Səhifə
  • Vikipediya
  • Tapdıq Əmiraslanov

Tapdıq Əmiraslanov (Tapdıq Muxtar oğlu Əmiraslanov; 1918, Zod – 1976, Vardenis rayonu) — Ermənistan SSR-nin Əməkdar müəllimi (11.11.1963); orta məktəb direktoru, Basarkeçər rayonunun partiya rəhbəri, həmin rayonun xalq maarif şöbəsinin müdiri (1960–1976).

Tapdıq Əmiraslanov
Doğum tarixi 1918(1918)
Doğum yeri
  • Zod, Yeni Bəyazid qəzası
Vəfat tarixi 1976(1976) (57–58 yaşında)
Vəfat yeri
  • Vardenis rayonu, Ermənistan SSR, SSRİ
Dəfn yeri
  • Zod
Uşaqları Əhliman, Surxay, Lalə, Fatma, Zəfər,Vaqif
İxtisası tarix
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti,
  • İrəvan Azərbaycan Pedaqoji Texnikumu
Fəaliyyəti orta məktəb direktoru,
partiya rəhbəri,
maarif şöbə müdiri
Fəaliyyət illəri 1937–1976
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
Ermənistan SSR əməkdar müəllimi

Mündəricat

Həyatı

Tapdıq Əmiraslanov 1918-ci ildə Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1933–1937-ci illərdə İrəvan Pedaqoji Texnikumunda təhsil almışdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir.

T. M. Əmiraslanov 1937–1950-ci illər ərzində gənc nəslin təlim-tərbiyəsi sahəsində çalışmışdır.

Qaraqoyunlu yeddiillik məktəbinin direktoru işləmişdir.

1950–1951-ci illərdə Basarkeçər rayon partiya komitəsinin təşkilat şöbə müdiri, 1951–1960-cı illərdə raykomun katibi və 1954-cü ildən rayonun ikinci katibi işləmişdir. 1960-cı ildən ömrünün sonunadək RXMŞ-nin müdiri olmuşdur.

T. Əmiraslanov 25 il fasiləsiz rayon partiya komitəsi bürosunun üzvü olmuş, Ermənistan KP qurultaylarına nümayəndə seçilmiş, rayon sovetinin deputatı olmuşdur.

Tapdıq Əmiraslanov 1976-cı ildə Ermənistan SSR-nin Basarkeçər rayonunda vəfat etmiş, Zod kəndində dəfn olunmuşdur.

İctimai fəaliyyəti

Tapdıq Əmiraslanov Basarkeçər Rayon Xalq Maarif Şöbəsinə rəhbərlik etdiyi 16 il ərzində azərbaycanlıların yaşadığı kəndlərin əksəriyyətində müasir məktəblər inşa edilmiş, orta məktəblərin sayı 3-dən 19-a çatdırılmış, rayon maarif şöbəsi bütün sahələr üzrə Ermənistan Respublikasında ən qabaqcıl təhsil ocaqlarından hesab olunaraq dəfələrlə mükafatlandırılmışdır.

1950-ci illərin əvvəllərində Tapdıq Əmiraslanov raykomun üçüncü katibi olmuş, 1954-cü ildə isə raykomun ikinci katibi seçilmişdir.

Tapdıq Əmiraslanovun 1948-ci ildə Zod camaatının Xanlar rayonuna köçürülməsində zəhməti danılmazdır. Ermənilərin ciddi müqavimətinə baxmayaraq köçənlərdən geri qayıdanları işlə təmin etmək sahəsində əlindən gələni əsirgəməmişdir. Tapdıq Əmiraslanov Talıb Musayevlə, Yunis Rzayevlə, Qəşəm Aslanovla birlikdə Ermənistanda azərbaycanlıların müdafiəçiləri olmuşlar.

Tapdıq müəllim Göyçənin üstündə qara buludlar dolandığını gördüyündən, daim ermənilərin fitnə-fəsadlarına qarşı çıxır və Göyçə türklərini ayıq-sayıq olmağa çağırırdı.

Ədəbi yaradıcılığı

Tapdıq Əmiraslanov təkcə tarixçi, filosof, mütəfəkkir deyildi, həm də ilhamlı, təbli şair idi. Onun ədəbi-bədii yaradıcılıq nümunələri kifayət qədər çap olunmasa da vardır. Tapdıq Əmiraslanov İrəvan şəhərində təhsil alarkən burada keçirilən böyük bir tədbirdə Səməd Vurğunla şəxsən görüşüb tanış olmuş və tədbirdə məşhur "Rəhbərə salam" şeirini özünəməxsus avazla, yüksək intonasiya ilə oxumuşdur. 1950-ci illərdə Səməd Vurğun Kəlbəcər rayonunda olarkən Tapdıq Əmiraslanov da həmin görüşlərdə iştirak etmişdir.

Onun oğlu, vaxtilə APİ-də müəllim işləmiş Surxay Əmiraslanov da həmçinin bir çox şeirlərin müəllifi kimi tanınmışdır.

  • "Bənövşə"

Təltif və mükafatları

  • Ermənistan SSR-nin Əməkdar müəllimi — 11.11.1963
  • "Qırmızı əmək bayrağı" ordeni — ? (iki dəfə)
  • Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı — ?
  • SSRİ Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı — ?
  • SSRİ-nin maarif əlaçısı fəxri adı — ?

Ailəsi

Atası Muxtar, anası Zərnigar xanım olmuşdur.

Əliyeva Xanım İlyas qızı (1922–2006) ilə ailə həyatı qurmuşdur. Dörd oğulu, iki qızı olmuşdur.

Akademik Əhliman Əmiraslanov Tapdıq Əmiraslanovun oğludur.

Ədəbiyyat

  • Eldar Həsənli, "Sən günəşin zərrəsiydin" (poema). Bakı: "Azərnəşr", 1999. 128 səh.
  • Həsən Ocaqquliyev, "Yadda qalan xatirələr". Bakı: "Elm və təhsil", 2016
  • Qədir Aslan, "Müdriklik zirvəsinə yüksələn unudulmaz insan", "Respublika" qəzeti. — 2013. — 22 noyabr. — Səh. 9.
  • Abbas Vəfadağlı, "Əbədiyaşar ömürlər". "Ulu Göyçəm" kitabı, Bakı, "Renessans" Nəşriyyat Evi, 2017 – səh.136–142

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tapdıq əmiraslanov sözünün mənası, tapdıq əmiraslanov haqqında məlumat. tapdıq əmiraslanov nədir? tapdıq əmiraslanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    I

  • Mart 01, 2026

    Şabrançay

  • Mart 01, 2026

    Diyalə mühafazası

  • Fevral 27, 2026

    E.ə. 135

  • Fevral 27, 2026

    Oygen Lommel

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst