Benqal pələngi (lat. Panthera tigris tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
| Benqal pələngi | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Klad: Klad: Klad: Amniota Sinif: Klad: Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yarımnöv: Benqal pələngi | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Benqal pələngi pələngin ən çoxsaylı yarımnövüdür. 2011-ci ildə Benqal pələngi populyasiyasının sayı 2500 fərddən az olduğu və azalma ehtimalının olduğu təxmin edilirdi. Lakin, 2010-cu illər ərzində vəhşi pələng populyasiyasında artım müşahidə edilmişdir.
2010-cu ilin hesablamalarına görə, Benqal pələng populyasiyasının sayı bütün pələng populyasiyaları arasında ən böyüyüdür və Hindistanda 1706, Banqladeşdə 440, Nepalda 155 və Butanda 67 fərd təşkil edir. 2019-cu il etibarilə Hindistanda ümumi pələng populyasiyasının sayı 2967 fərd olaraq təxmin edilirdi. Benqal pələngi Benqalın tarixi vətəni olan Banqladeşin milli heyvanıdır. Panthera pələngi həmçinin qonşu Hindistan və Çinin milli heyvanı hesab olunur.
Ümumi məlumat
Xəzinin rəngi sarıdan açıq narıncıya, tünd qəhvəyidən qara zolaqlara qədər dəyişir. Qarnı ağ, quyruğu isə əsasən ağ rəngdədir və qara halqalarla örtülmüşdür. Resessiv mutasiya olan ağ pələngin ağ xəzində tünd qəhvəyi və ya qırmızımtıl-qəhvəyi zolaqlar var. Zolaqsız təmiz ağ pələnglərə daha nadir hallarda rast gəlinir.
Erkəklərin quyruğu da daxil olmaqla ümumi bədən uzunluğu adətən 270 ilə 310 sm arasında dəyişir, lakin 330 sm-ə çata bilər (heyvanların 370 sm-ə çatdığı bildirilir). Dişilərin boyu 240 ilə 265 sm arasında dəyişir, lakin 310 sm-ə çata bilər. Quyruğunun uzunluğu adətən 85 ilə 110 sm arasında, hündürlüyü isə 90 ilə 110 sm arasında dəyişir, lakin 115 sm-ə çata bilər. Benqal pələnginin bütün pişiklər arasında ən böyük köpək dişiləri var və bu, 8 sm-dən çox ola bilər..
Erkəklərin orta çəkisi 221,2 kq-dır, Şimali Hindistan və Nepalda orta hesabla 235 kq, maksimum 250 kq-a, bəzi hallarda isə 300 kq-a çatır. Dişilərin orta çəkisi 139,7 kq, maksimum 257 kq-a çatır. 1967-ci ildə Şimali Hindistanda öldürülən erkəyin rekord çəkisi 327,7 kq idi. Bu, rəsmi olaraq vəhşi təbiətdəki Benqal pələngləri arasında ən yüksək çəkidir.
Qalereya






Ağ pələng


vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, benqal pələngi sözünün mənası, benqal pələngi haqqında məlumat. benqal pələngi nədir? benqal pələngi nə deməkdir?
