Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Onurğalılar növlərinə görə onurğasızlardan xeyli azdır (45000 növ), lakin müasir biosferin həyatındakı roluna, adətən biosenozlarda qidalanma zəncirini tamamlad

Vertebrata

  • Ana Səhifə
  • Vikipediya
  • Vertebrata

Onurğalılar (lat. Vertebrata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan yarımtipi.

Onurğalılar
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
Beynəlxalq elmi adı
  • Vertebrata Cuvier, 1812
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  331030
NCBI  7742
EOL  2774383
FW  

Onurğalılar növlərinə görə onurğasızlardan xeyli azdır (45000 növ), lakin müasir biosferin həyatındakı roluna, adətən biosenozlarda qidalanma zəncirini tamamladığına görə onlardan üstündür.

Kələlilərə dəyirmiağızlılar, qığırdaqlı balıqlar, sümüklü balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər daxildir.

Onurğalı heyvanlar torpaqəmələgəlmə prosesində fəal iştirak edirlər. Bunlar arasında gəmiricilərin xüsusi çəkisi daha böyükdür. Bütün gəmiricilər torpaq qatında yuvalar qazır. Bu zaman səthə külli miqdarda qarışdırılmış torpaq atılır. Gəmiricilərdən bəziləri torpaqda "köstəbək yolları" adlanan yollar qazır.

Bozqır rayonlarda yer siçanları torpağın aşağı və yuxarı qatlarını o qədər qarışdırır və ya torpağın səthinə o qədər torpaq atırlar ki, səthdə bozqırlar üçün səciyyəvi olan mikrorelyef yaranır. Məşhur rus alimi S. S. Nestruyev belə relyef formasını nonorelyef adlandırmışdır.

Mündəricat

Ümumi xarakteristika

Onurğalılar (Vertebrata) yarımtipinin nümayəndələrinin dərisi 2 qatdan – çoxqatlı epidermis və koriumdan ibarətdir. Pulcuqlar, lələklər, tüklər, caynaq və dırnaqlar bunun törəmələridir. Onurğalılarda xorda yalnız embrional dövrdə olur.

Daxili quruluşu

Onurğalılarda xorda onurğa ilə əvəz olunub. Yetkin dövrdə bütün onurğalılar sümük skeletə malikdir. Onlarda baş, gözlər və ətraflar yaxşı inkişaf edib. Əzələ sistemi eninə zolaqlı və saya əzələdən ibarətdir. Tənəffüs sistemini qəlsəmə və ya ağciyərlər təşkil edir. Qan-damar sistemi qapalıdır. Ürək çoxkameralıdır, qan damarları venalar və arteriyalar şəklindədir. Açıq limfa sistemi mövcuddur. İfrazat sistemi yaxşı inkişaf etmişdir. Bu sistem bir cüt böyrəkdən və sidik axarlarından ibarətdir.

Hətta aşağı pillədə yerləşən onurğalıların da beyni vardır. Ali formalı onurğalılarda isə beyin yarımkürələri inkişaf etmişdir. Bu, onurğalıların xarakterik əlamətidir. Sinir sistemi mərkəzi və periferik sinir sisteminə bölünür. Hissiyyat orqanları (burun, gözlər, qulaqlar) və daxili sekresiya vəziləri də inkişaf etmişdir. Onurğalılar ayrıcinsiyyətlidir. Dişi və erkək cinsiyyət vəziləri cütdür. Mayalanma xarici və ya daxili olur. Bəzi onurğalılar metamorfozla inkişaf edir.

Təsnifatı

  • Onurğalılar (Vertebrata) yarımtipi
    • Çənəsizlər (Agnatha) infratipi
      • Dəyirmiağızlılar (Cyclostomata) sinfi
    • Ağızçənəlilər (Gnathostomata) infratipi
      • Balıqlar (Pisces) sinifüstü
        • Zirehli balıqlar (Placodermi) sinfi, nəsli kəsilib
        • Qığırdaqlı balıqlar (Chondrichthyes) sinfi
        • Qəlsəməçənəlilər (Acanthodii) sinfi, nəsli kəsilib
        • Sümüklü balıqlar (Osteichthyes) sinfi
      • Dördayaqlılar (Tetrapoda) sinifüstü
        • Suda-quruda yaşayanlar (Amphibia) sinfi
        • Sürünənlər (Reptilia) sinfi
        • Quşlar (Aves) sinfi
        • Məməlilər (Mammalia) sinfi

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vertebrata haqqında məlumat. Vertebrata nədir? Vertebrata nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Təbii metallar

  • Fevral 17, 2026

    Portuqal dili

  • Fevral 24, 2026

    4 iyul

  • Fevral 11, 2026

    İngilis dili

  • Fevral 23, 2026

    I Aleksey

Trend Mahnılar
  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst