Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Katagenez — Yer qabığında aşağı təzyiq və temperatur şəraitində baş verən kimyəvi və fiziki-kimyəvi proseslərin genetik tiplərindən biri. Çöküntü süxurların dia

Katagenez

  • Ana Səhifə
  • Vikipediya
  • Katagenez

Katagenez — Yer qabığında aşağı təzyiq və temperatur şəraitində baş verən kimyəvi və fiziki-kimyəvi proseslərin genetik tiplərindən biri. Çöküntü süxurların diagenezdən sonrakı və metamorfizmdən əvvəlki mərhələsinə uyğundur. Bu terminin daha dəqiq anlayışını vermiş Vassoyeviçə (1957, 1962) görə, katagenez diagenezdən sonra, metagenezdən əvvəl gəlir. Sonuncunu o, əsl metamorfizm adlandırır.

Mərhələlər

Katagenez 3 mərhələyə ayırılır:

  • Protokatagenez
  • Mezokatagenez
  • Apokatagenez.

Mezokatagenez

Mezokatagenezi 3 yarımmərhələyə bölür. Straxova (1960) görə, katagenez mərhələsi diagenez mərhələsindən sonra və protometamorfizm mərhələsindən əvvəl gəlir. Bu mərhələdə artan təzyiq altında çöküntü süxurların sıxlaşması və dayanıqlı, xüsusilə terrigen və qismən autigen komponentlərinin qismən dəyişməsi ilə səciyyələnir. Katagenez mərhələsində 2 yarım mərhələ ayrılır: erkən-terrigen və gilli süxurlarda dəyişilməyən gil maddəsinin varlığı, gec isə dəyişilmiş gil maddəsinin olması və təzyiq altında qırıntı dənələrinin həllolma quruluşu ilə səciyyələnir. Katagenez mərhələsi üçün normal, metamorfizmə uğramamış çöküntü süxurlar səciyyəvidir.  Katagenez mərhələsi üzvi maddələrin diagenez mərhələsindən sonra keçdikləri prosesdir. Katagenez prosesi, V.A. Sokolova görə 20–250 °C arasında baş verir. Yuxarı temperatur həddinin qiyməti bəzən 300–350°C-yə çatır. Təzyiq isə bu temperatur intervalında orta hesabla 30–100 MPa arasında dəyişir. Katagenez prosesinin başlama dərinliyi geotermik qradiyentdən və yuxarıda qeyd edilən başqa amillərdən asılıdır. Platforma ərazilərində geotermik qradiyent 2–5°C/100 m, geosinklinal ərazilərdə isə, xüsusilə, tektonik fəal rayonlarda, bu göstərici daha yüksək olur. Cənubi Xəzər hövzəsində geotermik qradiyentin orta qiyməti 2,1°C/100 m müəyyən edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Katagenez haqqında məlumat. Katagenez nədir? Katagenez nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Bəhram Bağırzadə

  • Fevral 27, 2026

    Məktubat (kitab)

  • Fevral 27, 2026

    Kabardalılar

  • Fevral 27, 2026

    Sekstant

  • Fevral 27, 2026

    Hoşyar Sultan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst