İstanbul erməniləri (erm. Պոլսահայեր; türk. İstanbul Ermenileri) Türkiyədə yaşan etnik erməni icmasının əsas hissəsini təşkil edən, İstanbul şəhərinin müxtəlif bölgə və səmtlərində yaşayan etnik ermənilər. İstanbul ermənilər tərəfindən tez-tez Bolis (erm. Պոլիս) adlandırılır ki, bu da şəhərin tarixi adı olan Konstantinopolun sonluğu ilə uyğunluq təşkil edir.
| Ümumi sayı |
|---|
| 50,000-70,000 |
| Dili |
| Türkcə (çoxluq), Qərbi erməni dili (azlıq) |
| Dini |
| Erməni Həvari kilsəsi (Konstantinopol Erməni Yeparxiyası), Erməni Katolik Kilsəsi, və Erməni Yevangelist Kilsəsi |
türk erməni icmasının əsas hissəsidir və tarixən Türkiyənin İstanbul şəhərinin ən böyük etnik azlıqlarından biridir. İstanbulun etnik müxtəlifliyi ilə bağlı aparılmış hesablamalara görə şəhərdə 50.000, 60.000 və ya 70.000 min civarında etnik erməni yaşamaqdadır. İstanbul erməniləri İstanbulun və ümumilikdə Türkiyənin ən böyük qeyri-müsəlman etnik azlığını təşkil etməkdədirlər. Şəhər ermənilər min ildən çoxdur öz tarixi vətənlərində yaşadıqları üçün erməni diasporasının bir parcası olaraq qəbul edilmirlər.
İstanbul erməniləri deyildikdən adətən şəhərdə öz evi olan və əsrlərdir burada yaşayan, işləyən və Türkiyə vətəndaşı olan etnik ermənilər nəzərdə tutulur. 1991-ci ildən etibarən Ermənistanın müstəqillik qazanmasından sonra Ermənistanda yaranmış sosial problemlərə görə çox sayda etnik erməni işləmək və daha yaxşı güzəran qurmaq məqsədilə İstanbula gəlmiş və burada işləməyə başlamışdır.
Şəhərə sonradan gələn və burada məskunlaşan Ermənistan vətəndaşı olan ermənilər sözügedən icmaya qoşulsalar da adətən ənənəvi İstanbul ermənilərindən sayılmır. İstanbul ermənilərini şəhərə 1991-ci ildə gələnlərdən fərqləndirən əsas xüsusiyyət Türkiyə vətəndaşı olmaqlarıdır.
Tarixi
Təhsil müəssisələri
Xəstəxana və digər qurumlar
İstanbulda erməni mətbuatı
Tanınmış istanbul erməniləri
- Memar Sinan — Osmanlı imperiyasının ən tanınış memarlarından biri.
- Qalust Gülbənkiyan — erməni əsilli Böyük Britaniya iş adamı, filantropist və neft maqnatı.
- Komitas — bəstəkar, musiqişünas və xor rəhbəri.
- Ervand Otyan — erməni əsilli Osmanlı jurnalisti, satirikçisi.
- Petros Duryan — erməni əsilli Osmanlı şairi.
- Daniel Varujan — Osmanlı ermənilərindən olan şair və pedaqoq.
- Kənan Pars — erməni əsilli aktyor.
- Nubar Terziyan — erməni əsilli aktyor.
- Kirkor Zohrab — Osmanlı erməni yazıçısı, akademik, siyasətçi və hüquqşünas.
- Hrant Dink — erməni əsilli Türkiyəli jurnalist, Aqos qəzetinin baş redaktoru.
- Aqop Dilaçar — Türk dili üzrə mütəxəssis, dilçi, Türk dili əlaqəli apardığı araşdırmalara görə Mustafa Kamal Atatürk ona Dilaçar soyadını vermişdir
- Ara Gülər — erməni əsilli fotoqraf, foto müxbiri və yazıçı.
- Daron Əcəmoğlu — erməni əsilli türk alimi, professor.
- Etyen Mahçupyan — erməni əsilli Türkiyə jurnalisti, Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun baş məsləhətçisi.
- Sevan Nişanyan — erməni əsilli yazıçı, tənqidçi.
Statistika
| İl | Cəmi | Ermənilər | Faiz |
|---|---|---|---|
| 1478 | 100,000–120,000 | 5,000–6,000 | ~5% |
| 1844 | 891,000 | 160,000–222,000 | 18–25% |
| 1880s | 250,000 | ||
| 1885 | 873,565 | 156,861 | 18% |
| 1913 | 1,125,000 | 163,670 | 15% |
| 2011 | 13,483,052 | 50,000–70,000 | 0.4–0.5% |
| 2021 | 15,840,900 | 50,000–70,000 | 0.3–0.4% |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇stanbul erməniləri sözünün mənası, i̇stanbul erməniləri haqqında məlumat. i̇stanbul erməniləri nədir? i̇stanbul erməniləri nə deməkdir?