Ərəş qəzası — Yelizavetpol quberniyasında inzibati vahid. 1873-cü ildə yaradılmışdı. Ərazisi 2308,10 kv.verst idi. Qafqaz təqviminin (1917) məlumatına görə qəzada 99400 nəfər əhali yaşayırdı; onların 53144 nəfəri (53,46%) kişi, 46256 nəfəri (46,54%) qadın idi. Qəza idarə sistemi fəaliyyət göstərirdi. Əhali, əsasən, kənd təsərrüfatında çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il avqustun 26-da Ərəş qəzasının Ağdaş yaşayış məntəqəsinə şəhər statusu vermiş, daxili işlər nazirinə şəhərin ərazisi və burada tətbiq ediləcək özünüidarənin forması haqqında xüsusi məruzə təqdim olunmasını tapşırmışdı.
| Ərəş qəzası | |||
|---|---|---|---|
| |||
| Ölkə | | ||
| Quberniya | Yelizavetpol quberniyası | ||
| Mərkəzi | Ağdaş | ||
| Yaradılıb | 1873 | ||
| Ləğv edilib | 1926 | ||
| Sahəsi | 2829,6 verst² | ||
| Əhalisi | 67277 nəfər | ||
| Xəritə | |||
![]() | |||
| |||
Azərbaycan hökumətibin 10 dekabr 1919-cu il tarixli qərarı ilə Ərəş qəzası Ağdaş qəzası adlandırılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra qəzanın adının necə işlədilməsində fikir aydınlığı olmamışdır. Azərbaycan Mərkəzi Statistika İdarəsi tərəfindən 1922-ci ildə nəşr olunan Azərbaycanın yaşayış məskənlərinin siyahısında qəzanın adı Ağdaş (keçmiş Ərəş), 1921-ci il kənd təsərrüfatı siyahıya almasının 15-ci buraxılışında isə, sadəcə olaraq, "Ərəş" kimi verilmişdir. 1929-cu ildə Azərbaycan Sovet Sosialist Respublikasının rayonlaşdırılması zamanı ləğv edilərək, Ağdaş rayonu təşkil olunmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ərəş qəzası haqqında məlumat. Ərəş qəzası nədir? Ərəş qəzası nə deməkdir?


