Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Skopye (mak. Скопје, alb. Shkupi, lat. Skupi) ya da Üsküb (türk. Üsküp, osman. اسكوب Üsküb) — Şimali Makedoniya Respublikasının paytaxtı və ən böyük şəhəri. Ölk

Skopye

  • Ana Səhifə
  • Vikipediya
  • Skopye

Skopye (mak. Скопје, alb. Shkupi, lat. Skupi) ya da Üsküb (türk. Üsküp, osman. اسكوب Üsküb) — Şimali Makedoniya Respublikasının paytaxtı və ən böyük şəhəri. Ölkənin siyasi, mədəni, iqtisadi və elmi mərkəzi hesab olunur.

şəhər
Skopye
Скопје
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
41°59′46″ şm. e. 21°25′54″ ş. u.HGYO
Ölkə
  •  Şimali Makedoniya
Region Skopye regionu
Mer Petre Şilegov
Tarixi və coğrafiyası
Sahəsi
  • 571,46 km²
Mərkəzin hündürlüyü 251 m
Saat qurşağı UTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi
  • 422.540 nəf. (2021)
Milli tərkibi makedonlar: 65%
albanlar: 27%
digər: 8%
Rəsmi dili
  • Makedon dili,
  • Alban dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +389 02
Poçt indeksi 1000
Nəqliyyat kodu SK
Digər
skopje.gov.mk
Skopye xəritədə
Skopye
Skopye
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Skopye ərazisində ilk insan məskənləri e.ə. IV əsrə aiddir. Şəhər mərkəzinə yaxın ərazidə yerləşən Skopye qalasının yaxınlığında Neolit dövrünə aid insan məskənlərinin tapılması da bunu sübut edir. Skupi eramızdan əvvəl II əsrdə Balkan yarımadasında yerləşən Dardania dövlətinin paytaxtı olmuşdur. Eramızın I əsrinin əvvəllərində isə romalılar tərəfindən işğal olunmuş və ərazisi hərbi baza rolunu oynamağa başlamışdır. 395-ci ildə Roma İmperiyası şərqi və qərbi olaraq iki hissəyə bölündükdən sonra Skupi də mərkəzi Konstantinopol olan Bizans İmperiyasının tərkibinə qatılmışdır. Erkən orta əsrlər dövründə Bizans İmperiyası və Birinci Bulqar dövləti arasında mübahisəli ərazi olmuşdur. 1282-ci ildən Serb İmperiyasının tərkib hissəsi olan bu şəhər, 1346-cı ildən 1371-ci ilə qədər bu dövlətin paytaxtı olmuşdur. 1392-ci ildə şəhər Osmanlı İmperiyası tərəfindən ələ keçirilmiş və Üsküp adlandırılmışdır. 500 ildən çox müddətə türklərin nəzarəti altında qalan şəhər Kosovo vilayətinin mərkəzi rolunu oynamışdır. 1912-ci ildə Balkan müharibələri ərzində Serbiya Krallığı tərəfindən işğal edilmiş, Birinci Dünya müharibəsi başa çatdıqdan sonra isə yeni yaranmış Yuqoslaviya Krallığının tərkibinə daxil olmuşdur. İkinci dünya müharibəsi zamanı Nasist Almaniyasının müttəfiqi olan Bulqar qoşunları tərəfindən ələ keçirilmişdir. 1944-cü ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının bir hissəsi olan Makedoniya Sosialist Respublikasının paytaxtı elan olunmuşdur. İkinci dünya müharibəsi başa çatdıqdan sonra sürətli inkişaf mərhələsinə qədəm qoyan şəhərin inkişaf tempi 1963-cü ildə baş vermiş dəhşətli zəlzələ nəticəsində zəifləmişdir. Skopye şəhəri 1991-ci ildən etibarən müstəqil Makedoniya dövlətinin paytaxtıdır.

Belqrad və Afina şəhərlərini birləşdirən yolun üzərində yerləşməsi Skopye şəhərinin strateji əhəmiyyətli yaşayış məntəqəsi olmasında böyük rol oynayır.

Əhalisi

Demoqrafiyası

2002-ci il hesablamalarına əsasən Skopye şəhərinin əhalisi 506,926 nəfərdən ibarət idi. Skopyenin məşğulluq ərazisi Makedoniya Respublikasının böyük ərazisini əhatə edir ki, bu əraziyə də ümumi əhalisi bir milyon nəfərdən çox olan Veles, Kumanovo və Tetovo kimi yaşayış məntəqələri də daxildir.

Makedoniya əhalisinin üçdə bir hissəsi burada yaşayır. Digər şəhərlərin əhalisinin sayı Skopyeyə nisbətən daha azdır. Ölkənin ikinci böyük şəhəri olan Kumanovoda 107,632 nəfər yaşayır.

Habsburqlar sülaləsi və Osmanlı dövləti arasında baş verən müharibələr, həmçinin 1698-ci ildə baş vermiş böyük yanğına qədər Skopye Balkan yarımadasında yerləşən ən böyük şəhərlərdən biri idi. 1836-cı ildə burada cəmi 10 min nəfər yaşayırdı. Bununla belə, 1850-ci ildən etibarən şəhər əhalisi yenidən artmağa başladı və artıq 1905-ci ildə 32 min nəfərə çatdı. XX əsrdə Skopye Yuqoslaviyada yerləşən şəhərlər arasında ən sürətlə böyüyənlərdən biri olmuş, 1971-ci ildə əhalinin sayı 448,200 nəfərə çatmışdır. Bundan sonra, demoqrafik artım sabit sürətlə davam etmişdir.

Etnik tərkibi

Skopye şəhəri tarix boyu fərqli millətlərə ev sahibliyi etmişdir. Müasir dövrdə də şəhər öz etnik müxtəlifliyinə görə fərqlənir. XIX əsrdə şəhər əhalisinin əksər hissəsini müsəlman təşkil edirdi. 2002-ci il hesablamalarına görə Skopyedə yaşayan ən böyük etnik qrup əhalinin 66,75%-ni təşkil edən makedonlardır. Albanlar, serblər, türklər, bosniyalılar və digərləri isə etnik azlıq təşkil edirlər.

Etnik makedoniyalıların əksər hissəsi Vardar çayının cənubunda məskunlaşmışdır. Onlar, həmçinin Butel və Qazi Baba kimi Vardar çayının şimalında yerləşən ərazilərdə də əksəriyyət təşkil edir. Şəhərin bəzi yerlərində alban dilli məktəblər fəaliyyət göstərir.

Din

Əhali arasında dini mənsubiyyət müxtəlifdir: makedonlar, serblər və valaxların əksəriyyəti pravoslav olduğu halda, albanlar, türklər və qaraçıların əksər hissəsi müsəlmandır. Burada, həmçinin əhali arasında azlıq təşkil edən katolik albanlar da vardır.

2002-ci il hesablamalarına görə Skopye əhalisinin 68,5%-i Şərqi pravoslav kilsəsinə, 28,6%-i isə İslam dininə etiqad edir. Katolik (0.5%) və protestantlar (0.04%) isə azlıq təşkil edir.

İkinci dünya müharibəsi başlayana qədər Skopyedə kifayət qədər yəhudi ailəsi məskunlaşmışdı. Onların əksəriyyəti İnkvizisiya zamanı İspaniyadan buraya köç etməyə məcbur olmuşlardan ibarət idi. 1939-cu ildə 2424 nəfər Skopye yəhudisi nasistlər tərəfindən ya öldürülmüş, ya da deportasiya edilmişdir. Müharibədən sonra sağ qalanların böyük bir qismi İsrailə köçmüşdür.

Tarixən Osmanlı dövlətinin tərkib hissəsi olduğuna görə burada məscidlərin sayı kilsələrin sayına nisbətən daha çoxdur. Skopye şəhəri Makedoniya Pravoslav Kilsəsi və Makedoniya İslam Dini Birliyi kimi bir çox dini təşkilatlara ev sahibliyi edir. Burada pravoslav və katolik kafedralları, bir çox mədrəsə və sinaqoq yerləşir.

Beynəlxalq əlaqələri

Qardaş şəhərlər

  • Böyük Britaniya Bredford, Birləşmiş Krallıq
  • Fransa Dijon, Fransa
  • Özbəkistan Daşkənd, Özbəkistan
  • Almaniya Drezden, Almaniya
  • ABŞ Tempe, Arizona, ABŞ
  • Fransa Rube, Fransa
  • Belçika Varem, Belçika
  • Almaniya Nürnberq, Almaniya
  • Çin Nançan, Çin
  • Türkiyə Manisa, Türkiyə
  • Misir Süveyş, Misir
  • ABŞ Pittsburq, ABŞ
  • Fransa Anqulem, Fransa
  • Türkiyə İstanbul, Türkiyə
  • Sloveniya Lyublyana, Sloveniya
  • Monteneqro Podqoritsa, Monteneqro
  • İspaniya Saraqosa, İspaniya
  • Xorvatiya Zaqreb, Xorvatiya
  • Serbiya Belqrad, Serbiya
  • Bolqarıstan Sofiya, Bolqarıstan
  • Albaniya Tirana, Albaniya

Əməkdaşlıq

  • Türkiyə Ankara, Türkiyə
  • Xorvatiya Pula, Xorvatiya
  • Bosniya və Herseqovina Sarayevo, Bosniya və Herseqovina

Həmçinin bax

  • Makedoniya Respublikası
  • Kosovo vilayəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Skopye haqqında məlumat. Skopye nədir? Skopye nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Azərbaycan kürdləri

  • Fevral 25, 2026

    Soylar

  • Fevral 23, 2026

    Ordovik dövrü

  • Fevral 24, 2026

    Trir

  • Fevral 23, 2026

    9 iyun

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst