Dəstək
Free Download and Information Platform
  • Vikipediya

Sloveniya (sloven. Slovenija) və ya rəsmi adı ilə Sloveniya Respublikası (sloven. Republika Slovenija) – Şərqi Avropada dövlət. Sloveniya Balkan yarımadasının A

Sloveniya

  • Ana Səhifə
  • Vikipediya
  • Sloveniya

Sloveniya (sloven. Slovenija) və ya rəsmi adı ilə Sloveniya Respublikası (sloven. Republika Slovenija) – Şərqi Avropada dövlət. Sloveniya Balkan yarımadasının Alp dağlarına yaxın hissəsində yerləşir. Qərbdə İtaliya, şimalda Avstriya, şimal-şərqdə Macarıstan, cənub və şərqdə isə Xorvatiya ilə həmsərhəddir. Sloveniyanın həmçinin cənub-qərbdə Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Lyublyana şəhəri, ümumi sahəsi 20,273 kvadrat kilometr, dövlət dili sloven dilidir.

Sloveniya Respublikası
Republika Slovenija
Bayraq Gerb
Bayraq Gerb
I feel SLOVEnia
Himn: "Zdravljica" (azərb. Tost‎)
Tarixi
 • Aİ-yə qəbul 2004
Rəsmi dili sloven dili
Etnik qrupları

83% sloven, 2% serb 2% xorvat 1% boşnak

12% başqaları
Dini Dünyəvi dövlət
Paytaxt Lyüblyana
Ən böyük şəhəri paytaxtı
İdarəetmə forması Respublika
Prezident Nataşa Pirts Musar [ 23.XII.2022 ]
Baş nazir Robert Golob [ 1.VI.2022 ]
Sahəsi
 • Ümumi 20273 km²
Əhalisi
 • Əhali (2015-ci) 2 040 min nəfər (148-ci)
 • Siyahıyaalma (31.III.2002) 1 964 036 nəf.
 • Sıxlıq 100 nəf./km²
ÜDM (AQP)
 • Ümumi (2014) 60,5 milyard dollar  (103-cü)
 • Adambaşına 29 400 dollar  (56-cı)
İİİ (2013) 0.892
Valyuta evro
İnternet domeni .si
ISO kodu SI
Telefon kodu 386
Saat qurşaqları
  • UTC+01:00
Nəqliyyatın yönü sağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Sloveniya

Sloveniya inzibati cəhətdən 212 bələdiyyəni birləşdirən 12 regiondan ibarətdir. Ölkə 25 iyun 1991-ci ildə keçmiş Yuqoslaviyadan müstəqilliyini əldə etmişdir. Sloveniya 29 mart 2004-cü ildə NATO-ya, 1 may 2004-cü ildə isə Avropa İttifaqına üzv olmuşdur. Dinamik inkişaf edən iqtisadiyyata malik sənaye ölkəsidir.

Mündəricat

Demoqrafiya

2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən Sloveniyanın əhalisi 1.964.036 nəfərdir.[1] Hal-hazirda əhalinin təxmini sayı — 2,059,114 nəfərdir (2014-cü il). Ölkənin etnik tərkibinə görə 83,06% slovenlər təşkil edir, ikinci etnik qrup isə 1,98 % serblərdir .[2] Sloveniya əhalisinin 91% ölkənin rəsmi dili olan sloven dilində danışırlar. Əhalinin 58% katolikdir, müsəlmanlar isə burada ölkənin 2,4% təşkil edirlər.[3] Sloveniyanın ən böyük şəhəri paytaxt statusunu daşıyan Lyüblyana şəhəridir.

Coğrafiya

Slovenyanın böyük hissəsini Slovenya Alpları ilə qablı olub şərqində Macarıstan düzənliklərinin uzadılmaları yer alır. Ölkənin ən yüksək zirvəsi — Triqlav dağıdır (2 864 m). Slovenyanın ən əhəmiyyətli axar suları Avstriya Alplarından gələn Sova və Dravadır. Ölkənin orta hissəsi və şərqindəki düzənliklər bu axar sular tərəfindən sulanır.

Şəhərləri

  • Lyübliana
  • Maribor
  • Celje

İqlim

Adriatik dənizi sahilindəki dar bir lentdə Aralıq dənizi İqlimi görülər. İç seqmentlərdə isə iqlim Yer iqlimdir. Xüsusilə şimaldakı dağlıq sahələrdə qışlar çox soyuq və qar yağmurlu keçər. İstilik və yağmur şərtlərinin uyğun olması səbəbi ilə ölkə torpaqlarının %57'si meşələrlə örtülüdür.

İqtisadiyyatı

Slovenyanın ən əhəmiyyətli yeraltı qaynaqları Linyit, Dəmir, Sink və Civədir. Sənaye çox inkişaf etmişdir. Mebel, dəmir-Polad, Kağız, Tekstil və Kimya başlıca sənaye mənbəələridir. Ölkənin dənizə açılan tək qapısı Qopar şəhərinin limanıdır. Sloveyanın xarici ticarətində ən əhəmiyyətli yeri Almaniya, Xorvatiya, İtaliya, Fransa və Avstriya-dır.

Ərazisinin 38,9 faizi kənd təsərrüfatına yararlı torpaqlardır, onun 29,9 faizi əkin altındadır. Kənd təsərrüfatının əsas sahəsi ətlik-südlük heyvandarlıqdan ibarətdir. Becərilən sahələrin 40 faizi qarğıdalı bitkisi altındadır. ÜDM istehsalı 58,6 milyard ABŞ dolları təşkil edir, hər nəfərə 29,3 ABŞ dolları düşür. Kənd təsərrüfatı dünya kənd təsərrüfatının 0,39 faizini təşkil edir. Kənd təsərrüfatında 1,0 milyard ABŞ dolları məhsul istehsal edilir, əhalinin hər nəfərinə 493 ABŞ dolları düşür.2012-ci ildə ölkədə 14,76 milyard kWt-saat elektrik enerji istehsal olundu.

Bayramları

Sloveniya Respublikasında "Dövlət bayrmaları və bayram günləri haqqında" qanunla aşağıdakı bayram və bayram günləri nəzərdə tutulur:

  • 1 və 2 yanvar — Yeni il
  • 8 fevral — Preşern günü, Sloveniya Mədəniyyət bayramı
  • 1 və 2 aprel — Pasxanın bazar və bazar ertəsi (2018-ci ilə görə)
  • 27 aprel — İşğala qarşı üsyan günü
  • 1 və 2 may — Əmək günü
  • 25 İyun — Sloveniya Milli günü
  • 31 oktyabr — İslahat günü
  • 1 Noyabr — Anma günü
  • 25 dekabr — Milad
  • 26 dekabr — Müstəqillik günü

Həmçinin bax

 Sloveniya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Ukrain dili

  • Fevral 10, 2026

    London

  • Fevral 10, 2026

    Ruslar

  • Fevral 11, 2026

    Sloven dili

  • Fevral 11, 2026

    Krakov

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - All rights reserved.
Copyright: Dadash Mammadov
Üst