Dəstək
Free Download and Information Platform
  • Vikipediya

Serbiya (serb. Србија / Srbija) və bu ya rəsmi adı ilə Serbiya Respublikası (serb. Република Србија / Republika Srbija) — cənub-şərqi Avropada, Balkan yarımadas

Serbiya

  • Ana Səhifə
  • Vikipediya
  • Serbiya

Serbiya (serb. Србија / Srbija) və bu ya rəsmi adı ilə Serbiya Respublikası (serb. Република Србија / Republika Srbija) — cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində və qismən Pannon ovalığında yerləşən, dənizə çıxışı olmayan dövlət. Serbiya şimalda Macarıstan, şərqdə Bolqarıstan və Rumıniya, cənubda Makedoniya Respublikası və şərqdə Xorvatiya, Bosniya və Herseqovina və Monteneqro ilə həmsərhəddir. Serbiyanın paytaxtı cənub-şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır.

Serbiya Respublikası
serb. Република Србија / Republika Srbija
Bayraq Gerb
Bayraq Gerb
Само слога Србина спасава / Samo sloga Srbina spasava
«Serbləri yalnız birlik qurtarır»
Himn: Боже правде / Bože pravde
«Tanrının ədaləti»
Tarixi
 • Müstəqilliyin elanı 1878
 • Serbiya Krallığı 1882
 • Yuqoslaviya 1918
 • Serbiya və Monteneqro 1992
 • Müstəqilliyin bərpası 2006
Rəsmi dili Serb dili
Etnik qrupları 83.32 % serb, 3.53 % macar, 2.05 % qaraçı, 2.02 % boşnak, 0.81 % xorvat, 8.27 % digər.[1]
Paytaxt Belqrad
44°48′ şm. e. 20°28′ ş. u.HGYO
Ən böyük şəhəri paytaxtı
İdarəetmə forması Unitar parlamentli respublika
Prezident Aleksandr Vuçiç
Baş nazir Duro Macut
Sahəsi Dünyada 111-ci
 • Ümumi 77474 km²
Əhalisi
 • Əhali (2015) 7 920 min[2] nəfər (93-cü)
 • Siyahıyaalma (2011) 7 186 862[1] nəf.
 • Sıxlıq 102 nəf./km²
ÜDM (AQP)
 • Ümumi (2014) 95,5 milyard dollar  (85-ci)
 • Adambaşına 13 300 dollar  (116-cı)
İİİ (2013) 0.769
Valyuta dinar (RSD)
İnternet domeni .rs
ISO kodu RS
Telefon kodu 381
Saat qurşaqları UTC+1
Nəqliyyatın yönü sağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Serbiya

Mündəricat

Tarixi

Balkan yarımadasına köçdükdən sonra serblər burada orta əsrlərdə bir neçə dövlət qurdular. 1217-ci ildə Serbiya krallığı Roma və Konstantinopol tərəfindən müstəqil dövlət kimi tanındı. 1346-cı ildə dövlət Serbiya imperiyası adlanmağa başladı. 16-cı əsrin ortalarında bütün Serbiya ərazisi Osmanlı imperiyası tərəfindən ələ keçirildi. Zaman-zaman Serbiyanın bir hissəsi Habsburqların nəzarəti altına düşürdü. XIX əsrin əvvəlində baş vermiş Serbiya İnqilabı nəticəsində Serbiya konstitusiyalı monarxiyaya sahib müstəqil dövlətə çevrildi və Balkan yarımadasında feodalizmi qadağan edən ilk dövlət oldu. Birinci Dünya müharibəsində çox ağır itkilər verdikdən sonra Serbiya, Sloveniya və Xorvatiya ilə birləşərək cənub slavyanlarının birliyi olan Yuqoslaviyanı qurur. Yuqoslaviya Monteneqronun 2006-cı ildə ondan ayrılmasına qədər müxtəlif formalarda mövcud olur. 2008-ci ildə Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edir. Müasir dövrdə Serbiya hərbi olaraq bitərəf ölkədir, Avropa Birliyinə qəbul olmaq üçün danışıqlar aparır.

Coğrafiyası

Serbiyanın ərazisi 88.361 kvadrat km-dir (Kosova daxil olmaqla) və bu göstəriciyə görə dünyada 113-cü yeri tutur. Sərhədlərinin ümumi uzunluğu 2027 kilometrdir (115 km Albaniya ilə, 302 km Bosniya və Herseqovina, 318 km Bolqarıstan, 241 km Xorvatiya, 151 km Macarıstan, 221 km Makedoniya Respublikası, 203 km Monteneqro və 476 km Rumıniya ilə). Serbiyanın şimal hissəsi Palloniya düzənliyindən ibarətdir. Ölkənin cənub hissəsi isə dağlıq ərazilərdir.

Əhalisi

Serbiyanın etnik xəritəsi

2002-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 7.498.001 nəfərdir.[3] 2011-ci il siyahıya almanın nəticələrinə görə Serbiyanın əhalisi (Kosovanı çıxmaqla) 7.186.862 nəfər olub. Serbiya 1990-cı illərin əvvəlindən başlayaraq kəskin demoqrafik böhran keçirir. Ölüm səviyyəsi doğumu üstələyir. Serbiya dünyada əhalisi ən sürətlə azalan 8-ci ölkədir. Serbiya həmçinin əhalisinin orta yaşı 42,2 olmaqla dünyanın 10 ən yaşlı ölkəsi sırasındadır. 1990-cı illərdə Serbiya Avropada ən çox qaçqına sahib olan ölkə idi. Yuqoslaviya müharibələri nəticəsində bura 1 milyona yaxın qaçqən gəlmişdi, onların çoxusu Xorvatiyadan, az bir hissəsi isə Bosniya və Herseqovinadan qovulmuşdular. Bundan başqa həmin illərdə Serbiyanı 300.000 insan tərk etdi, onların 80%-i ali təhsilə sahib idi.

İqtisadiyyatı

Serbiya iqtisadiyyatının strukturunda kənd təsərrüfatı 11,2 faiz, sənaye 18,7 faiz, xidmət sahəsi 70 faiz (2011).

İlÜDM, milyard ABŞ dollarıƏhalinin hər nəfərinə ÜDM, ABŞ dollarıDünya ÜDM-də payı, %ÜDM-nin artım templəri, %
20008.78580.2779.1
20011110920.34126.4
20021514980.45136.4
20032020100.53133.3
20042424250.57120
20052525370.55104.2
20062929480.58115
20073939660.70134.5
20084848780.78123.1
20094040610.6983.3
20103838560.6095
20114155710.58107.9

Həmçinin bax

 Serbiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Böyük Qafqaz

  • Fevral 10, 2026

    İran

  • Fevral 10, 2026

    Frans-İosif Torpağı

  • Fevral 10, 2026

    Avro

  • Fevral 10, 2026

    Promil

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - All rights reserved.
Copyright: Dadash Mammadov
Üst