Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vidadi küçəsi — Bakı şəhərinin Səbail və Nəsimi rayonu ərazisində yerləşən bir zolaqlı və bir istiqamətli sonu piyadalar zonasına keçən dahi Azərbaycan şairi Mo

Vidadi küçəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Vidadi küçəsi

Vidadi küçəsi — Bakı şəhərinin Səbail və Nəsimi rayonu ərazisində yerləşən bir zolaqlı və bir istiqamətli sonu piyadalar zonasına keçən dahi Azərbaycan şairi Molla Vəli Vidadinin adını daşıyan küçə.

Vidadi küçəsi
Ümumi məlumatlar
Ölkə
  •  Azərbaycan
Rayon Səbail

Mündəricat

Tarixi

Əvvəllər o, "Tserkovnaya" adlanırdı Yalnız 1923-cü ildə bolşeviklər küçənin adını dəyişərək ona məşhur maarifçi şairin (doğrudur, bir dövrdə o, həmin dövr üçün daha "məqbul" sayılacaq Proletarskaya da adlanıb — red.) adını veriblər. Küçənin "Tserkovnaya" adı daşıması isə yalnız Bakının deyil, bütün Azərbaycanın ən qədim rus kilsəsinin — Mixail Arxangel pravoslav kilsəsinin məhz bu küçədə yerləşməsilə (kilsə bu gün də yerindədir) əlaqədar idi. O, 1841–1849-cu illər arasında tikilib və Zərgərpalan (keçmiş Spasskaya) küçəsinin tinində yerləşir..

Küçə uzun müddət "Tserkovnaya" adlanıb və bir məqam olmasaydı, bu ad çoxdan unudulmuşdu. 1936-cı ildə İttifaqda kütləvi edamların müjdəçisi kimi, dini obyektlərə qarşı dövlət vandalizmi həyata keçirilirdi. Bakıda da bir çox məscid və kilsələr, xüsusilə onların ən böyükləri sökülmüşdü. Bu kilsəni isə sadəcə bağlamışdılar və ondan yataqxana kimi istifadə edilirdi. Kilsə yalnız müharibədən sonra açıldı. İnqilabdan əvvəlki dövrdə Tserkovnaya küçəsi bugünkündən bir qədər kiçik idi. O, Verxnıy Naqornıy (hazırda Abdulla Şaiq) küçəsindən başlayırdı və Təzə pir adlanan ərazinin bir hissəsindən keçir, "Bolşoy Morskoy" küçəsinədək (SSRİ dövründə Kirov prospekti, hazırda Bülbül küçəsi) uzanırdı.

Bu küçənin tikintisinə lap çoxdan, XIX əsrin 20-ci illərinin sonlarından başlanılmışdı. O, İçərişəhərin Şamaxı qapılarından başlayır və Bazarnı küçəsinə (sonradan Hüsü Hacıyev küçəsi, hazırda Azərbaycan prospekti) tərəf uzanırdı. Burada Şamaxıdan və İsmayıllıdan gələn insanlar ticarətlə məşğul olurdular.

"Tserkovnaya" — Vidadi küçəsində hər zaman müxtəlif dinə, sosial statusa malik insanlar yaşayıb və onun memarlıq üslubunun ala-bəzəkliyi, müxtəlifliyi də bunu göstərir.

Vidadi küçəsində avtomobillər demək olar ki, hərəkət etməməyib, yeri akasiya ağaclarının çiçəklərinin qar dənəcikləri örtüb. Bu küçəyə daxil olan zaman həmişə ikimərtəbəli evlərin arasında isti yeni çörək ətrinə qarışmış göyərti qoxusu duyulub.

Tanınmış sakinləri

İdmançılar

  • Rüfət İsrafilbəyov — boksçu
  • Rauf Cabbarov — boksçu

Aktyorlar

  • Anatoli Falkoviç — aktyor

Digər şəxslər

  • Qəmər Almaszadə — balerina
  • Murad Kajlayev — bəstəkar və dirijor

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vidadi küçəsi haqqında məlumat. Vidadi küçəsi nədir? Vidadi küçəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mentalitet

  • Mart 01, 2026

    Vorontsovka rayonu

  • Mart 01, 2026

    Yanoş Aran

  • Mart 01, 2026

    S:İnşiqaq surəsi

  • Fevral 27, 2026

    Yalan elmlər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst