Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəsimi rayonu onu əhatə edən indiki Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır. Ərazisi 9 kvadrat kilometrdir. 1999-cu ildə keçi

Nəsimi rayonu

  • Ana Səhifə
  • Vikipediya
  • Nəsimi rayonu

Nəsimi rayonu — Bakıda rayon.

Nəsimi rayonu
40°22′59″ şm. e. 49°49′59″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Başçı Tahir Budaqov
Tarixi və coğrafiyası
Əsası qoyulub 13 iyun 1969
Sahəsi
  • 10 km²
Mərkəzin hündürlüyü 11 m
Əhalisi
Əhalisi
  • 219.234 nəf. (2024)
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 12
Poçt indeksi AZ1000
Digər
nasimi-ih.gov.az
Xəritəni göstər/gizlə
Nəsimi rayonu xəritədə
Nəsimi rayonu
Nəsimi rayonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəsimi rayonu onu əhatə edən indiki Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır. Ərazisi 9 kvadrat kilometrdir. 1999-cu ildə keçirilmiş əhalinin ilk milli siyahıya alınmasının nəticələrinə görə, rayonun daimi əhalisi 196 min nəfər olmuşdur. Hazırda əhalinin sayı 202 073 nəfərdir.

Ermənistan Respublikasının təcavüzü nəticəsində 1988-ci ildən başlayaraq qaçqın düşmüş azərbaycanlıların bir qismi ,17.476 nəfəri və ya 3726 ailə, müvəqqəti olaraq rayonun ərazisində məskunlaşmışdır. Azərbaycanın işğal olunmuş bölgələrindən olan məcburi köçkünlərin 11.401 nəfəri və ya 2797 ailə də Nəsimi rayonunda məskunlaşmışdır.

Nəsimi rayonunu paytaxtın giriş qapısı da adlandırırlar. Belə ki, Bakının giriş qapıları sayılan Dəmiryolu Sərnişin Vağzalı və Beynəlxalq Şəhərlərarası Avtovağzal bu rayonda yerləşir.

Şəhər Metropoliteninin "28 May", "C. Cabbarlı", "20 Yanvar", "8 Noyabr" və "Memar Əcəmi" stansiyaları da Nəsimi rayonu ərazisindədir.

Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Respublika Velotreki rayonun tanınmış idman obyektlərindəndir.

Paytaxtın mərkəzində yerləşməsi rayonun sosial-iqtisadi, mədəni inkişafına müsbət təsir göstərmişdir. Hazırda rayon ərazisində 10-dan artıq istirahət parkı vardır.

Nəsimi rayonu təhsil müəssisələrinin sayına görə də paytaxtda birincidir. Dövlət ali məktəblərinin 5-i bu rayonda fəaliyyət göstərir. Rayonda onlarla ümumtəhsil məktəbi və uşaq bağçası vardır.

Paytaxtdakı mühüm səhiyyə ocaqlarının da əksəriyyəti Nəsimi rayonunun ərazisində yerləşir. Burada çoxlu sayda elmi-tədqiqat tibb institutu, klinik xəstəxana, doğum evi və poliklinika fəaliyyət göstərir.

Nəsimi rayonundakı 7 mehmanxana – "Avropa" hoteli, "Bakı", "İSR Plaza", "Ambassador", "Halekai", "İrşad" və "Diplomat" - mehmanxanaları paytaxtın qonaqlarına xidmət göstərir.

1969-cu ildə Nəsimi rayonu yaradılarkən burada 100-dən çox sənaye, tikinti və nəqliyyat müəssisəsi fəaliyyət göstərirdi. 70-ci illər bütün Azərbaycanda olduğu kimi, Nəsimi rayonunda da sənaye və iqtisadiyyatın yüksəliş dövrü olmuşdur. Rayon ərazisində ölkə əhəmiyyətli bir neçə sosial-mədəni obyekt yerləşir. Onlardan ən mühümü "Heydər Əliyev adına Saray"dır. Milli memarlıq elementləri ilə müasirliyin cizgilərini özündə üzvi şəkildə birləşdirən bu sarayın qarşısındakı parkda Heydər Əliyevin abidəsi ucalır.

Mündəricat

Tarixi

Nəsimi rayonu 13.06.1969-cu il tarixdə yaradılmışdır..

Mədəniyyəti

Rayon ərazisində 8 ali məktəb (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Asiya Universiteti, Azərbaycan Universiteti, Bakı Qızlar Universiteti), 33 orta məktəb, 4 orta ixtisas və peşə məktəbi, 8 məktəbdənkənar tərbiyə müəssisəsi, 2 musiqi məktəbi, 47 körpələr evi-uşaq bağçası, 11 xəstəxana, 11 poliklinika, 13 memarliq abidəsi yerləşir.

Coğrafiyası

Nəsimi rayonu Abşeron yarımadasının xəritəsində

Nəsimi rayonu Xətai, Nərimanov, Binəqədi, Yasamal və Səbail rayonları ilə həmsərhəddir.

Başçılar

12 noyabr 2025-ci il tarixində Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəsimi rayonu haqqında məlumat. Nəsimi rayonu nədir? Nəsimi rayonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Sağ mədəcik

  • Fevral 24, 2026

    Qusar rayonu

  • Fevral 25, 2026

    Ədəbi tənqid

  • Fevral 25, 2026

    Cənnət

  • Fevral 23, 2026

    Manqan

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst