Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dur-Şarrukin (akkad. "Sarqonun qalası") — qədim Aşşur şəhəri. Hazırda İraqda, Neynəva mühafazasının şimal-şərqində Xorsabad şəhər yeri kimi tanınır. E.ə. 717-70

Dur-Şarrukin

  • Ana Səhifə
  • Vikipediya
  • Dur-Şarrukin

Dur-Şarrukin (akkad. "Sarqonun qalası") — qədim Aşşur şəhəri. Hazırda İraqda, Neynəva mühafazasının şimal-şərqində Xorsabad şəhər yeri kimi tanınır. E.ə. 717-707-ci illərdə II Sarqon tərəfindən salınmış, ancaq II Sarqonun qəfil ölümündən sonra şəhərin tikintisi dayandırılmışdır. Paytaxt Nineviya şəhərinə köçürülmüşdür. E.ə. VII əsrdə şəhər Midiya orduları tərəfindən dağıdılmışdır. Ərazinin daima sakinləri isə aysorlardır.

Qədim şəhər
Dur-Şarrukin
ərəb. دور شروكين‎‎
İnsan başlı qanadlı öküz heykəli. Dur-Şarrukin. Luvr muzeyində saxlanılır.
İnsan başlı qanadlı öküz heykəli. Dur-Şarrukin. Luvr muzeyində saxlanılır.
36°30′34″ şm. e. 43°13′46″ ş. u.HGYO
Ölkə  İraq
Salınma tarixi e.ə. 706
Digər adı Xorsabad
Dağılma tarixi e.ə. 605
Dur-Şarrukin xəritədə
Qırmızı nöqtə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Assuriya çarı II Sarqon e.ə. 717-ci ildə Dəclə və Böyük Zab çaylarının birləşdiyi yerdə özü üçün yeni iqamətgahın tikintisinə göstəriş vermişdir. Assuriya mənbələrində göstərilir ki, şəhərin tikintisi üçün lazım olan oduncaq və işçi qüvvəsi uzaq Finikiyadan cəlb olunmuşdur. Şəhər ətrafı ərazilərdə zeytun bağları salınmış və bu zeytun yağının istehsalı üçün nəzərdə tutulmuşdur. 706-cı ildə tikintilər dayandırılmış və bir il sonra Sarqon döyüşdə öldürüldü. Onun oğlu Sennaxerib şəhərin yenidən tikilməsi fikrindən vaz keçmiş və paytaxtı yenidən Nineviyaya daşımışdır. Assuriya dövlətinin süqutundan sonra şəhər tədricən dağılmışdır.

Şəhərin planı

Dur-Şarrukin düzbucaqlı formada olub tərəflərinin ölçüsü 1760 və 1635 metr idi. Ümumi sahəsi 3 km² və ya 700 акр idi. Şəhər divarlarının uzunluğu 16 280 assuriya uzunluq vahidinə bərabər idi. Şəhər divarlarında 157 gözətçi qüllələri mövcud idi.

Arxeloji qazıntılar

Qazıntılar Fransa (1843-46 illərdə P.E.Botta, 1858-65 illərdə V.Pleys) və Amerika (1928-35 illərdə E.Kyera, H.Loud) tədqiqatçıları tərəfindən aparılmışdır. Düzbucaq planlı şəhər 8 möhkəmləndirilmiş qapısı (o cümlədən heykəllərlə bəzədilmiş portalları olan) və kvadrat formalı bürcləri olan divarlarla (hünd. 20 m-ədək, qalınlığı 24 w-ədək) əhatələnmişdi. Divarların daxilində müntəzəm planlı tikililər, hündür (təqr. 14 m) platforma üzərində saray-içqala (təqr. 10 ha) - 30-dan çox böyük və kiçik daxili həyət ətrafındakı evləri (200-dən çox) ümumi yastı dam örtüyü altında qruplaşdırmış qonaq, yaşayış otaqları, məbəd və təsərrüfat komplekslərindən ibarət memarlıq ansamblı yerləşirdi. Mərkəzdə hündürlüyü 42 m olan, hər pilləsinin divarlarına müəyyən rəngli (ağ, qara, qırmızı, göy, narıncı, gümüşü, qızılı) üzlük çəkilmiş yeddipilləli zikkurat ucalırdı. Saraya giriş qapıları qanadlı, insanbaşlı öküz (şedu) qorelyefləri ilə bəzədilmiş, otaqların divarlarına içəri tərəfdən qabarıq ortostatlarla (epik qəhrəmanların, hökmdarların təsvirləri, hərbi səfərlərdən epizodlar və s.) üzlük vurulmuşdur. Tapıntılar arasında mixi yazılı lövhələr vardır. Tapıntıların bir hissəsi Fransaya aparılmış və Luvr muzeyində saxlanılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dur-Şarrukin haqqında məlumat. Dur-Şarrukin nədir? Dur-Şarrukin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vaxuşti Baqrationi

  • Fevral 27, 2026

    Komi-permyaklar

  • Fevral 27, 2026

    Fermilab

  • Mart 01, 2026

    Medovuxa

  • Fevral 27, 2026

    Tədqiq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst