Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yalan elm, həmçinin yalançı elm, saxta elm və ya psevdoelm (yun. ψευδής — «yalan» + elm) — məqsədli və ya qeyri-məqsədli şəkildə elmə oxşar, ancaq elm olmayan f

Yalan elmlər

  • Ana Səhifə
  • Vikipediya
  • Yalan elmlər

Yalan elm, həmçinin yalançı elm, saxta elm və ya psevdoelm (yun. ψευδής — «yalan» + elm) — məqsədli və ya qeyri-məqsədli şəkildə elmə oxşar, ancaq elm olmayan fəaliyyət və ya nəzəriyyə.

Mündəricat

Haqqında

Yalançı elm çox mürəkkəb bir ictimai fenomendir. Onun təzahürləri arasında bir tərəfdən elmi əsası olmayan, lakin elm kimi təqdim olunan ideyalar, digər tərəfdən isə dünyanın mövcud qanunauyğunluqlarına uyğun olmayan, guya yeni qanunlara əsaslanan ixtiralardır. Bacarıqlı yalançı alimlər iddia etdikləri tədqiqatların dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə çalışır və bununla da vergi ödəyicilərinin pulunu mənimsəyirlər. Üstəlik, yalançı elm bir qayda olaraq, korrupsiya ilə bağlıdır. Vətəndaşlar da bu cür saxtakarlardan əziyyət çəkirlər. Məs.,“ulduz falı” (qoroskop), əl, pəncə və barmaq izləri əsasında falçılıq edənlər, ekstrasenslər heç bir elmi əsası olmayan, saxtalaşdırılmış elmi faktlarla insanları inandırmaqla müalicə edir, ixtisas seçmək və ya idman, musiqi ilə məşğul olmaq üçün təkliflərini verirlər. Postsovet dövründə Rusiyada, həmçinin postsovet dövlətlərində yalançı elm nəzarətdən çıxaraq vətəndaşların sağlamlığı və təhsilindən başlayaraq dövlət proqramları və strategiyalarına qədər bütün səviyyələrdə dövlət qurumlarının fəaliyyəti və təhlükəsizliyinə dağıdıcı təsirlər etməyə başladı. Rusiyanın dövlət orqanları yaranmış fövqəladə hala yaxın olan bu vəziyyəti nəzərə alaraq məsələnin həlli ilə məşğul olan xüsusi Komissiya yaratdılar. Rusiya Elmlər Akademiyasının (REA) “Yalançı elm və elmi-tədqiqatın saxtakarlaşdırılması ilə mübarizə komissiyası” elmin nüfuzdan salınması, yalançı elmi əsərlərin yayılması və təşviqinə, yalançı elmi fəaliyyətə qarşı mübarizə aparmaq, elmi bilik və nailiyyətləri təşviq etmək məqsədi ilə yaradılmışdır. Komissiya REA-nın Rəyasət Heyətinin nəzdində yaradılmış ictimai əsaslarla işləyən elmi-məsləhətçi orqandır. O, nazirliklər, Rusiya Federasiyası hökuməti, Federal Məclis, qeyri-hökumət təşkilatları və media ilə əməkdaşlıq yolu ilə fəaliyyət göstərir, yalançı elmin yayılması, paranormal inancların və elmi-tədqiqatların saxtalaşdırılmasının qarşısının alınması üçün təkliflər və tövsiyələr hazırlayır. Müasir informasiya və mətnlərin intellektual analizi texnologiyaları yalançı elmə qarşı mübarizə imkanlarını genişləndirmişdir. Əqli mülkiyyətin qeyri-maddi formada qanunsuz mənimsənilməsi forması kimi özünü büruzə verən plagiatlıq elmi fəaliyyətdə yalançı elmin əsasını təşkil edir.

Həmçinin bax

  • Elm
  • Saxtakarlıq
  • Numerologiya
  • Astrologiya

Ədəbiyyat

  • R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yalan elmlər haqqında məlumat. Yalan elmlər nədir? Yalan elmlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tiyuldar

  • Fevral 27, 2026

    Qüstav Kaybott

  • Fevral 27, 2026

    Məmməd Nəsirbəyov

  • Fevral 27, 2026

    Yarımnöv

  • Fevral 27, 2026

    Əl-Mötəsim

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst