Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yanoş Aran (mac. Arany János; 2 mart 1817[…], Salonta[d], Bihor judetsi – 22 oktyabr 1882[…], Budapeşt) — Macarıstan jurnalisti, yazıçısı, şairi və tərcüməçisi.

Yanoş Aran

  • Ana Səhifə
  • Vikipediya
  • Yanoş Aran

Yanoş Aran (mac. Arany János; 2 mart 1817[…], Salonta[d], Bihor judetsi – 22 oktyabr 1882[…], Budapeşt) — Macarıstan jurnalisti, yazıçısı, şairi və tərcüməçisi. Ona tez-tez "balladaların Şekspiri" deyə xitab edirdilər – ən məşhur əsəri olan "Toldi trilogiyası" da daxil olmaqla yazdığı 102-dən çox ballada 50-yə yaxın dilə tərcümə edilmişdir.

Yanoş Aran
mac. Arany János
Doğum tarixi 2 mart 1817(1817-03-02)[…]
Doğum yeri
  • Salonta[d], Bihor judetsi, Rumıniya
Vəfat tarixi 22 oktyabr 1882(1882-10-22)[…] (65 yaşında)
Vəfat yeri
  • Budapeşt, Macarıstan
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
  • Kerepeşi məzarlığı
Həyat yoldaşı Ersi Culianna
Uşaqları Culianna Aran və Laslo Aran
Təhsili Debreçen Universiteti
Fəaliyyəti dilçi, şair, yazıçı, jurnalist, tərcüməçi
Əsərlərinin dili Macar dili
Üzvlüyü
  • Macarıstan Elmlər Akademiyası,
  • Kişfaludi cəmiyyəti
Mükafatları Macarıstanın "Müqəddəs Stefan" kral ordeni — 1867
İmza
Vikimənbənin loqosu Yanoş Aran Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Avstriya imperiyasının Macarıstan Krallığında Salonta şəhərində anadan olmuşdur. Evin 10 övladından ən balacası idi, lakin ailədə mövcud olan vərəm xəstəliyinə görə bu uşaqlardan yalnız ikisi sağ qaldı. Anadan olanda böyük bacısı Sara artıq ailəlidi idi və valideynləri Aran və Sara Meqyerin 60 və 44 yaşları vardı. Yanoş erkən yaşlarında yazmağı və oxumağı öyrənmişdi; deyilənlərə görə kiçik yaşlarından macar və latın dilində oxumağı bacarırdı. Ailəsinin ehtiyac içində olduğu üçün 14 yaşından müəllim köməkçisi kimi işləməyə başladı.

1833-cü ildə Debreçen Universitetində alman və fransız dillərində təhsil almağa başladı, lakin tezliklə elmi həyatdan yoruldu və müvəqqəti olaraq bir aktyor truppasına qoşuldu. Daha sonra isə Salonta, Debreçen və Budapeşt şəhərlərində müəllim, qəzet redaktoru və katib vəzifələrində fəaliyyət göstərdi.

1840-cı ildə Culianna Ersey ilə ailə həyatı qurdu. Bu evlilikdən onların iki övladları dünyaya gəldi. Qızı Culiannanın erkən vəfatı şair çox ağır təsir etdi, oğlu Laslo da şair oldu və Macarıstanın xalq nağıllarını topladı.

1845-ci ildə yazdığı "Sonuncu inşa" (Az elveszett alkotmány) əsəri ilə Kişfalud cəmiyyətinin təşkil etdiyi yarışmanı qazandı.

Ən məşhur əsərlərindən biri olan "Toldi" trilogiyasını nəşr etdirdikdən sonra Şandor Petöfi ilə yaxın dost olmağa başladılar. Macarıstanda 1848-ci il inqilabı zamanı Şandorun ölümü ona çox ağır təsir eləmişdi.

1851-ci ildə Nadköröş rayonunda müəllim kimi fəaliyyət göstərməyə başladı. Rayonda onun adına muzey fəaliyyət göstərir.

Yanoş 1858-ci ildə Macarıstan Elmlər Akademiyasının üzvü seçildi. 1865-ci ildə Akademiyanın baş katibi oldu. Həmçinin, Macarıstanın ən böyük ədəbi birliyi olan Kişfalud cəmiyyətinin direktoru seçildi.

1865-ci ildə qızı Culiannanın erkən ölümü onun şair kimi fəaliyyətinin sona çatmasına gətirib çıxardı. 1877-ci ilin yayına kimi heç bir əsəri qələmə almadı.

Aran 22 oktyabr 1882-ci ildə Budapeştdə vəfat etmişdir.

Əsərləri

Uilyam Şekspirin "Yay gecəsinin yuxusu", "Hamlet" və "Kral Con" əsərlərini macar dilinə tərcümə etmişdir. Bu tərcümələr macar dilində ən böyük tərcümələrdən biri hesab olunur; Aran həmçinin digər macar tərcüməçilərə də kömək etmişdir və Aristofan, Mixail Lermontov, Aleksandr Puşkin və Molyerin əsərlərini macar dilinə tərcümə etmişdir.

Yanoş Aranın epik poeziyası macar xalqının əfsanəvi və tarixi keçmişini özündə əks etdirir. Proqnozlaşdırılan macar trilogiyasının ilk hissəsi olan "Kral Budanın ölümü" (1864) əsəri Macarıstan ədəbiyyatında ən yaxşı bədii poemalardan biridir. Trilogiyanın digər hissələri olan "İldiko" və "Şahzadə Saba" tamamlanmamışdır.

Ən məşhur əsərlərindən biri də "Uelsin bardları" (A Walesi Bárdok) poemasıdır. Aran poemanı I Frans İosif Macarıstanda 1848-ci il inqilabını məğlub etdikdən sonra ilk dəfə Macarıstana səfər edərkən yazmışdır.

Onun "Dante" poeması Qərb ədəbiyyatında insan həyatının bütün mənasını və aşkarlığını özündə əks etdirən nadir əsərlərdəndir (Piter Ustinov – İngilis aktyor).

Yanoş Aranın bəzi məşhur əsərləri Vatson Kirkkonnel tərəfindən ingilis dilinə tərcümə edilmişdir.

Yanoş Aran Şandor Petöfi, Endre Adi, Mikloş Radnoti və Atilla Jozefdən sonra Macarıstanın ən böyük şairlərindən biri hesab olunur.

İrsi

Yanoş Aran haqqında ilk elmi monoqraf Frides Riedl tərəfindən yazılmışdır.

Dalriada qrupu tərəfindən bəstələnən "Aran-albomu" adlı folk metalıYanoş Aranın məşhur əsərləri əsasında yazılmışdır. Albom 2009-cu ildə HangSúly Macarıstan Metal mükafatını qazandı.

  • Yanoş Aranın şərəfinə 1932-ci il iyulun 1-də poçt markası istifadəyə verildi.
  • 15 sentyabr 1957-ci ildə onun adına digər bir poçt markası istehsal edildi.
  • 10 iyul 2017-ci ildə şərəfinə dörd möhürlü xatirə dəftəri yaradıldı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yanoş Aran haqqında məlumat. Yanoş Aran nədir? Yanoş Aran nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Robinson tağı

  • Fevral 25, 2026

    Var

  • Mart 01, 2026

    Malta adası

  • Mart 01, 2026

    Benidorm

  • Mart 01, 2026

    Salman Mümtaz

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst