Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Stara Zaqora (bolq. Стара Загора) Bolqarıstan ərazisində yerləşən altıncı ən böyük şəhər və Stara Zaqora vilayətinin inzibati mərkəzidir.

Stara Zaqora

  • Ana Səhifə
  • Vikipediya
  • Stara Zaqora

Stara Zaqora (bolq. Стара Загора) Bolqarıstan ərazisində yerləşən altıncı ən böyük şəhər və Stara Zaqora vilayətinin inzibati mərkəzidir.

Şəhər
Stara Zaqora
bolq. Стара Загора
Bayraq Gerb
Bayraq Gerb
42°26′ şm. e. 25°39′ ş. u.HGYO
Ölkə  Bolqarıstan
Vilayət Stara Zaqora
Tarixi və coğrafiyası
Əsası qoyulub Eramızdan əvvəl 342-ci il
Sahəsi
  • 85,786 km²
Mərkəzin hündürlüyü 196 m
İqlimi subtropik kontinental
Saat qurşağı UTC+2 , yayda UTC+3
Əhalisi
Əhalisi 135 889 nəfər (2016)
Rəsmi dili
  • bolqar dili
Rəqəmsal identifikatorlar
Telefon kodu (+359) 42
Poçt indeksi 6000
Nəqliyyat kodu СТ
Digər
www.starazagora.bg
Xəritəni göstər/gizlə
Stara Zaqora xəritədə
Stara Zaqora
Stara Zaqora
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər mərkəzində yerləşən və dövlət tərəfindən mühafizə olunan qədim Roma abidələri bu şəhərin şanlı tarixini əks etdirir.

Mündəricat

Tarixi

Şəhərin əsası bizim eramızdan əvvəl 342-ci ildə makedoniyalı II Filipp tərəfindən qoyulmuşdur.

Roma İmperiyasının mövcudluğu ərzində imperator Trayanın şərəfinə şəhər Ulpiya Avqusta Trayana adlandırılmışdır. Mark Avrelinin hakimiyyəti illərində (161-180) şəhər inkişaf dövrünü keçirmiş və öz yerləşdiyi bölgədə Trakiya və Filippopolis şəhərlərindən sonra üçüncü ən böyük yaşayış məntəqəsi olmuşdur. Bu şəhər öz statusunu və vacibliyini Septimi Sever, Karakalla və Diokletianın hakimiyyəti dövründə də qoruyub saxlamışdır.

Eramızın 250-ci ilində şəhər yaxınlığında baş vermiş Beroye döyüşü qotların qələbəsi ilə nəticələnmişdi. Çox güman ki, məhz bu hadisədən sonra regionda yerləşən digər şəhərlər kimi bu şəhərin də qala divarları iki qat artırıldı.

377-ci ildə qotlar şəhərə hücuma keçmiş və buranı talan etmişdir. Buna baxmayaraq, imperator I Yustinianın hakimiyyəti dövründə şəhər yenidən bərpa olunmuşdur.

1208-ci ildə şəhər yaxınlığında baş vermiş Boruy döyüşü nəticəsində bulqarlar Latın İmperiyası qoşunlarını məğlub etmişdir.

Stara Zaqora şəhəri 1371-ci ildə Osmanlı İmperiyası tərəfindən ələ keçirilmişdir. 1854-cü ildə şəhərin adı Jeleznik olaraq dəyişdirilsə də, 1870-ci ildə yenidən Stara Zaqora adını almışdır. 1878-ci ilə qədər şəhər Eskizağra adı ilə Ədirnə vilayətinin inzibati mərkəzi hesab olunurdu. 1878-ci ildə Bolqarıstanın Osmanlı idarəçiliyindən azad olmasından sonra şəhər 1886-cı ildə iki bolqar dövlətinin vahid halda birləşməsinə qədər Şərqi Rumeli muxtar vilayətinin mərkəzi olmuşdur.

Qardaşlaşmış şəhərlər

Stara Zaqora hal-hazırda aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə sahibdir:

  • Polşa Radom, Polşa
  • Yunanıstan Larisa, Yunanıstan
  • Rusiya Samara, Rusiya
  • Böyük Britaniya Daunpatrik, Böyük Britaniya
  • Böyük Britaniya Şeffild, Böyük Britaniya
  • Serbiya Kruşevaç, Serbiya
  • Portuqaliya Barreyru, Portuqaliya
  • Çin Yueyan, Çin

Həmçinin bax

  • Bolqarıstan
  • Bolqarıstan şəhərləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Stara Zaqora haqqında məlumat. Stara Zaqora nədir? Stara Zaqora nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Morfostruktur

  • Fevral 28, 2026

    Çinili köşk

  • Fevral 27, 2026

    Differensial

  • Fevral 27, 2026

    .gb

  • Mart 01, 2026

    Gennadi Yanayev

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst