Azərbaycanca (AZ) Azərbaycanca (AZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xorvatlar (xorv. Hrvati) – Balkanda, başlıca olaraq Xorvatiya (89%) və Bosniya və Herseqovinada (15%) yaşayan cənub slavyan millətidir. Xorvat icmaları həmçinin

Xorvat

  • Ana Səhifə
  • Vikipediya
  • Xorvat

Xorvatlar (xorv. Hrvati) – Balkanda, başlıca olaraq Xorvatiya (89%) və Bosniya və Herseqovinada (15%) yaşayan cənub slavyan millətidir. Xorvat icmaları həmçinin Qərbi Avropada, ABŞ-də, Cənubi Amerikada, Avstraliyada və Yeni Zelandiyada da mövcuddur. Xorvat dilində danışan xorvatlar Roma katolik məzhəbinə aiddirlər.

Xorvatlar
Ümumi sayı
9 milyon
Yaşadığı ərazilər
Xorvatiya Xorvatiya 3,977,171
Bosniya və Herseqovina Bosniya və Herseqovina 656,414 (2009)
ABŞ ABŞ 401,208 (2000)
Almaniya Almaniya 836,600
Çili Çili 380,000-500,000
Avstraliya Avstraliya 376,000
Kanada Kanada 297,050-310,880
Argentina Argentina 275,000
Serbiya Serbiya 70,602
Avstriya Avstriya 131,307
Braziliya Braziliya 127,765
Fransa Fransa 150,000
İsveçrə İsveçrə 90,848
Sloveniya Sloveniya 75,642
İsveç İsveç 64,900
Macarıstan Macarıstan 55,730
İtaliya İtaliya 41,360
Cənubi Afrika Respublikası CAR 30,000
Monteneqro Monteneqro 9,811
Rumıniya Rumıniya 8,786
Belçika Belçika 1,810
Dili

Xorvat dili

Dini

Roma Katolik

Qohum xalqlar

Slavyanlar

Tarix

Dalmasiya knyazlığı ilk xorvat dövləti sayılmaqdadır. Belə ki, 852-ci ildə bu dövlətin başçısı knyaz Tripimir özünü xorvatların hökmdarı elan etmişdir. 925-ci ildə isə xorvat hökmdarı Tomislav bütün xorvatları birləşdirərək və Panoniya knyazlığını işğal edərək, dövlət yaratmağa nail olmuşdur.

1102-ci ildə Macarıstanla sülalə ittifaqı yaratmış xorvatlar bu hadisədən sonra macarlaşmaya məruz qalmağa başladılar. 1526-ci ildə baş vermiş Mohaç döyüşündən sonra Macarıstan Krallığının ərazisi Osmanlı və Habsburqlar imperiyaları arasında bölüşdürülmüşdür. Bu vəziyyətdə Avstriya ilə ittifaq bağlamış xorvatlar tədricən alman təsiri altına düşür.

Birinci Dünya Müharibəsindən sonra Xorvatiya ərazisi panslavyan ideyası altında yaranmış Yuqoslaviya dövlətinin tərkib hissəsinə çevrilmiş, 1939-cu ildən etibarən adı çəkilmiş dövlət çərçivəsində muxtariyyat almışdır.

İkinci Dünya müharibəsi zamanı Xorvatiya üzərində hakimiyyəti faşist rejimləri ilə geniş əməkdaşlıq edən ultramillətçi ustaşlar partiyası ələ keçirir. Buna cavab olaraq bir çox xorvat Yuqoslaviya Kommunist Partiyasının yaratdığı partizan hərəkatına qoşulmuş, nəhayət ustaşları ölkədən qovmağa nail olub. Müharibə zamanı həyatını itirmiş xorvatların sayı 40 min – 200 min arasında olduğu güman olunur.

Müharibən sonra Xorvatiya 6 respublikanı birləşdirən Yuqoslaviya Federativ Sosialist Respublikasına daxil olmuşdur. Yosip Broz Titonun vəfatından sonra başlamış demokratizasiya dövrü xorvatların da iştirak etdiyi çoxsaylı etnik toqquşmalarla müşayiət olunur.

1990-cı ildə Xorvatiya Respublikası müstəqilliyini elan etmişdir. Bu hadisə yenicə yaranmış dövlətin ərazisinə Yuqoslaviya Xalq ordusunun daxil olmasına səbəb oldu. Baş vermiş müharibədə təxminəm 550 min insan tələf olmuşdur. Yenicə yaranmış Bosniya və Herseqovinada öz dövlətini yaratmağa cəhd edən xorvatların iştirakı ilə daha bir müharibə başlamışdır. Nəticədə əsasən xorvatların məskunlaşdığı ərazilər Bosniya və Herseqovina Federasiyasında yer almışdır.

Hökumətin müharibədən sonrakı siyasət ilk növbədə hərbi münaqişələr zamanı ölkəni tərk etmiş mühacirləri geri qaytarmağa yönəlmişdir. 1995-ci ildə bağlanmış sülhün nəticəsi olaraq qaçqınların əksəriyyəti doğma ocaqlarına qayıtmağa müvəffəq olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xorvat haqqında məlumat. Xorvat nədir? Xorvat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 20, 2026

    Şotlandlar

  • Fevral 23, 2026

    Piano

  • Fevral 23, 2026

    Cənubi Pireney

  • Fevral 23, 2026

    Amman

  • Fevral 23, 2026

    13 may

Trend Mahnılar
  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst