Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şotlandlar (ş.german Scots Fowk, şot.kelt Gáidheal ya da Albannaich, ing. Scots) — əksəriyyəti Şotlandiya və ABŞ-də yaşayan xalq.

Şotlandlar

  • Ana Səhifə
  • Vikipediya
  • Şotlandlar

Şotlandlar (ş.german Scots Fowk, şot.kelt Gáidheal ya da Albannaich, ing. Scots) — əksəriyyəti Şotlandiya və ABŞ-də yaşayan xalq.

Şotlandlar
Ümumi sayı
təqribən 28–40 milyon (bütün dünyada)
Yaşadığı ərazilər
Şotlandiya Şotlandiya 4,446,000 (2011)
ABŞ ABŞ 6,006,955 (Şotland)
5,393,554 (Şotland-İrland)
Avstraliya Avstraliya 1,792,600
İngiltərə İngiltərə 760,620
Şimali İrlandiya Şimali İrlandiya 760,620
Argentina Argentina 100,000
Çili Çili 80,000
Fransa Fransa 45,000
Polşa Polşa 15,000
Yeni Zelandiya Yeni Zelandiya 12,792
Men adası Men adası 2403
Dili

İngilis dili, Şotland kelt dili, Şotland german dili

Dini

böyük çoxluq Presbiteriyanlıq, bundan başqa Katolik, Şotland Episkopal Kilsəsi, azlıq Aqnostik, Ateist

Qohum xalqlar

İngilislər, İrlandlar, Uelslilər

Mündəricat

Etimologiyası

Scotia sözü Qədim Romalılar tərəfindən I əsrdə mövcud olan qəbilə üçün işlədilirdi. Bundan başqa Qədim Romalılar Scotia sözünü İrlandiyada yaşayan Qel tayfası üçün də işlətmişdir. Bede İrlandiyadan Pikt ölkəsinə qədər ərazidə olan xalqlardan Scottorum sözünü işlədərək bəhs etmişdir. Qel olaraq tanınan tayfalar Dal Riyata Krallığına, yəni Şotlandiyanın qərbinə gəlmədir.

Bede şotlandlardan bəhs edərkən natio, yəni xalq sözünü işlətmişdir. Piktlərlə yanaşı digər xalqlardan isə gens, yəni irq şəklində bəhs etmişdir.

Anqlo-Saks Xronologiyası adlı sənəddə Scot sözü Qellər ölkəsinə eyham vurmaq üçün istifadə olunmuşdur. Scottorum sözü isə 1005-ci ildə İrlandiya kralı tərəfindən İmperator Scottorum şəklində yenidən istifadə olunmuşdur. Bu titul daha sonralar Şotland kralları tərəfindən mənimsənilmişdir. Basileus Scottorum şəklində Kral Edqarın böyük möhründə yazılmışdır. I Aleksandr və VI Ceyms də daxil olmaqla xələflərinin çoxu Rex Scottorum titulundan möhürlərində istifadə etmişdilər.

Çağdaş dövrdə Scot və Scottish sözləri əsasən Şotlandiya sakinləri üçün işlənir.

Ehtimal olunan qədim irland kombinasiyaları əsasən unudulmuşdur. Şimal-şərqi İrlandiyada Ulster Scots olaraq bilinən dil XVII-XVIII əsrlərdə Şotlandiyadan İrlandiyaya köçənlərlə bağlıdır.

Şotlandiyadakı etnik qruplar

Müasir Şotlandiyanın yerli xalqı beş etnik qrupdan meydana gəlmişdir. Bu qruplardan üçü Kelt dilləri qrupuna daxildir. Bunlara piktlər, qellər və bretonlar daxildir. Onlar VII əsrdən Şotlandiyada geniş yayılmağa başladılar. German dillərinə daxil olan anqlosakslar və norslar isə III əsrdən etibarən Şotlandiya sahillərində məskunlaşmışdılar. 700–1000-ci illər arasında Şotlandiyada əsasən Qel dili geniş yayılmışdı. Bu dövrdə onların ingilis və fransızca danışan qonşuları bölgəyə Scotland, yəni Qellər diyarı adını vermişdilər. Bundan başqa bölgədə german dillərinə daxil olan ingiliscə və norsca da istifadə olunurdu. 1200–1500-cü illərdə Şotlandiyanın Qallouey və Haylend bölgələri arasında qalan aşağı hissələrində gettikcə ingiliscə hakim dil olmuş və 1500-cü illərdən etibarən Şotlandiya danışılan dillərə görə ikiyə bölünmüşdür. Qel dilində danışanlara Haylenders, Şotland dilində danışanlara isə Loulenders deyilirdi. Hal hazırda gəlmələr özləri ilə başqa dillər də gətirmişdir. Şotlandiyada ingilis dili geniş şəkildə istifadə olunduğundan hal hazırda Haylenders və Loulenders anlayışları əhəmiyyətini itirməyə başlamışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şotlandlar haqqında məlumat. Şotlandlar nədir? Şotlandlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 20, 2026

    Volqa

  • Fevral 18, 2026

    USB

  • Fevral 21, 2026

    Belarus

  • Fevral 15, 2026

    31 iyul

  • Fevral 21, 2026

    Qazaxıstan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst